ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ
Hekayətli musiqi lüğəti
S. Əliqızı
Search

ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ
Belə bir məktəb var.
S.Fərəcov
Hekayətli musiqi lüğəti
S. Əliqızı
Gocaman mədəniyyat ocağı 60
illik ərəfəsində

G. Gulieva.

 



– Ə –

       ƏRAQ – Yaxın və Orta Şərq xalqları klassik musiqisinin əsasını təşkil edən 12 muğamdan beşincisi belə adlanır. Əraq həmçinin "Rast", "Segah", "Mahur-hindi" və "Rahab" dəstgahlarının kulminasiya nöqtəsini özündə əks etdirən və öz təsir qüvvəsi etibarilə olduqca gümrah və əzəmətli səslənən əsas şöbəsidir. Bu muğam şöbəsini bəzən "Iraq" adlandırırlar. Lakin musiqi tənqidçiləri və muğam ifaçıları bu muğam şöbəsinin məhz "Əraq" adlandırılmasını düzgün hesab edirlər.
        ƏRĞƏNUN – Klavişli (dilli) nəfəsli musiqi alətidir. Ən qədim Şərq musiqi alətlərindən biri olan Ərğənun bir-birilə yanaşı düzülmüş müxtəlif ölçülü borular və bu borulara körüklər vasitəsilə hava üfürən xüsusi qurğudan ibarət olmuşdur. Onun ilk ixtiraçısı Qədim Misirin Iskəndəriyyə şəhərində yaşamış yunan alimi Ktezibey sayılır. Nizami Gəncəvi öz əsərlərində musiqi sənətinin əzəmətini, gözəlliyini və qüdrətini vəsf edərək "ərğənun nəvası"ndakı səslənmələri xüsusi olaraq alqışlamışdır.

