Hər üç dinin - yəhudilik,
xristianlıq və müsəlman oxumalarının əsasını birsəsli oxuma tərzi
tutur. Bu həm şərq xalqlarının musiqi təfəkkürü ilə, həm də monoteizmin
ideologiyası ilə əlaqədardır:
1. Allah tərəfindən
verilən səs ən mükəmməldir əqidəsi vokal ifanı.
2. "Allah tərəfindən
bəxş olunan səs, insan əməlinin nəticəsi olan alətlərdən mükəmməldir"
əqidəsi instrumental müşayətsiz ifanı.
3. Təksəsli oxuma,
hətta xor (kollektiv) oxumaların unison ifası allahın vahidlik rəmzi
ilə bağlı olub islam dini oxumalarının ifa qanunlarının əsasını
qoyur.
Təksəsli oxuma tərzi
barəsində ədəbiyyatda belə yanlış fikirlərə rast gəlmək olur ki,
təksəslilik musiqini çoxsəslinin o biri səslərlə birləşib çətinlik
yaratmasından azad edib. Beləliklə, çoxsəslilik təksəslinin mürəkkəb
forması kimi tarixin inkişaf mərhələsində meydana gəlməsi fikri
ortaya atılır. M.Xarlap qeyd edir ki, musiqişünasları düşündürən
"çoxsəslinin nə vaxt yaranması" problemini, təksəslinin nə vaxt
yaranması ilə əvəz etsələr, daha düzgün olar. Belə ki, musiqi əvvəlcə
çoxsəsli yaranmışdır.(6)" Skrebkov isə yazır:
"Təksəsli oxuma
çoxsəsli oxumanın bir növ monodik təkrarıdır. Təksəsliliyə kollektivdən
yaranma kimi baxmaq lazımdır."(7)
Şifahi әn'әnәli
professional sәnәti çәtinlikdәn azad edilmiş, mürәkkәblikdәn - bәsitliyә
enәn sadә yaradıcılıq sahәsi yox, әksinә, mürәkkәb musiqi modeli
vә sistemә salınmış qanunlar külliyyatıdır.
İslamın mühafizəkar
meylinə baxmayaraq ümumi inkişaf prosesində ibadət oxumaları ilə
yanaşı dini oxumaların yeni janrları meydana çıxır. Bu oxumalarda
ifaçılıq qanunlarının reqlamenti müəyyən qədər yumşalır. Dini musiqinin
mövzu dairəsi genişlənir və yeni yaranmış janrlarda fəlsəfi, didaktik
və sairə xüsusiyyətlər nəzərə çarpır. Bu janrların musiqi mətni
də məzmuna uyğun xarakter alır. Musiqi mətninin melodik ifadəsindəki
müəyyən ritm, intonasiya yeniliyi, musiqi məntiqinin sərbəstliyi
və lad dairəsinin genişlənməsi, kadans xüsusiyyətlərinin parlaqlığı
bu dini oxumaları dünyəvi elementlərlə zənginləşdirir. Məhz dini
musiqi janrlarının inkişafı, onların xalq nümayəndələri ifasında
səsləşərək milli hiss və ehtiraslarla aşılanıb, cilalanması dünyəvi
xarakter daşıyan yeni professional sənətin meydana gəlməsi üçün
zəmin yaradır.