ÜZEYİR HACIBƏYOVUN HUMAYUNA AİD      
LAD-NƏZƏRİ ƏSASLARI ÜZRƏ ARAŞDIRMALAR      
Nərgiz Şəfiyeva           
1  
Nərgiz Şəfiyeva
ÜZEYİR HACIBƏYOVUN HUMAYUNA AİD LAD-NƏZƏRİ ƏSASLARI ÜZRƏ ARAŞDIRMALAR

Ülkər Talıbzadə
QARA QARAYEV YARADICILIĞINDA MUSİQİLƏ MƏTNİN QARŞILIQLI ƏLAQƏSİ PROBLEMİNƏ DAİR

Gulere VƏZİROVA
ƏNƏNƏVİ MUĞAM OPERASI ƏNƏNƏLƏRİNƏ YENİ BAXIŞ


Üzeyir Hacıbəyovun “Azərbaycan xalq musi-qi-sinin əsasları” elmi əsərindəki milli ladlarımızın ailəsinə daxil olan Hümayun ladı, açıq desək, aparılan tədqiqatlar sırasında ən “kölgəli” sahə kimi nəzəri cəlb edir.

Dahi bəstəkar-alim tərəfindən işlənmiş Hümayunun nəzəri əsaslarının elmi mahiyyəti ilə bərabər, ladla bağlı yaradıcılıq təcrübəsində tətbiqetmə üsul-qaydalarının həlli problemləri, musiqişunaslarımızın diqqətindən yayınmasa da, hələ kifayət qədər müfəssəl, qaneedici nəticələr əldə edilməmişdir.

Bununla bərabər qeyd edilməlidir ki, 30 ildən artıq “Azərbaycan xalq musiqisinin əsasları”nın lad-nəzəri qanunauyğunluqlarını təfsir edən, araşdıran, bir sıra mürəkkəb çözümlü məsələlərin işıqlandırılmasında cəhd göstərən, mərhum professor Məmməd Saleh İsmayılov “Azərbaycan xalq musiqisinin məqam və muğam nəzəriyyəsinə dair elmi-metodik oçerkləri”ndə Üzeyir Hacıbəyovun Hümayun lad nəzəriyyəsinin təhlili izahına xüsusi bölüm ayıraraq mövzu kontekstində özünün Hümayun variantını da müqayisəli şəkildə təqdim etmişdi1.

 

Üzeyir Hacıbəyovun Hümayun melodiyasının lad-nəzəri əsaslarına müvafiq analoqunun musiqi-təcrübi mənbələrdə aşkar edilməsi, tədqiqin ancaq ilk mərhələsi kimi qəbul olunmalıdır. Məhz, bəstəkar-alimin Hümayun lad-konsepsiyasının tədqiqi fonunda, ümumən Hümayun lad-muğam probleminə çıxış və onunhəlli məsələlərinin realizə olunma mümkünlüyü yaranır.

Zəngin, çoxşaxəli biliyi əhatə edən, ömrü boyu təcrübə toplayan, milli ladlarımızın, o cümlədən Hümayunun tətbiqetmə məsələlərini bəstəkarlıq yaradıcılığında dahiyanəliklə həll edən Üzeyir Hacı-bə-yov, təfəkkürünə xas olmayan “quru nəzəriyyəçilikdən”, boş, gurultulu, üzdəniraq “kəşflərdən” uzaq olmuş və hər hansı musiqi-nəzəri fikrini əsaslandırmaq üçün şəxsi təcrübəsilə bərabər ancaq və ancaq Azərbaycan xalq musiqisinin müxtəlif janrları və quruluşlarına istinad edərək, tədqiqi işlərində geniş istifadə etmişdir.


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page Back to Home About site