– F –


        FAQOT – Italiyanca "fagotto" sözünün hərfi mənası "düyün", "bağlama" delməkdir. Ağac nəfəs alətləri qrupuna daxil olan musiqi alətləri iqərisində faqot ən qalın səslənməyə malikdir. Ondan daha bəm səslənən alət yalnız kontrafaqotdur. Faqotun tembri çox qalın və boğuq səslənir. Faqotun quruluşu sanki yarı qatlanmış uzun borunu xatırladır. O, beş hissədən ibarətdir: yeganə metal hissəcik olan "S" şəkilli dilçək, kiçik boru, düyün hissəsi, böyük boru və boru ağzı. Faqotun diapazonu kontroktavanın "si-bemol" notundan ikinci oktavanın "mi" notunadək davam edir. Faqotda texniki cəhətdən mürəkkəb passajları ifa etmək çətindir.
       Faqot XVI əsrin 20-30-cu illərində Italiyada yaranmışdır. Əvvəllər faqotun bir neçə növü mövcud olmuşdur: diskant-faqot, alt və ya tenor-faqot, xorist-faqot, ikili-faqot, kvart-faqot, kvint-faqot və kontrafaqot. Tədricən bu növlər aradan çıxaraq yalnız kontrafaqot saxlanılmışdır. Kontrafaqotun tembri bir qədər xırıltılı, diapazonu isə faqota nisbətən bir oktava aşağıdır.
       XVII əsrdən etibarən faqot nəfəsli ansambl və orkestrlərin tərkibinə daxil olmuşdur. Bu alətin bədii ifadə imkanları bir sıra bəstəkarların solo və kamera-instrumental əsərlərində öz əksini tapmışdır. Məsələn; V. A. Motsartın, K. M. Veberin faqot üçün Konsertlərini, M. I, Qlinkanın klarnet, faqot və fortepiano üçün "Patetik trio"sunu, P. I, Çaykovskinin VI simfoniyasını, S. S. Prokofyevin "Petya və canavar" simfonik nağılını göstərmək olar.
        FAKTURA – Latınca "factura" – emal" "quruluş" mənaları daşıyır. Faktura bütün musiqi elementlərinin (melodiya, müşayiətedici səslər, saxlanan bas səsləri, orta səslər və səsaltı intonasiyalar, akkordlar, fiqurasiyalar və s.) vahid bir quruluşda təşkil edilməsidir. Bəstəkar əsərin yazılma prosesində müxtəlif ifadə vasitələrindən istifadə edərək bu musiqi elementlərini "cilalayır". Bəstəkarlıq təcrübəsində mövcud olan müxtəlif musiqi fakturaları içərisində 3 əsas faktura növünü müəyən etmək olar;
       I – homofon - harmonik faktura – yəni solo səsi (melodiya) və müşayiətedici səsin (akkomponement) birləşməsi;
       II – Akkordlu faktura;
       III – Polifonik faktura – yəni bir neçə müstəqil melodik xəttin birləşməsi.
       Fakturanın bu növləri adətən, bir-biri ilə əlaqəli şəkildə işlədilərək müxtəlif qarışıq faktura növləri yaradır. Faktura musiqi əsərinin ən mühüm bədii ifadə vasitəsidir.
        FALSET – Italyan sözü "falsetto" – "saxta" deməkdir. Yüksək registrli kişi səsi falset adlanır. Professional vokal sənətində xüsusi bədii keyfiyyət əldə etmək məqsədilə istifadə olunan ifa üslubudur.
        FANTAZIYA – Yunan sözü olan "phantasia" – "xəyal, xülya, təsəvvür" kimi anlaşılır. Bu sözü, adətən, hərfi mənada "fikir zənginliyi" kimi dərk edirik. Musiqidə isə fantaziya instrumental musiqi janrı olub, ənənəvi forma çərçivəsindən kənara çıxan müstəqil və sərbəst formaya malik musiqi əsərinə deyilir.
       XVI-XVII əsrlərdə orqan musiqisinin çiçəklənməsi dövründə yaranan fantaziyalarda improvizasiya məqamları çox güclü idi. XVIII əsrdə I. S. Baxın orqan fuqalarına müqəddimə şəklində yazılmış fantaziyalar artıq müstəqil bir pyes kimi təqdim edilmişdi.
       V. A. Motsartın yaradıcılığında sonataların əvvəlində təqdim edilən fantaziyalara rast gəlmək olar. L. Bethovenin sonatalarında isə hətta bəstəkarın özü tərəfindən əsərə verilmiş xüsusi başlıq – "Fantaziya ruhunda sonata" – diqqəti cəlb edir. Bu başlıq onun məşhur "Ay sonatası"na aid edilir.
       Zaman keçdikcə fantaziyanın sərbəstliyi daha da artmış, müxtəlif janrlarla əlaqəsi genişlənmişdir. Bəzən bəstəkarlar hər hansı bir janra "fantaziya" sözünü əlavə etməklə əsərin quruluş sərbəstliyini xüsusi vurğulamağa çalışmışlar. Məsələn; M. I. Qlinkanın "Vals - fantaziya", F. Şopenin "Ekspromt - fantaziya", A. N, Skryabinin "Sonata - fantaziya", P. I. Çaykovskinin "Uvertüra - fantaziya" və s. göstərmək olar.
       XIX əsrdə fantaziya proqramlı musiqidə geniş yayılmağa başlamışdır. Rus bəstəkarlarının yaradıcılığında, xüsusilə orkestr fantaziyaları mühüm yer tutmuşdur (P. I. Çaykovski – "Françeska da Rimini", "Fırtına", Qlazunov – "Dəniz" və s.), Bununla yanaşı olaraq, müxtəlif xalq mahnıları,opera və romansların mövzularına yazılmış variasiya tipli fantaziyalar geniş yazılmışdır.
       Azərbaycan bəstəkarlarının yaradıcılığında fantaziya janrından geniş istifadə edilmişdir. Ü. Hacıbəyovun "Çahargah" və "Şur" fantaziyaları buna parlaq misal oba bilər.
        FERMATA – Italyan sözü olan "fermata" – "dayanacaq" mənasında işlədilir. Musiqidə isə fermata not yazısında, xüsusi işarə ilə qeyd edilərək ifaçıya hər hansı bir səsin, akkordun və ya pauzanın uzadılmasını göstərir. Fermata səsin (və ya pauzanın) uzunluğunu 1 1/2 və ya 2 dəfə artırır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page