ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Ifaçılıq...
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Ifaçılıq...
-
Yaradıcılıq…
-
Qörüşlər…
-
Muzeylərdə…
-
Elmi seminarlarda…
-

 



        A. A. – Mənim atam – Sabir Əliyev və Rauf Abdullayevin qardaşı – Kamal Abdullayev dost idilər. Rauf Abdullayev də məni bu səbəbdən uşaqlıqdan tanıyır. Odur ki, o özü mənə təklif etdi ki: "istədiyin proqramı orkestr ilə birkə hazır edə bilərsən".
        E. D. – Mənə elə gəlir ki, təvazökarlıqdan Siz özünüzün bacarığınızı əsas səbəb kimi qeyd etmirsiz. Rauf Abdullayev, görünür ki, Sizin əsl musiqiçi olmağınıza çox hörmət edir.
        2-ci sual: Nəyə görə məhz bu əsərləri seçdiniz, Azad?
        A. A. – Bramsın əsərlərini ifa etmək istəyirdim. Lakin cəmi 8 məşqin olması məni Bramsın əsərini tələsik hazırlamaqdan çəkindirdi və seçim çox sevdiyim, dərindən dərinə bağlı olduğum Motsart yaradıcılığı üzərinə düşdü. Şuman konsertinin ifasını isə Rasim təklif etdi, çünki lap gənc yaşlarından bu əsəri ifa etmək arzusu ilə yaşayırdı.
        3-cü sual: – Hansı əsəri ifa etmək çətin idi?
        A. A. Konserti. Çünki bu ilk ifa idi. Məşqlər zamanı biz özümüzü daha sərbəst hiss edirdik. Səhnədə isə həyəcanla bağlı maneələr meydana çıxır. Onu da deyim ki, Rasim sənətkardır. O, bəzi digər ifaçılar kimi quru notları dinləyiciyə çatdırmır. Odur ki, mən belə düşünürəm: bəlkə biz orkestrlə ifa etməzdən öncə violonçel və royal müşayiəti variantında dayansaydıq, sonradan konsert zamanı orkestr ilə səslənmədə də özümüzü qane edən, istədiyimiz qədər sərbəst hiss edərdik, çünki musiqinin özü çox çətindir. Ilk dəfədən bəlkə də dinləyicini qane etmir. Dəfələrlə eşidəndə – gözəl bir aləmə düşmüş olursan. Lakin bu konsertin ifası zamanı formanın bütövlükdə dağılması qorxusu da istisna olunmur. Odur ki, solisti müşayiət etmək daha çətin əldə olunurdu.
        4 sual: – Hansı bəstəkarların musiqisi Sizə yaxındır?
        A. A. Motsartın, Bramsın və Qara Qarayevin. Özü də Brams musiqisinə mən 40 yaşından sonra gəlmişəm. Çünkü cavan ikən Bramsı bu gün duyduğum kimi dərk etmirdim. Elə söz gəlişi deyim ki, Rasim Abdullayevlə Bramsın mi minor sonatasını Bülbül adına məktəbdə aprel ayının 10-da çalacayıq.
        5-ci sual: Bu konsert Sizin yubileyinizlə bağlı deyil ki?
        A. A. Bağlıdır. Mən bir sıra konsert proqramı hazırlamışam. Nə qədər ki, barmaqlarım sümükləşməyib, çalmaq istəyirəm. Bir "seriya" konsert vermək fikrindəyəm. Elə əsər var ki, onu 30 il bundan qabaq çalmışam. Lakin bu gün onu başqa tərzdə çatdıracam.
        6-cı sual: Dediniz ki, Motsart Sizin sevimli bəstəkarınızdır. Bu hiss olunurdu, çünki, Motsart simfoniyasının interpretasiyası çox parlaq alınmışdı. Motsart yaradıcılığının nəyi Sizə yaxındır?
        A. A. Motsartı mən duyuram, o, həm kədərlidir, həm şəndir, həm lirikdir, həm dirilən həm öləndir.
        7-ci sual: Deyirsiniz ki, orkestr ilə cəmi 8 məşq keçirtmisiniz. Bu hiss olunmurdu. Elə bil ki, bu orkestr ilə uzun müddət yaradıcılıq üsniyyətindəsiniz.
        A. A. Orkestr məni sevir. Ona görə də çox dərin kontakt yaranır. Orkestrantlar məni "özününkü" sayırlar, çünki biz çoxdan bir birimizi tanıyırıq.
        8-ci sual: – Yirji Bendanın "Grave"si haqda nə demək istiyərdiniz?
        A. A. Çoxları bu musiqini ilk dəfə idi eşidirdi. Cəmi bir dəfə bu əsəri Rasim Abdullayev Fərhad Bədəlbəyli ilə atasının xatirə gecəsində ifa etmişdilər. Bu "Crave" Y. Bendanın skripka konsertindəndir. Əsər sürpriz kimi təqdim olunmuşdu. Rasim özü "Crave"ni klavirdən simli qrupa çevirmişdi. Bu əsəri praktiki olaraq biz məşq etməmişdik. Sadəcə olaraq mən Rasimi ansamblda hiss edirəm. Rasim özü mənə deyir ki, "müşayiətçi kimi – səndən yoxdur". Mən utanardım özüm haqda belə deyim, lakin bu Rasimin mənə verdiyi qiymətdir. Kamançada çalır Ədalət Vəzirov". Artıq 30 ildən çoxdur ki, radio dalğalarından, televiziya ekranlarından, dünya ölkələrinin ən mötəbər, ən möhtəşəm konsert salonlarından, ən yüksək səviyyəli dövlət və diplomatik tədbirlərə həsr edilmiş konsertlərdən eşidilən və bu elanla başlanan ecazkar, sirri açılmaz, sehri yozulmaz bir ifa milliyyətindən asılı olmayaraq bütün tamaşaçı və dinləyicilərin qəlbini ovsunlamaqdadır.
       Bu ad respublikamızın, eləcə də xarici ölkələrin musiqisevərlərinə çox yaxşı tanışdır. Ona hamı sadəcə olaraq "Ədalət müəllim" deyə müraciət edirlər.
       Respublikanın "Əməkdar artisti", Bakı Musiqi Akademiyasının dosenti, məşhur ifaçı, gözəl pedaqoq və insan Ədalət Səfərəli oğlu Vəzirov mənalı ömrünün 50-ci baharını başa vurur.
       Ə. S. Vəzirov 1951-ci ildə, aprelin 27-də Bakıda tanınmış musiqiçi, qarmonçalan Səfərəli Vəzirovun ailəsində dünyaya göz açmışdır.
       Uşaqlıqdan xalq musiqisi ab-havasında
        9-cu sual: – Siz orkestrlə işləmək təcrübəsini davam etdirmək fikrindəsiniz?
        A. A. – Bu təcrübənin davam olunması Rauf Abdullayevdən asılı olacaq. O isə söz verib ki, mən orkestrlə işləyəcəyəm. Hər bir musiqiçiyə isə gözəl kollektivlə ünsiyyət – xoşbəxtlik deməkdir.
        E. D. Sizi yubileyiniz münasibəti ilə bir daha təbrik edirəm. Bizlərə isə konsert salonlarında Sizin istər dirijor, istərsədə pianoçu kimi yeni uğurlarınızla tanış olmağımızı arzu edirəm.

Elnərə DADAŞOVA

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page