Tofiq Quliyev əmək fəaliyyətinə
1941-ci ildə Azər-baycan Dövlət Caz Orkestrinin bədii rəhbəri kimi
başlamışdır. Sonralar o, Azərbaycan radiosu orkestrinin rəhbəri
olmuş, 1954-1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında
pedaqoji fəaliyyət göstərmişdir. Tofiq Quliyev 1958-1959-cu illərdə
Azərbaycan Dövlət Filarmo-niyasının bədii rəhbəri, 1961-1964-cü
illərdə isə onun direktoru vəzifəsində işləmişdir. O, 1958-ci ildən
Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü, 1968-ci ildən
katibi, 1973-cü ildən birinci katibi, 1990-cı ildən ömrünün sonuna
qədər isə sədri olmuşdur.
Tofiq Quliyevin adı musiqi
tarixinə Azərbaycan estrada və caz musiqisinin banisi
kimi daxil olmuşdur. Azərbaycan xalq musiqisi ənənələrindən
və XX əsrdə yaranmış musiqi formalarından
məharətlə faydalanan bəstəkarın mahnıları
kütləvi mahnı janrının gözəl
nümunələridir. Tofiq Quliyevin sadə musiqi dili,
aydın və milli koloriti ilə seçilən musiqisi
ona minlərlə dinləyicinin tükənməz
məhəbbətini qazandırmış, mahnıları
el içərisində əsl xalq nəğmələri
kimi sevilmişdir.