AZƏRBAYCAN DİLİ, RİYAZİYYAT VƏ MUSİQİ      
FƏNNLƏRİ ARASINDA ƏLAQƏ İMKANLARI       
Almas Rəcəbova           
1  
K. Dadaszade
Bakı Musiqi Akademiyasının

Almas Rәcәbova
AZӘRBAYCAN DİLİ, RİYAZİYYAT VӘ MUSİQİ FӘNNLӘRİ ARASINDA ӘLAQӘ İMKANLARI

Zaur Rәhimov
MUSİQİ İLKİN TӘRBİYӘVERİCİ AMİLDİR

 
 

İncəsənət nümunələri dedikdə, adətən musiqi, təsviri sənət (rəssamlıq, heykəltəraşlıq, dizayn, xalçaçılıq və s.), kino, nəsr və nəzm əsərləri nəzərdə tutulur. Əgər musiqi əsərləri səs və səs birləşmələrindən, rəssamılıq əsərləri rəng və rənglər ahəngindən, heykəltəraşlıq əsərləri üçün mərmərdən və s. istifadə edilirsə, nəsr və nəzm əsərləri üçün hərflərdən yaranmış sözlərdən və söz birləşmələrindən istifadə olunur. Bu o deməkdir ki, əgər hərflər olmasaydı sözlər yaranmazdı və sözlər olmasaydı, söz birləşmələri, cümlələr yarana bilməzdi. Yəni insan hərflərsiz, sözlərsiz, söz birləşmələrsiz, cümlələrsiz öz fikirlərini kağızda əks etdirə bilməzdilər. Bu o deməkdir ki, hərflər, sözlər, söz birləşmələri və cümlələr məhz nəsr və nəzm incəsənət nümunələrinin yaranmasında əsas vasitələrdən biridir. Əgər heykətəraş mərmər və daşda olan artıq və lazımsız hissələri çapıb atmaqla öz əsərini yaradırsa, şair və yazıçı da məhz öz fikrini ona lazım olan hərf, söz, söz birləşmələrindən, cümlələrdən istifadə edərək kağıza köçürməklə şer, hekayə, dram, roman və s. kimi əsərlər yaradır.

Ayrı -ayrılıda götürülmüş səslər, notlar, səs birləşmələri, akkordlar, intervallar, mərmər, daş, rəng və s. heç də incəsənət nümunəsi sayıla bilməz və olsa-olsa bunu yalnız incəsənət nümunəsini yaratmaq üçün vasitələr hdnab doyçi gıam. Bu mənada "Azərbaycan dili", bu dili yaradan hərflər, sözlər, söz birləşmələri, cümlələr də nəsr və nəzm əsərlərini yaratmaq üçün bir vasitədir. Burada da müəyyən qanunauyğunluq və qanunlar mövcuddur ki, onları da müxtəlif elmlərlə, fənnlərlə, eyni zamanda riyaziyyatla qarşılıqlı surətdə əlaqələndirmək mümkündür.

Azərbaycan dilində elə sözlər vardır ki, onların yanında güzgü qoyulduqda və ya axırdan oxunduqda ya akustik və məzmunca eyni cür səslənir və oxunur, yaxud başqa bir mənası olan sözə çevrilir. Bu maqnitafon lentinin tərsinə fırlandıqda alınan nəticəyə, yəni səslənməyə bənzəyir. Aşağıdakı sözlərə diqqət yetirək:


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Back to Home About site