espublikanın görkəmli
xanəndəsi, böyük muğam ustadı Zülfü Adıgözəlovun bu il anadan olmasının
100 illiyi tamam olur. Zülfü Adıgözəlovun ifaçılvığına bir neçə
aspektdən yanaşmaq olar. O, şifahi ən'ənəli professional musiqimizin
tarixinə XX əsrin görkəmli xanəndəsi, muğam bilicisi, təsnif və
xalq mahnılarının mahir təfsirçisi və təbliğatçısı, hami-müəllim
kimi daxil olmuşdur.
Zülfü Adıgözəlov
pəsxan xanəndə idi. O, mu-ğam dəstgahını tam şəkildə bəm və orta
tessiturada özünəməxsus oxuma məktəbini yaratmışdır. Bu gün adlarını
fəxrlə çəkdiyimiz əbülfət əliyev, Sahib Şükürov, Hacıbaba Hüseynov,
əlibaba Məmmədov, İldırım Həsənov, Ağaxan Abdullayev, Təl'ət Qasımov,
neçə-neçə gənc iste'dadlı xanəndələr Zülfi məktəbinin iste'dadlı
davamçılarıdırlar.
Xanəndənin ifa etdiyi
və lentə, qrammafon vallarına yazdırdığı "Rast", "Mahur-hindi",
"Segah-Zabul", "Bayatı-Şiraz", "Humayun" muğam dəstgahları, bir
sıra təsniflər, "Nəbi", "Mən gedirəm Zəngilana", "Dedim bir busə
ver", "Kəklik" və b. bu kimi xalq mahnıları təkrarolunmaz, musiqi
xəzinəmizin nadir inciləridirlər. Məhz qədim klassik muğamlarımızı,
təsnif və xalq mahnılarını oxuyarkən onların ən'ənəvi forma və quruluşunu
saxlamaqla xanəndə özünəməxsus nəfəsləri, dəst-xətti ilə ifaçılıq
sənətinə yeniliklər gətirmişdir.
Heç də təsadüfi
deyil ki, Zülfü Adıgözəlovun xanəndə kimi ifaçılığının xüsusiyyətlərindən
söz açarkən görkəmli şərqşünas alim, jurnalist Rafael Hüseynov yazır:
"O muğamların labirintlərinə kamil bələd idi, bir muğamın qapısından
girib bu muğamın ruhunu incitmədən, səslənmiş rəvanlığına xələl
gətirmədən asudəcə sonra elə gəldiyi rəvanlıqla əvvəlki muğama qayıdıb
yolunu davam etdirə bilirdi".
Zülfü Adıgözəlov
muğam dəstgahların ayrı-ayrı uyğun şö'bələrini birləşdirərək mikrosilsilə
kimi müstəqil şəkildə təfsir etmişdir. Bu baxımdan "əraq-Pəncgah",
"Hasar-müxalif", "Vilayəti-Dilkeş" muğamları gözəl örnəklərdir.