oşbəxt
o kəsdir ki, özündən sonra da yaşasın, insanlarla əbədi paylaşsın,
onlarla danışsın. İncəsənət daima ünsiyyət vasitəsi olub. Burada
heç zaman qapılar, sərhədlər, manelər, dil baryeri, zaman, vaxt
məfhumu olmur. O ya səninkidir, ya da səninki deyil.
Bir zaman uşaqlıqda sevilən nağıllar, mahnılar, oyunlar, sonra
zaman keçdikcə yenə də sevilir, əbədi olaraq, ancaq müəyyən yaşa
dolduqda bu sevilən şeylərin mahiyyəti-açarı qapılarını açaraq
öz sirrlərilə bölüşür... Həyat qəribəliklərlə doludur.
Təbiət
etibarilə sənət adamlarına daima əlçatmaz, pərəstiş obyekti kimi
baxsaq da bununla kifayətlənməyir və yaradılan sənət əsərlərilə
bir qədər onlara yaxınlaşmaq istəyirik.
Friderik
Frantişek Şopen. Bu sənətkar haqqında çoxlu əsərlər, elmi işlər
yazılıb. O, bir obraz kimi məşhur sənətçilərin əsərlərində təcəssüm
olunaraq əbədiyyətə qovuşmuşdur.
Daima
özüylə mübarizədə olan, sevən və sevilən, "iliyinə"
qədər milli və eyni zamanda kainatın musiqisini dünyaya gətirən
Şopen. Bu portreti onun yaratdığı əsərləri çəkir. Burada nə qədər
zəriflik, paklıq və işıqsaçan qüssə var, nə qədər həssaslıq və
mübarizlik, eyni zamanda məntiqi qanunauyğunluqla səslərin hər
birinin ayrı-ayrılıqda "sevilməsini" görürsən.
Mazurka,
op. 67 3
Fantaziya
- ekspromt
Bəlkə
yaşamaq və yaşatmaq eşqinin bu qədər güclü olmasından irəli gələrək
müraciət etdiyi janrlar yeni həyat hüququ alaraq öz "çərçivələrini"
qırmışdır.
op. 33
2 Mazurka.
op. 56
2 Mazurka.
Əlbəttə,
bu həm də zamanın hökmü-tələbindən irəli gələn bir proses idi,
siyasi fəlakətin yaxınlaşmasını hiss edərək milli nüfuzun yüksəlişi
dövrü idi.
Görkəmli
polyak mütəfəkkiri, yazıçı Stanislav Staşis (1755-1826) 1790-cı
ildə Varşavada nəşr olunan "Avropada indiki siyasi vəziyyətlə
bağlı və təbiətin qanunauyğunluqlarından irəli gələrək, Polşanın
xəbərdar edilməsi" kitabında yazırdı: "O ölkədə ki,
qanun yalanlar törətmək, riyakarlıq etmək silahına dönür, oranın
vətəndaşları oğru və soyğunçu olur. Onlar da öz növbəsində sonradan
yuxarıda oturan krallara çevrilir"1.
Hissələrə
parçalanan dövlətin acınacaqlı vəziyyətini qələmə alan bir başqa
istedadlı polyak publisisti Frantişek Yezerson (1740-1791) pamfletlərindən
birində belə yazırdı: "Əlifba ardıcıllığıyla "İnsan"
sözü polyak dilində əcnəbi, məlum olmayan bir söz hesab edilməlidir,
çünki bu sözün mahiyyəti - məxluq deməkdir. Onun azad yaşamaq
hüququ olmalıdır. Polşada bu anlayışlar olmadığına görə mütləqiyyətə
əsaslanan Reç Pospolita təbəqələri üçün onun, yəni insan sözünün
heç bir əhəmiyyəti yoxdur"2.
Polşanın
bu dövrdəki taleyi - üsyanlar, onların dəf olması, yenidən parçalanaraq
əvvəl Prussiyaya, sonra da Rusiyaya verilməsi. Mübarizəni bununla
saxlamaq mümkün deyildi. XVIII əsrin sonu XIX əsrin əvvəlində
yaşayan bir çox polyak sənətçilərinin, o cümlədən bəstəkarlarının
yaradıcılığında mübarizlik, vətənpərvərlik, milli şüurun oyanışı
kimi hisslər öz əksini tapırdı.
op. 15
1. Noktürn.
op. 27
1. Noktürn.
Üsyan
və inqilablar nəinki real həyatda, həm də yazılan janr və formalarda
baş verirdi. Bu vəziyyətdən "baş götürüb" hara getmək
olardı. İnsan öz daxili dünyasını necə tərk edə bilərdi. Bu "bəşəriyyətin
mühacirəti" idi. Zəif olan kəslər bu prosesə tab gətirə bilməzdi.
Güc ancaq məhəbbət və inam hissində idi.
Şopen
belə "seçilmişlərdən" idi. O, polyak xalqının rəmzi
kimi - torpaq, məhəbbət və musiqidən" yoğrulmuşdu" -
Bax kimi, Motsart kimi, Leonardo kimi, Səttar kimi...
Həyatının
sonuna yaxın, 1849-cu ildə yazdığı fa minor (op. 68) mazurkasında
nə qədər zəngin palitra, parlaq ifadə vasitələri, harmonik dil
var:
Bu kiçik
melodik parçada nə qədər sual var.
İ. Belza3
özünün Şopenə həsr olunan monoqrafiyasında bu mazurka haqqında
belə yazır: "Bu mazurkada daim suallarına cavab axtaran Şopen,
E. Heminqueyin "Qoca və dəniz" povestindəki qocanın
diliylə özünə sual verir: "Kim sənə gəlib dedi? - Heç kim"
- deyərək fikrini davam edir - "Sadəcə olaraq mən özüm dənizdə
çox uzaqlara getdim". Bəlkə bütün dahilər kimi doğrudan da
"çox uzaqlara gedən" sənətkarlar cəmiyyətdə tək qalırlar.
Bu həyatın qanunauyğunluğudurmu? Yox, onlar mayak kimi yol göstərən
olur, piramidalar kimi əbədiyyətə qovuşur. Bəlkə elə ona görə
Şopenin iş otağında onun divarını bəzəyən rəsmlər arasında möhtəşəmlik,
sədaqət, birlik rəmzi olan piramidların şəkli asılmışdır.
ƏDƏBİYYAT
1. Qabaqcıl
polyak mütəfəkkirlərinin seçilmiş əsərləri. 1 c. M. 1956. Səh.
147-148.
2. Qabaqcıl
polyak mütəfəkkirlərinin seçilmiş əsərləri. 1 c. M. 1956. Səh.
491-492.