|
zərbaycan
xalqının böyük mütəfəkkir oğlu əhməd bəy Ağaoğlu (Ağayev) XIX əsrin
sonu, XX əsrin birinci yarısı hüdudlarında milli ziyalı, münəvvər
bir intellektual kimi formalaşmış və Azərbaycanın ictimai fikir
tarixini dəyərli əsərlərilə zənginləşdirmişdir. O, 1869-cu ildə
Azərbaycanın Qarabağ mahalının Şuşa şəhərində anadan olmuşdur. Ağaoğlunun
ailəsi Şuşanın elm və bilik sahəsində seçilən ziyalılar zümrəsinin
ən nüfuzlu dairəsinə mənsub idi.əhməd bəy ilk təhsilini məhəllə
məktəbində almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Az
sonra isə Şuşada yeganə müasir tipli maarif ocağı sayılan rus məktəbində
oxumuşdur.
Ə.B.Ağaoğlu
sonrakı illәr Tiflisdәki 1 saylı gimnaziyada
tәhsilini davam etdirmiş, 1885-ci ildә oranı
bitirmişdir. Bir neçә ildәn sonra - 1888-ci
ildә, o, ali tәhsil almaq mәqsәdilә
Fransanın paytaxtı Parisә gәlmişdir.
O, 1994-cü ilә qәdәr "Kollej de Frans"
vә siyasi biliklәr mәktәblәrindә
tәhsil almış, dünyanın әn şöhrәtli
tәhsil ocaqlarından biri olan, mәşhur Sarbonna
Universitetinin teologiya (ilahiyyat) fakültәsini bitirmiş
vә hüquq mәktәbindә dә oxumuşdur.
Görkәmli hüquqşünas, ilahiyyatçı,
siyasәtçi vә digәr bilik sahәlәrinә
dәrindәn bәlәd olan alim kimi fәrqlәnәn
Ağaoğlu Fransada olduğu zaman latın, yunan,
fransız, ingilis vә rus dillәrini dә dәrindәn
mәnimsәmişdir. Azәrbaycanda vә Tür-kiyәdә
onlarca qәzetin redaktoru olmuş, yüzlәrlә
mәqalә, 15 kitab vә kitabça çap
etdirmişdir. Böyük intellektual diapazona malik bu
mütәfәkkir 1939-cu ildә Türkiyәdә
vәfat etmişdir.
Əhmәd
bәy Ağaoğlu (Ağayev) istәr böyük,
istәrsә dә kiçik әsәrlәrindә
incәsәnәtin bütün sahәlәrilә
bağlı qiymәtli fikirlәr söylәmişdir.
Onun xalq poeziyası vә aşıq sәnәti
haqqında araşdırmaları bu günkü nәzәri
fikrimiz üçün dә öz aktuallığını
vә әhәmiyyәtini itirmәmişdir.
O, әdәbiyyat, teatr, musiqi vә s. sahәlәrin
xalqın mә'nәvi inkişafında rolu barәdә
ayrı-ayrı mәqalәlәr dә dәrc
etdirmişdir.
Ə.Ağaoğlu
"Kaspi" qәzetinin 1900-cü il avqustun 8-dә
dәrc olunmuş (266 saylı) "Opıt oçerka
tatarskoy poezii" mәqalәsindә türk-tatar
(Azәrbaycan) xalq poeziyasında aşıq sәnәtinin
tәfsirini vermiş vә maraqlı qәnaәtlәrә
gәlmişdir. Müәllif göstәrir ki,
mәqalәdә qarşıya qoyulmuş mәqsәd
әldә edilmiş cü'zi material әsasında
yerinә yetirilir vә toplanmış hәmin
material yalnız dәryadan götürülmüş
bir damla tәşbihindәdir. Tәbiidir ki, damla
ilә dәrya haqqında mühakimә yürütmәk
olmaz.
|
|