ƏNƏNƏVİ MUĞAM OPERASI      
ƏNƏNƏLƏRİNƏ YENİ BAXIŞ      
Gulere VƏZİROVA           
1  
Nərgiz Şəfiyeva
ÜZEYİR HACIBƏYOVUN HUMAYUNA AİD LAD-NƏZƏRİ ƏSASLARI ÜZRƏ ARAŞDIRMALAR

Ülkər Talıbzadə
QARA QARAYEV YARADICILIĞINDA MUSİQİLƏ MƏTNİN QARŞILIQLI ƏLAQƏSİ PROBLEMİNƏ DAİR

Gulere VƏZİROVA
ƏNƏNƏVİ MUĞAM OPERASI ƏNƏNƏLƏRİNƏ YENİ BAXIŞ

 

 

 


Məlumdur ki, Azərbaycanda uzun illər boyu milli incəsənətin bir çox uğurları opera janrı ilə bağlı idi.

Musiqi yaradıcılığının aparıcı janrlarından olub, musiqili-ictimai həyatın barometrini təşkil edən opera artıq bir neçə ildir ki, böhran vəziyyətindədir. Ölkənin musiqi həyatında böyük rol oynamış, həmçinin professional sənətin bütün digər janrlarına təsir göstərmiş opera sənətinin belə vəziyyəti, təbii ki, respublikanın musiqi ictimaiyyətini narahat etməyə bilməz. Hal-hazırda onun həyatiliyi və musiqi sənəti tarixində əhəmiyyəti məsələləri, sözsüz, daha da kəskinləşmişdir. Aydındır ki, bəstəkarların diqqəti operanın yenidən canlanması yollarına yönəlmişdir. Mövzu, obraz, ifadə vasitələri axtarışları ilə yanaşı artıq məlum olan ənənənin ən yeni texnologiyalarla olan üzvi sintezinin müxtəlif formaları janrın yeniləşməsi yollarından biridir ki, operanı böhran vəziyyətindən çıxarmaq istəyən bir sıra müəlliflər bu yolla gedərək opera janrının müasir nümunələrini yaratmışlar.

Məlumdur ki, milli incəsənətin fəal inkişaf prosesi dövründə bəstəkarlar artıq 60-70-ci illərdə dünya opera mədəniyyətinin ənənəvi janr və formalarını mənimsəməyə çalışırdılar. Belə bir təbii inkişaf prosesi eyni zamanda bütün tarixi opera janrlarına aşılanan milli xüsusiyyətlərin və şəxsi yaradıcı başlanğıcın olması ilə səciyyələnir.

Dahi Q. Qarayev məktəbinin layiqli nümayəndəsi, istedadlı bəstəkar F. Əlizadənin yaradıcılığı çoxşaxəlidir. Müəllifin hər bir növbəti əsəri yeni ifadə vasitələri ilə zəngin olub, ənənənin və novatorluğun, klassikliyin və müasirliyin orijinal sintezi ilə aşılanmışdır. Bu mənada F. Əlizadənin "Ağ atlı haqqında əfsanə" operası bəstəkarın axtarışlarının səmərəli bəhrələrindəndir.

Müəllif bu əsərində iki müxtəlif janrın - muğam və rok musiqinin sintezini verməyə çalışmışdır. O hər iki musiqi sisteminə xas olan improvizasiyasını əsas götürmüşdür. Belə ki, hər iki janrın qenezisi və ifadə vasitələri çox fərqli olduqlarından, improvizasiya onlarda müxtəlif formalarda təzahür edir, müxtəlif intonasiya çalarlarına malik, müxtəlif impulslarla işlənilir.

Muğam ifaçıları muğamın kanonik əsasını melodik elementlərlə zənginləşdirir, əsas melodik xətti ornamentlə, əlavə oxumalarla bəzəyirlər, lakin bu zaman lad çərçivələrindən kənara çıxılmır.

Rok musiqisinin bir janr kimi əsasını lirik roman-tik mənşəli mahnı təşkil edir. Elektron effektlərdən istifadə olunan rok musiqisinin partiturasında adi not yazısı tətbiq etmək olmur, səsin elektron üsullarla dəyişdirilməsi, variasiya edilməsi çox zaman gözəl nəticə verir, lakin bunu adi not yazısı ilə ifadə etmək çətindir. Mahnıların klavirlərində olan akkordların şərti işarələri rok musiqisinin real harmoniyasını əks etdirə bilmir, çünki ifa zamanı harmonik sxem bədahətən yaranmış yeni detallarla dolğunlaşır ki, bu da rok musiqisinə fərdilik verən xüsusiyyətlərdəndir. Bununla bərabər rok musiqisində bir sıra sabit funksional differensiasiya edilmiş fakturanı və həm bas və qarmonik xəttlərin, həm də melodik xəttin ostinat əsasını qeyd etmək vacibdir. Rok musiqisinin əsas ifadə vasitələri sırasında tembrin və səsin intensivliyinin vurğulanmasını da göstərmək lazımdır.

Beləliklə, F. Əlizadə bu iki müxtəlif janrın ümu-mi xüsusiyyətlərini əsas götürərək, onların fərqli cəhət-lə-rini kənarda qoymuşdur (Müxtəlif tematizm, müxtəlif in-tonasiya çalarları). Hər iki sənətin əsas ümumi cəhəti - improvizasiya bir prinsip kimi bəstəkar üçün çıxış nöq-təsi olmuşdur.


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page Back to Home About site