"ZÜLFÜ ADIGÖZӘLOV-        
XATİRӘLӘRDӘ"      
Ramiz FӘRZULLA OĞLU           
1   2  
        
"Sur" mugami
"Sekah" mugami

espublikanın görkәmli xanәndәsi, böyük muğam ustadı Zülfü Adıgözәlovun bu il anadan olmasının 100 illiyi tamam olur. Zülfü Adıgözәlovun ifaçılvığına bir neçә aspektdәn yanaşmaq olar. O, şifahi әn'әnәli professional musiqimizin tarixinә XX әsrin görkәmli xanәndәsi, muğam bilicisi, tәsnif vә xalq mahnılarının mahir tәfsirçisi vә tәbliğatçısı, hami-müәllim kimi daxil olmuşdur.

Zülfü Adıgözәlov pәsxan xanәndә idi. O, mu-ğam dәstgahını tam şәkildә bәm vә orta tessiturada özünәmәxsus oxuma mәktәbini yaratmışdır. Bu gün adlarını fәxrlә çәkdiyimiz әbülfәt әliyev, Sahib Şükürov, Hacıbaba Hüseynov, әlibaba Mәmmәdov, İldırım Hәsәnov, Ağaxan Abdullayev, Tәl'әt Qasımov, neçә-neçә gәnc iste'dadlı xanәndәlәr Zülfi mәktәbinin iste'dadlı davamçılarıdırlar.

Xanәndәnin ifa etdiyi vә lentә, qrammafon vallarına yazdırdığı "Rast", "Mahur-hindi", "Segah-Zabul", "Bayatı-Şiraz", "Humayun" muğam dәstgahları, bir sıra tәsniflәr, "Nәbi", "Mәn gedirәm Zәngilana", "Dedim bir busә ver", "Kәklik" vә b. bu kimi xalq mahnıları tәkrarolunmaz, musiqi xәzinәmizin nadir incilәridirlәr. Mәhz qәdim klassik muğamlarımızı, tәsnif vә xalq mahnılarını oxuyarkәn onların әn'әnәvi forma vә quruluşunu saxlamaqla xanәndә özünәmәxsus nәfәslәri, dәst-xәtti ilә ifaçılıq sәnәtinә yeniliklәr gәtirmişdir.

Heç dә tәsadüfi deyil ki, Zülfü Adıgözәlovun xanәndә kimi ifaçılığının xüsusiyyәtlәrindәn söz açarkәn görkәmli şәrqşünas alim, jurnalist Rafael Hüseynov yazır: "O muğamların labirintlәrinә kamil bәlәd idi, bir muğamın qapısından girib bu muğamın ruhunu incitmәdәn, sәslәnmiş rәvanlığına xәlәl gәtirmәdәn asudәcә sonra elә gәldiyi rәvanlıqla әvvәlki muğama qayıdıb yolunu davam etdirә bilirdi".

Zülfü Adıgözәlov muğam dәstgahların ayrı-ayrı uyğun şö'bәlәrini birlәşdirәrәk mikrosilsilә kimi müstәqil şәkildә tәfsir etmişdir. Bu baxımdan "әraq-Pәncgah", "Hasar-müxalif", "Vilayәti-Dilkeş" muğamları gözәl örnәklәrdir.


1   2  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site