1966-cı ilin sözüdür...Kürdəmirdə
yeddiillik uşaq musiqi məktəbinin açılması rayonda böyük əks-səda
doğurdu. Təsadüfi deyil ki, hamı bu fərəhli günü sevinclə xatırlayır:
axı, həmin məktəbin açılması unudulmaz və sevimli bəstəkarımız Qara
Qarayevin adı ilə bağlıdır. İndi o vaxtdan təxminən 35 ilə yaxın
bir müddət keçir və bütün bu illər ərzində direktor işlədiyim zaman
həm sevincli, həm də çətin anlarımız az olmayıb.
Adətən, hər bir
işin başlanğıcı çətin olur. Amma biz işə böyük həvəslə girişdiyimizə
görə çətinliklər bizi qorxutmadı. İlk növbədə valideynlərlə, rayon
rəhbərliyi ilə sıx əlaqə saxladıq. Rayon camaatının musiqi məktəbinə
böyük maraq göstərməsi işlərimizin qaydaya düşməsinə çox kömək etdi.
Cəmi üç müəllimlə
işə başlamışdıq: mən, həyat yoldaşım Şəhla xanım və bir nəfər tar
müəllimi. İlk vaxtlar üç otaqdan ibarət olan məktəbimizdə yalnız
fortepiano və tar tədris olunmasına baxmayaraq, birinci il burada
artıq 60 şagird oxuyurdu. Aylar, illər ötdükcə məktəbimizin fəaliyyət
dairəsi genişləndi. əlavə sinif otaqları və bir akt zalı tikildi
(hazırda məktəbdə 30 sinif otağı vardır). Bu müddət ərzində Respublika
Mədəniyyət Nazirliyi tərəfindən məktəbə hədiyyə olaraq 1 royal,
10 pianino və digər bir çox musiqi alətləri verildi. Onu da deyim
ki, indiyədək biz həmin alətlərdən istifadə edirik və hazırkı maddi-texniki
çətinlikləri nəzərə alaraq onları yaxşı saxlamağa, qorumağa çalışırıq.
Məktəbin şagird
kontingenti artdıqca ixtisaslı müəllim kadrlarına böyük ehtiyac
duyulurdu. Və sonralar Ü.Hacıbəyov adına Ağdam Musiqi Texnikumundan
və eləcə də Şəki Musiqi Məktəbindən göndərilən ixtisaslı musiqi
müəllimləri hesabına Kürdəmir Musiqi Məktəbinin kadr sarıdan ehtiyacı
ödənildi. Belə bir kömək sayəsində artıq yerli kadrlar yetişirdi.
Fərəhlə demək olar ki, indi burada çalışan 87 nəfər musiqi müəlliminin
83 nəfəri məhz məktəbin öz yetirmələridir.
İndi burada 8 şö'bə,
o cümlədən pianino, tar, kamança, skripka, qarmon, nağara, xanəndə
şö'bəsi üzrə tədris aparılır.
1984-cü ildən Kürdəmir
yeddiillik uşaq musiqi məktəbi Respublika Mədəniyyət Nazirliyinin
sərəncamı ilə rayon İncəsənət məktəbinə çevrilib. İndi burada 420
nəfərə yaxın şagird təhsil alır.
Rayon incəsənət
məktəbinin müəllimlərdən ibarət "Kür" instrumental ansamblı və şagirdlərdən
ibarət xalq çalğı alətləri ansamblı və rəqs qrupu fəallıq göstərir.
Həmin musiqi kollektivləri rayon tədbirlərində, əlamətdar günlərdə,
bayram mərasimlərində maraqlı konsert proqramı ilə çıxış edirlər.
Məktəbin musiqi kollektivləri, həmçinin, dəfələrlə "N" hərbi hissələrində,
cəbhə bölgələrində olmuş, əsgərlər qarşısında konsertlər vermişlər.
Həmin ən'ənə bu gün də davam edir.
