Məhsul haqqında məlumat
RU / EN
Əsas Sifariş Əlaqə
 



Disk Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi tərəfindən qeydə alınmışdır.

 

  Adı:
Qara Qarayev. Həyatı. Yaradıcılığı. Xatirə.
(DVD - BOX).

1 CD. «Musiqi Dünyası» elektron nəşrlər mərkəzi görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin həyat və yaradıcılığına həsr olunmuş multimediya diski hazırlamışdır.

Dünya mədəniyyəti tarixinə öz nəhəng, cəsarətli və heyrətamiz nailiyyətləri ilə daxil olmuş XX əsr musiqisində Qara Qarayevin, şübhəsiz, özünəməxsus yeri var. İllər ötəcək, qərinələr dolanacaq, gələcək nəsillər Qarayev musiqisi çeşməsindən bəhrələnəcək, ifaçılar onun əsərlərində yeni çalarlar üzə çıxaracaq, tədqiqatçılar bədii kəşflərinin mahiyyətinə varmağa çalışacaqlar. Milliyyətindən, əqidəsindən asılı olmayaraq planetimizin müxtəlif güşələrində yaşayan insanlar Qarayevin nurlu, nəcib, xeyirxah sənəti ilə görüşdən sarsılacaq, mənən saflaşacaq, gözəlləşəcəklər.

Disk aşağıdakı rubrikalardan ibarətdir:
«Həyatı» bölməsinə – fotoarxiv, ömür yolunun xronologiyası, bəstəkarın valideynləri, müəllimləri və tələbələri haqqında məlumatlar daxildir.

«Yaradıcılığı» bölməsində – yaradıcılığının xronologiyası, bəstəkar haqqında fikirlər, diskoqrafiya, notoqrafiya, videoteka (Q.Qarayevin yaratdığı baletlərdən, bədii filmlərdən musiqi parçaları) verilir.

«Xatirə» bölməsində – Qara Qarayevin adı ilə bağlı materiallar (onun adını daşıyan müəssisə və yerlər haqqında, Q.Qarayevin evi, memorial löhvə və s. haqqında informasiya) əhatə olunmuşdur.

Disk ingilis dilində təqdim olunur.

Qiyməti:
120000 manat (yanvarın 1-dən 24 manat) / $25 ABŞ


 
Bizim güzəştlər
Disklərin miqdarı Güzəşt
10 - 19 4%
20 - 29 5%
30 - 49 7%
50 - 99 10%
100 və daha çox 20%
    Sifariş >>
   
           
         


Disk Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi tərəfindən qeydə alınmışdır.
 

Adı:
Üzeyir Hacıbəyov. «Arşın mal alan»
(DVD-BOX)

1 CD. «Musiqi Dünyası» elektron nəşrlər mərkəzi «Arşın mal alan» multimediya albomunu hazırlamışdır.

«Arhın mal alan» dahi Azərbaycan bəstəkarı, milli bəstəkarlıq məktəbinin banısı Üzeyir Hacıbəyovun üçüncü və sonuncu musiqili komediyasıdır.


«Arşın mal alan»da musiqi bədii-ifadə vasitəsi kimi mühüm əhəmiyyətə malikdir. Obrazlı məzmunun dərinliyi və dramaturji komik operaya yaxındır.

«Arhın mal alan» multimediya diski janrına görə «virtual muzey»dir, belə ki, o, kompozisiyası və məzmknk baxımından bütünlüklə bir əsərin mövzusunun açılmasına həsr olunmuşdur.

Disk aşağıdakı rubrikalardan ibarətdir:
Tamaşaların coğrafiyası, sonoteka, notlar, fonoteka, videoteka, libretto, ədəbiyyat, «Arşın» ətrafında.

Ü.Hacıbəyovun əsəri üzrə misilsiz fotoarxiv toplanmış, əsərin tamaşaya qoyulduğu ölkələrin və şəhərlərin coğrafiyası tam şəkildə əhatə olunmuşdur.

Fonoteka bölməsində «Arşın mal alan» azərbaycan, rus, ingilis, türk, fars və çin dillərində səslənir.

Videotekaya 1946 və 1965-ci illərdə istehsal olunmuş «Arşın mal alan» filmindən və Marionet teatrının tamaşasından fraqmentlər daxil edilmişdir.


Disk ingilis dilində təqdim olunur.

Qiyməti:
120000 manat (yanvarın 1-dən 24 manat) / $25 ABŞ


   
    Sifariş >>
   
           
         


Disk Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi tərəfindən qeydə alınmışdır.
 

Adı:
Üzeyir Hacıbəyov. «O olmasın, bu olsun»
(DVD-BOX)

1 CD. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun «O olmasın, bu olsun» musiqili komediyası, həmçinin «Məşədi İbad» adı ilə də məşhurlaşmışdır. Bu, XX əsrin əvvəllərində Azərbaycan teatr sənətində ən cəsarətli və prinsipial əsərlərdən biridir.

Ü.Hacıbəyovun musiqili komediyalarında obrazların musiqi vasitəsilə səciyyələndirilməsi, onların musiqi portretlərinin yaradılması, bir sıra dialoqların musiqiyə salınması, xorlardan, rəqslərdən istifadə olunması, dramatik və lirik səhnələrdə musiqinin geniş yer tutması mühüm xüsusiyyətlərdir.
Eyni zamanda, Ü.Hacıbəyovun komediyalarının ədəbi mətni ayrılıqda da səhnədə eyni təsir gücünə malikdir. Xüsusilə «O olmasın, bu olsun» komediyası Ü.Hacıbəyov dramaturgiyasının ən parlaq örnəyidir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Üzeyir Hacıbəyov XX əsrin əvvəllərində, yaşadığı cəmiyyətdə kök salmış köhnə əqidə və baxışları, əxlaq normalarını, cəhaləti tənqid və ifşa etmək üçün, xalqı ayıltmaq və mübarizəyə səsləmək üçün kəsərli bir «silahdan» - gülüşdən, satiradan itsifadə etmişdir. O, məhz dövrünün qabaqcıl ideyalarını təbliğ etmək üçün belə bir orijinal yol seçmişdir. Ü.Hacıbəyovun yaratdığı obrazlar həm də sənətkarın öz arzu və ideallarının, həyatı gözəlləşdirmək istəyinin əks-sədasıdır.
Komediyada musiqi də mühüm dramaturji rol oynayır. Bütün musiqi nömrələri səhnədə baş verən hadisələrin təbii ünsürü kimi personajların səciyyələndirilməsində böyük əhəmiyyət kəsb edir. Burada bir-birindən fərli iki obraz-intonasiya dairəsi özünü göstərir ki, bu da əsərin ziddiyyətli məzmununu qabarıq üzə çıxarır.

«O olmasın, bu olsun» multimediya diski «virtual muzey» janrındadır.

Disk aşağıdakı rubrikalardan ibarətdir:
Sonoteka (mühazirə mətni və səsli analoqu), notlar, fonoteka, videoteka (eyniadlı bədii filmdən fraqmentlər), libretto, ədəbiyyat və fotoarxiv.

Disk azərbaycan, rus və ingilis dillərində təqdim edilir.

Qiyməti:
120000 manat (yanvarın 1-dən 24 manat) / $25 ABŞ



   
    Sifariş >>    
           
© Musigi Dunyasi
"Musigi Dunyasi"  music magazine