VAQİF MUSTAFAZADƏ        
      
Turan MƏMMƏDƏLİYEVA           
1   2   3  
P.Quliyev
Qara Qarayev

T.Məmmədəliyeva
Vaqif Mustafazadə

C.Səlimxanov
Cavanşir Quliyev


 
 
English English
        
Aziza
"Bayati Siraz"
Improvizasiya
Zibeyde

on aylarda caz musiqisevərləri üçün ən qiymətli hədiyyələrdən birini "Bakı-Raks" Azərbaycan - Türkiyə birgə müəssisəsi və V.Mustafazadə adına Xeyriyyə Fondu təqdim etmişdir. Bu, onların birgə hazırladığı proyekt - görkəmli Azərbaycan caz ustası Vaqif Mustafazadənin ilk kompakt-diskidir.

İlk əvvəl kompakt-diskin yaranmasında böyük köməklik göstərənlər barədə. Birinci növbədə, disk üçün fonoqramları təqdim etmiş Xeyriyyə Fondu (burada Fondun tə'sisçiləri - Afaq əliyeva, Cəmil əmirov, Mehriban əlişanovanın adları xüsusi çəkilməlidir) və diskin əsas yaradıcısı olan "Bakı-Raks" qeyd olunmalıdır. Bunlarla yanaşı, daha bir əvəzsiz köməkçi - Fonda sponsorluq göstərmiş Azərbaycan Avropa Otelidir. Diskin 1999-cu il aprelin 11-də "Plaza" mehmanxanasında keçirilmiş təntənəli təqdimatında (prezentasiyasında) da Azərbaycan Avropa Otelinin rolu əsasdır. Təntənəli gecədə toplaşmış qonaqların mühüm və vacib hissəsini təşkil edən respublikamızın caz musiqiçiləri - "Bakustikcaz" (rəhbəri Salman Qəmbərov), Cəmil əmirov, Vaqif Sadıqov, Cavan Zeynallı, gənc pianoçu Şahin Növrəsli öz çıxışları ilə prezentasiyanın gedişini müşayiət edərək axırda onu təntənəli cem-seyşnlə bitirdilər.

Onu da nəzərə çatdıraq ki, kompakt-diskin buraxılışı həqiqətən də sevindirici haldır və bunu bir neçə cür izah etmək olar. İlk növbədə, burada bəstəkarın vinil diskləri, yaxud albomlarına daxil olmayan ("əzizə"ni istisna etməklə) və bu vaxtadək yalnız radio, yaxud televiziya vasitəsilə səsləndirilən kompozisiyaları toplanılıb. Digər tərəfdən - onların, şübhəsiz, yüksək keyfiyyətli yazılışı, köhnə materialların kompüter sistemi ilə təmizlənməsi də qeyd olunmalıdır. Bədii tərtibatın təşkilində müəyyən dərəcədə yaxşı zövq duyulur: diskin cildində bəstəkara həsr olunmuş təsviri sənət əsərləri və Vaqif Səmədoğlu tərəfindən yazılmış annotasiya verilmişdir.

Və, nəhayət, sevindirici hallardan biri və ən əsası odur ki, mərhum musiqiçimizin qızıl diski ABŞ-da buraxılsa da, onun ilk lazer diskinin yazılışı vətəni Azərbaycanda həyata keçirilib.

Kompakt-diskdə toplanılmış on bir kompozisiyanın çoxuna əsl milli ruh xasdır. Milli ritmik, yaxud mahnı intonasiyalarımızla zəngin bu müxtəlif əhval-ruhiyyəli pyeslərin əksəriyyətini Mustafazadənin xalq və bəstəkar mahnı işləmələri təşkil edir ("Aman ovçu", "Ay pəri", "Zibeydə", "Qızıl üzük", "Gəlmədi") və qeyd edək ki, müxtəlif illərdə dəfələrlə variantlara mə'ruz qalan həmin işləmələrin növbəti, demək olar ki, qeyri-tanış variantı burada səslənir ("Zibeydə", "Qızıl üzük"). Xüsusi diqqəti öz təravətli harmoniyaları və olduqca lirik ifası ilə "Melodiya" cəlb edir. Vaqifin populyar kompozisiyalarından olan "Düşüncə", "Bayatı-Şiraz" və "əzizə" - diskin lirik, xəyalpərvər və xatirələr dolu nömrələrini təşkil edir.

Nəhayət, bir sonluq kimi, Afaq xanım əliyevanın verdiyi belə bir şad xəbəri oxucuların və təbii ki, caz musiqisi həvəskarlarının nəzərinə çatdırmaq istərdik: V.Mustafazadə adına Xeyriyyə Fondu və "Bakı - Raks" birgə müəssisəsi 2000-ci ilin mart ayı üçün görkəmli sənətkarın anadan olmasının 60 illiyi ilə əlaqədar onun yubiley albomunu hazırlamaq fikrindədirlər.


 
1   2   3  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site