917-ci il yanvarın
4-də M.ə.Rəsulzadənin nəşr etdiyi
"Açıq söz" qəzetində birinci səhifədə
belə bir e'lan dərc olunmuşdu: kinoteatr "Forum"
(Bolşoy Morskoy küçəsi). yanvarın 3-dən
göstəriləcəkdir: Qış fəslinin
ən məşhur tamaşası "Arşın mal
alan". Kinokomediya müsəlman artistlərinin ən
məşhurlarının iştirakı ilə. Şəkil
Bakı şəhərində götürülmüşdür".
Yanvarın 6-da "Açıq söz", "Arşın mal
alan şəkli" sərlövhəli yazı vermişdi.
Orada deyilirdi: "Keçən gün yanvarın 3-də
Bakıda olan kinomatoqraf teatrlarından "Bolşoy Morskoy"
küçəsində olan "Forum" adlısında "Arşın
mal alan" şəkli göstərilib, xeyli məxluq
tamaşaçı cəlb edilmişdi.
İkinci gün
tamaşaçıların ədədi əvvəlkindən
dəxi çox olub basabas ilə bilet alınırdı
ki, qəflətən bilet alanlara e'lan etdilər ki,
bu axşam "Arşın mal alan" göstərilməyəcəkdir.
Səbəbini də göstərdilər ki, guya haman
şəkil yanıbdır.
Camaat mə'yus
olub dağıldılar və teatro demək olar ki,
lap boş keçdi.
Aldığımız
mövsuq (mö'təbər) mə'lumata görə
bu işin əsil həqiqəti belədir:
"Arşın mal alan"
şәkli Üzeyirbәy Hacıbәyovun "Arşın mal alan" adlı operettasının
mәzmunundan iqtibas edilib vә müsәnnifindәn (müәllifindәn) biizn
(icazәsiz) şәklә salınıbdır.
Hacıbəyov
qardaşlarının müdiriyyəti bu işdən
xəbərdar olan kimi öz vəkilləri olan əlimərdanbəy
Topçubaşov cənablarına müraciətlə
şəklin qadağan etdirilməsini rica etmişlərdir.
Əlimərdanbəy
dəxi Zülfüqarbəy və Üzeyirbəy
Hacıbəyovlar ilə bərabər qorodonaçalnik
Kovalyov cənablarının yanına gedib şəklin
müsənnifindən biizn göstərilməsini
bildirib qorodonaçalnikin əmri ilə şəkli
saxlatdırmışdır".
Qeyd: böyük
tədqiqatçı Qulam Məmmədli "Ü.Hacıbəyovun
həyat və yaradıcılığının
salnaməsi"ndə (B.1984,c.215) yuxarıda təsvir
olunmuş əhvalatı "Yeni iqbal" qəzetindən
iqtibas etmişdir. İnformasiya müəllif tərəfindən
mə'lum səbəblər üzündən ixtisar
və redaktə olunmuşdur. Məsələn, ə.Topçubaşovun
adı çəkilmir, Üzeyirbəyin Kovalyovun yanına
tək getdiyi yazılır və s.
Bu əhvalatla
"Molla Nəsrəddin"də maraqlanmışdı.
1917-ci ilin fevralın 12-də "Açıq söz"
qəzeti "Molla Nəsrəddin" jurnalının Tiflisdə
"İki-üç il nigarançılıqdan sonra nəşr
olunmağa başlaması" haqqında oxuculara mə'lumat
verirdi. Jurnalda dərc olunmuş yazılar barədə
maraqlı informasiyalar və qeydlər vardır.
Bakıda yanvarda
"Arşın mal alan"la əlaqədar əhvalatlardan
xəbər tutan "Molla Nəsrəddin"- jurnalın
16 fevral tarixli 2-ci nömrəsində Üzeyirbəyin
bu məşhur operettası haqqında iri bir təhlili
yazı dərc etmişdir. "Dəmdəməki" imzası
ilə verilmiş bu mollanəsrəddinsayağı
analitik yazı nədənsə tədqiqatçıların
nəzərini bir o qədər də cəlb etməmişdir.
Bu səbəblə onu Üzeyirbəy sənətini
sevən və tədqiq edənlərin nəzərinə
çatdırmaq istəyirik.
ARŞIN MAL
ALAN
Amerikanın
"Nyu-York" şəhərində çıxan bir qəzetə
xəbər verir ki, Amerikanın teatrlarında da "Arşın
mal alan" operettasını təzəlikdə oynamağa
başlayıblar.
Bəndə
bunu ərz edə bilər ki, altıaylıq səyahətimdə
mən görürdüm ki, Aşqabaddan başlamış
Daşkənddə, Orenburqda, Samara, Sarıtsın,
Hacıtərxan, Petrovsk, Vladiqafqazda küçə
və bazarda "Arşın mal alan"dan savayı özgə
danışıq yoxdur. Bu şəhərlərin
hər birində tramvay qulluqçularının işi-peşəsi
vaqonların səkisinə dırmaşan çocuqları
qovmaq idi. Bu haman çocuqlardı ki, qoltuqlarında
"Arşın mal alan" kitabı çığırıb
xalqı başdan-beyindən eləyirlər.
"Arşın mal alan, arşın
mal alan!"