"ZÜLFÜ ADIGÖZƏLOV-        
XATİRƏLƏRDƏ"
      
Ramiz FƏRZULLA OĞLU           
1   2  
Ü. Talıbzadə
Azərbaycan musiqisinin tarixi yaranır

R. Zöhrabov
"Zülfi Adıgözəlov xatirələrdə"

 
 
        
"Sur" mugami
"Sekah" mugami

Bu yaxınlarda böyük sənətkarın anadan olmasının 100 illiyi ilə əlaqədar "Şur" nəşriyyatı "Zülfü Adıgözəlov - xatirələrdə" kitabını nəfis şəkildə buraxmışdır.

Kitabda tanınmış alimlərin, incəsənət və ədəbiyyat xadimlərinin, onun doğmalarının, pərəstişkarlarının xatirələri toplanmışdır. Kitabın çapa hazırlayanı Tofiq Abdullayev, redaktoru tanınmış yazıçı-jurnalist Nahid Hacızadədir. əsər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə nəşr edilmişdir.

Kitaba daxil olan xatirələrin müəllifləri görkəmli ədəbiyyat xadimləri - yazıçı, şair, ədəbiyyatşünaslar (Rəfael Hüseynov, əliağa Vahid, Bəxtiyar Vahabzadə, Zeynal Xəlil, Cəmil əlibəyov, ələkbər Şahid, Həkim Qəni, Hacı Mail, İlyas Tapdıq, Xatirə Quliyeva), bəstəkar və musiqişünaslar (Tofiq Quliyev, Səid Rüstəmov, Süleyman ələsgərov, Azər Rzayev, Tofiq Bakıxanov, Nəriman Məmmədov, Sevda İbrahimova, Gülxar Həsənova, Sərvər İbrahimov, Rəhilə Həsənova, İslam Rzayev, Firudin ələkbərov, Arif Babayev, Təl'ət Bakıxanov, Vəli Məmmədov, Canəli əkbərov, əliyusif əlizadə), jurnalistlər - Hacı Hacıyev, Tofiq Axundov, tarixçi alim - Məzahir Abbasov, sənətşünas - Azad əliyevdir.

Xatirələrdə Zülfü Adıgözəlovun həyat və yaradıcılıq yolundan, qayğıkeş insan, gözəl ata, mehriban ailə başçısı kimi insani keyfiyyətlərindən, onun yaratdığı oxuma məktəbindən, yüksək fitri iste'dadından, xanəndə, sazəndə, şairlərlə dostluğundan, muğamlarımızın saflığını göz bəbəyi kimi qorumasından, hər bir muğam dəstgahı üçün müvafiq qəzəllər seçmək bacarığından, sözlərin, tələffüzün yüksək dərəcədə səlisliyinə çalışan xüsusi qabiliyyətindən, konsert zamanı dinləyicilərlə ünsiyyətindən, musiqi texnikumunda müəllimlik fəaliyyətindən, muğam, təsniflərin, xalq mahnılarının təbliğatçısı kimi böyük rolundan söz açılır.

Biz inanırıq ki, "Zülfü Adıgözəlov - xatirələrdə" kitabı muğamsevərlər, xüsusilə gənc xanəndələr üçün gözəl töhfə olacaqdır.


 
1   2  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site