Yeri gəlmişkən qeyd
edək ki, məktəb, ərazidəki "N" hərbi hissələrini hamiliyə götürmüşdür
və ayda iki dəfədən az olmayaraq həmin hissələrdə müəllim və şagirdlərin
iştirakı ilə konsertlər verilir. Məktəbin köməyi ilə hərbiçilərin
klubları musiqi alətləri ilə tə'min olunmuşdur.
Kürdəmirin musiqi
aləminə nəzər saldıqda görkəmli aşıq Şakir Hacıyevi, iste'dadlı
müğənni Eynulla Cəbrayılovu, gözəl sənətkar Həsrət Hüseynovu, Qara
Eyyubovu minnətdarlıq hissi ilə xatırlayırıq. Qocaman sənətkar aşıq
əhməd Rüstəmov bu gün də gənc sənətkarların yetişməsində öz köməyini
əsir-gəmir. İndi rayonda geniş tanınan və sevilən müğənni və musiqiçilərdən
Səfalı əliyev, Hüseynqulu Hüseynov, Nizami Rzayev, Nəsrulla Məmmədov,
Nəcib Kürdəmirli, Maşallah Nəbiyev, ənvər əhmədov və başqaları ustad
sənətkarlarımızın yolunu davam etdirirlər.
Məktəbdə təhsil
alan şagirdlərə musiqi fənləri öyrədilməklə yanaşı, Azərbaycanın
görkəmli bəstəkarları və musiqi xadimlərinin həyat və yaradıcılığı
geniş təbliğ olunur. Dünya klassiklərinin yaradıcılığı barədə ətraflı
mə'lumatlar verilir.
Hər il sentyabr
ayının 18-də Ü.Hacıbəyovun və Müslüm Maqomayevin anadan olduqları
günün qeyd edilməsi məktəbdə bir ən'ənəyə çevrilmişdir. Bundan əlavə
məktəbdə Qara Qarayevin, Fikrət əmirovun, Səid Rüstəmovun, Süleyman
ələsgərovun, Arif Məlikovun yaradıcılığına həsr olunmuş günlər keçirilir,
şagirdlərin ifasında həmin bəstəkarların əsərlərindən ibarət konsertlər
təşkil edilir.
İndi Kürdəmir İncəsənət
məktəbi öz mə'zunu, Qarabağ uğrunda döyüşlərdə həlak olmuş Mehman
Eminovun adını daşıyır.
Məktəbdə metodiki
guşə yaradılıb ki, bundan həm müəllimlər, həm də şagirdlər istifadə
edirlər. ə'laçı şagirdlər üçün "şərəf lövhəsi" tərtib olunub. əyani
vəsait kimi dünya şöhrətli bəstəkarların, musiqi xadimlərinin portretləri
məktəbin divarlarını bəzəyir.
Bəs problemlər,
qayğılar nədən ibarətdir? Con on il ərzində yeni dərs proqramlarının
olmaması işimizdə xeyli çətinlik yaradırdı. Lakin Respublika Mədəniyyət
Nazirliyinin tədris-metodika kabineti bu yaxınlarda yeni proqram
tərtib edərək bizə çatdırmışdır. Yeri gəlmişkən deyim ki, tədris
zamanı əvvəllər rus və xarici ölkə bəstəkarlarının əsərlərinə daha
çox üstünlük verilir və bununla da bizim milli musiqimiz bir növ
kölgədə qalırdı. Yaxşı haldır ki, indiki proqramda Azərbaycan musiqisi
əsas yer tutur və şagirdlər buna xüsusi maraq göstərirlər. Məsələn,
Ü.Hacıbəyovun, F.əmirovun, E.Nəzirovanın və bir çox digər bəstəkarlarımızın
gözəl musiqi işləmələri vardır ki, onları şagirdlər təbii ki, daha
tez, daha asan mənimsəyir və sevə-sevə öyrənirlər. Yaxşı olar ki,
indiki nəsil bəstəkarlarımız uşaqlar üçün bu qəbildən olan əsərlərə
öz yaradıcılıqlarında geniş yer versinlər.
