MÜSLÜM MAQOMAYEV:        
ƏSRLƏRİN AYRICINDAN BİR NƏZƏR      
Aida HÜSEYNOVA           
1   2   3   4   5  
Z. Səfərova
XX əsrin dahi bəstəkarı və şəxsiyyətı

A. Hüseynova
M. Maqomayev. əsrlərin ayrıcından bir nəzər

Ş. Hüseynov
Açılmamış səhifələr

S. Fərəcov
Əgər onlar da tamamlansaydı, yaşasaydı


 
 
English English English English English English English
make printcopy print copy
        
Bul-bul Muslim Magomayev
Opera "Nargiz"
Video: First

üslüm Maqomayev Azərbaycan musiqisi tarixində Üzeyir Hacıb əyov, Qara Qarayev, Fikrət əmirov, Niyazi ilə yanaşı böyük iz qoymuş, əbə di yaşayan s ənə tkarlarımızdandır. Onun görk əmli bəstəkar, ictimai xadim, dirijor kimi xidmətlə ri ş ə ksizdir. Onun operaları, simfonik əsərlə ri, mahnıları, kino və dramatik teatr üçün musiqisi milli klassikamızın parlaq s əhifəsidir. Lakin yenə də e'tiraf etmə liyik ki, Maqomayevin yaradıcı ş əxsiyyəti, onun çoxcəhətli fəaliyyəti sonadək dərk olunmayıb. Biz, çox vaxt "Az ərbaycan bəstə karlıq m əktəbinin banilərindən bi ri", "Üzeyir Hacıb ə yovun silahdaşı, h ə mkarı, m əslək dostu kimi ən'ənəvi formullardan istifadə edir və bu zaman Maqomayev musiqisinin özünəməxsus gözəlliyini və, ümumiyyətlə, onun milli bəstə karlıq m əktəbinin təkamülündəki rolu barədə dəqiq təsəvvürləri arx a planda qoyuruq. İndi, əsrin sonunda olub-keçənlərə yekun vurmağa ehtiyac duyulduğu bir vaxtda, b əstə karın yaradıcılıq axtarışlarının f ərdiliyini anlayaraq "Maqomayev və Azərbaycan musiqisi" probleminə yenidən müraciət etməyimiz, zənnimcə , çox aktualdır.

Tale əzəldən Müslüm Maqomayevə həddən ziyadə mürəkkə b rol hazırlamışdı. Dahi Üzeyir Hacıb əyovun müasiri, məslə kdaşı olmaq v ə onun nəhə ng ş əxsiyyətinin tə 'siri altına düşm əmək - bu, hər kəsə müyəssər olmur. Və əgər Maqomayev parlaq iste'dad sahibi olma saydı o, h ə r şeyd ən öncə Hacıb ə yovun bir növ "dublyoruna", onun ideyalarını t əkrarlayan epiqonçuya çevrilə rdi. Ancaq, bu baş verm ədi. Maqomayevin irsində elə ilk qələm təcrübələrində n başlayaraq orijinal, özü d ə də rhal tanınan v ə Hacıb əyovdan son dərəcə fərqlənən intonasiya səsləndi. Bu fə rq artıq onların musiqisinin sad əcə empirik mənimsənilməsində hiss olunur. Hacıb ə yov yaradıcılığında dünyaya obyektiv baxış, müdrik t əmkinlik və ahəngdar özünüifadə hökm sürürsə Maqomayev mahiyyətcə subyektivdir, kəskin em osionallığa, romantik -affektli ifad ə tərzinə meyllidir.

Lakin başlıcası odur ki, Maqomayev Hacıb əyovun Avropa ilə milliliyin sintezi ideyasını özün əməxsus yolla hə yata keçirmişdir. Hacıb əyov üçün avropasayaq bəstə kar yaradıcılığı normaları bir növ oriyentir rolunu oynamışdır. Buna uyğun ş əkildə o, milli bədii təməldən keyfiyyətcə yeni yaradıcılıq prinsipl ə ri hasil etmiş, daha doğrusu, icad etmişdir. Maqomayev is ə klassik Avropa modellərini bütövlükdə qavrayaraq onları Az ərbaycan musiqisi kontekstində uyğunlaşdırmış, yeni, milli - s əciyyəvi cizgilərlə zənginlə şdirmişdir. Qeyd etm ə k lazımdır ki, milli ən'ənələrdən Maqomayev zahiri tərəfi deyil, onun ən əhəmiyyətli cəhətini ə xz etmiş v ə bununla da iki bərabər hüquqlu bədii keyfiyyə t - Ş ərq və Qərb, monodik və homofon düşünc ə tərzlərinin üzvi vəhdətinə, özünəmə xsus simbiozuna nail olmuşdur. Maqomayevin Avropa b əstə karlıq fondundan m ənimsədiyi və onun müə llif üslubunun atributlarına çevrildiyi modell ərdən XIX ə sr romantik melodikasının qanunauyğunluqlarını, period strukturunu, üçhissəli və təzad-tə rkibli formanı, klassik ladharmonik sistemin normalarını v ə başqalarını göst ərmə k mümkündür. Adları ç əkilən prinsiplər milli musiqi təfəkkürünün əsas keyfiyyə ti - muğamvarilikl ə sintezlə ş ərək ə saslı sur ətdə də yişdir ilir, bununla belə öz tipologiyasını itirmir. Məhz Maqomayev intonasiyasının bu ikili, muğam -homofon t əbiəti, zənnimizcə , onun musiqisinin başlıca özün əmə xsusluğunu, t əkrarolunmaz gözə lliyini şərtləndirmişdir.

 
1   2   3   4   5  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site