İyun ayının 18 və 19-da Azərbaycan
xalq çalğı alətləri orkestri üçün əsərlərə həsr olunmuş plenum keçirilmişdir.
Plenumu giriş sözü ilə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə heyətinin
Birinci katibi, respublikanın xalq artisti Vasif Adıgözəlov açdı.
O, bu plenumun əhəmiyyətindən, iştirak edən kollektiv və solistlərdən,
ifa olunacaq əsərlərdən danışdı.
Plenumda Azərbaycan Televiziyası
və radio Verilişləri Şirkətinin S. Rüstəmov adına xalq çalğı alətləri
orkestri (bədii rəhbər - respublikanın xalq artisti Nəriman Əzimov,
dirijor - Faiq Sadıqov) və Azərbaycan Dövlət xalq çalğı alətlər
orkestri (bədii rəhbər - Ağa-verdi Paşayev) iştirak etdi.
Proqrama F. Əmirovun, H. Xanməmmədovun,
Ş. Axundovanın, R. Mustafayevin, V. Adıgözəlovun,
N. Əzimovun, O. Kaziminin, N. Quliyevin, Vasif və Ceyhun Allahverdiyev
qardaşlarının əsərləri daxil edilmişdi.
İki günlük konsertlərdən sonra Azərbaycan
Bəstəkarlar İttifaqında Plenumun müzakirəsi keçdi.