Bir məsələni də
qeyd edim: bir çox musiqi əsərlərinə, xüsusən də fortepiano ədəbiyyatına
böyük ehtiyacımız var. Vaxtilə bu notları bizim sifarişimiz əsasında
Moskva və Leninqraddan göndərirdilər. Olan az-çox əsərlər də tələbatı
ödəmir və dərsliklərin, yeni musiqi əsərlərinin nəşr olunmasına
böyük ehtiyac duyulur.
Azərbaycan Bəstəkarlar
İttifaqının rəsmi orqanı olan "Musiqi dünyası" jurnalının nəşrə
başlaması hamımızı sevindirir. Və fürsətdən istifadə edərək yeni
yaranan jurnalın ilk nömrəsinin çapdan çıxması münasibətilə Sizi
məktəbimizin müəllim və şagird kollektivi adından ürəkdən təbrik
edir, jurnala uzun ömür, yaradıcılıq uğurları arzulayırıq.
İncәsәnәt mәktәbinin
direktoru.suallarımıza cavab verirlәr...Son vaxtlar kütlәvi informasiya
vasitәlәrindә Rәşid Behbudovun muzeyindәn qiymәtli eksponatların
oğurlanması barәdә mә'lumat verilir. Bu haqda geniş mә'lumat almaq
üçün bizә dә müraciәtlәr olub. Biz dә bu müraciәtlәrlә bağlı araşdırma
apardıq. Suala Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinin direktoru
A.Bayramova cavab verir:
-1995-ci ildә Azәrbaycan
Respublikasının Mәdәniyyәt naziri Polad Bülbüloğlunun tәşәbbüsü
ilә vә әmrinә әsasәn R.Behbudovun xatirәsini әbәdilәşdirmәk üçün
Mahnı Teatrında müğәnninin memorial iş otağının açılması qәrara
alınmışdı. Ekspozisiyanın açılışı ilә mәşğul olmaq aparıcı profilli
muzey kimi Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinә tapşırılmışdı.
Muzey iş otağında olan әşya vә ya avadanlıqları müvәqqәti memorial
otağın yaradılmasında istifadә etmәk mәsqәdilә Mahnı Teatrından
siyahıya әsasәn aktla qәbul etdi.
O illәr Azәrbaycan
Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinin әsas ekspozisiyası hәlә olmadığından
R.Behbudovla bağlı fondumuzda olan materialları memorial iş otağında
nümayiş etdirmәk imkanını әldә etdiyimiz üçün çox sevindik. Memorial
otaqda R.Behbudovun yaradıcılığını daha dolğun açmaq üçün müxtәlif
mәnbәlәrdәn (Dövlәt Şәkil Qalereyasından R.Behbudovun büstünün gәtirilmәsi
- müәllif İbrahim Zeynalovdur), şәxsi arxivlәrdәn әldә etdiyimiz
kolleksiyalar, müxtәlif şәxslәrdәn topladığımız materiallar vә s.
әsasında ekspozisiyanı tәşkil etdik.
Mәn Sizi bir daha
әmin etmәk istәyirәm ki, dәyәrindәn asılı olmayaraq muzeyә daxil
olan bütün materiallar müvafiq qaydada mühafizә olunur vә muzeydәn
hәr hansı bir әşyanın oğurlanması barәdә heç bir fakt yoxdur.
R.Behbudovun hәyat
yoldaşı Ceyran xanım bә'zi mәnbәlәrә yazdığı mәktubunda da qeyd
edir ki, "o, muzeyә heç bir әşya vermәmişdir".
Әgәr R.Behbudova
mәxsus olan әşyalardan hansısa itibsә, biz bu haqda heç bir mә'lumat
verә bilmәrik. Belә ki, bütün bunlar heç bir vaxt muzey әşyası olmayıb
vә tәbii ki, muzeydәn oğurlana bilmәz. Bu әşyalar R.Behbudovun ailәsinә
mәxsus şәxsi әşyalar ola bilәr.
Hal-hazırda Azәrbaycan
Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinin yeni ekspozisiyasında tәrtibat
işlәri aparılır. Azәrbaycan musiqi mәdәniyyәtinin bir çox görkәmli
xadimlәri kimi, görkәmli müğәnnimiz R.Behbudov da gәlәcәkdә bu ekspozisiyada
öz layiqli yerini tapacaqdır.