YARADICILIQ...      
      
          
1  
YARADICILIQ...

IFACILIQ...

Qorusləer... Bakida...

 
 
        
Audio: Second

Hörmətli oxucular. Sentyabr ayı bir qayda olaraq, Azərbaycan klassik musiqisinin banisi - Üzeyir Hacı-bə-yo-vun adı ilə bağlıdır. Azərbaycanda musiqi mövsümünün açılışının onun doğum günündə keçirilməsi artıq bir ənənəyə çevrilmişdir.

Adətən, Mstislav Rostropoviçin gəlişi, Bella Da-vi-doviç və Dmitri Sitkovetskinin iştirakı ilə bey-nəlxalq musiqi festivalı, vokalçıların Bülbül adına beynəlxalq müsabi-qə-si kimi möhtəşəm tədbirlərin keçi-ril-məsi məhz bu dövrə təsadüf edir.

Təbii olaraq, bu dövrdə Üzeyir Hacıbəyovun yaradıcılıq irsinə, onun adı ilə bağlı olan hər bir şeyə maraq daha da artır.

Biz də bu ənənəni poz-mayaraq sizə, yaradıcılığı Üzeyir Hacıbəyov irsi ilə, onun ölməz komediyalarının qəhrəmanları ilə bağlı olan şəxslə müsahibəmizi təqdim edirik.

Sizə təqdim edəcəyimiz müsahibimiz 60-cı təzəcə haqlamış /buna inanmaq olduqca çətindir, özü-özlüyündə çox maraqlı, geniş dünyagörüşünə malik olan bir şəxsiyyətdir. Geniş oxucu kütləsini onunla yaxından tanış etməyi özümüzə borc bildik.

Beləliklə, "Musiqi dünyası" jurnalının baş redak-toru Tariyel Məmmədov və jurnalın əməkdaşı Pərviz Quliyev memar, rəssam, musiqiçi, Beynəlxalq Şərq ölkələri memarlığı akademiyasının həqiqi üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi Elturan Avalovun evində söhbətə başlayır.

* * *

"Silk Road" proyektini həyata keçirmək üçün Yo-Yo-Maya, təbii ki, bəstəkarlar lazım idi. Dünyada bəstəkar çoxdur. Lakin, bu bəstəkarlar çoxluğunun içindən məhz. "İpək Yolu" ideyasını həyata keçirə bilən, yəni, öz ölkəsinin musiqi ənənələrini qanına yeritmiş, təfəkkürü və texnikası isə müasir olan, eksperimentlərdən belə vaz keçməyən bəstəkarları aşkarlamaq lazım idi. Bu işdə isə - monitorinq sahəsində - amerikalıların tayı-bərabəri yoxdur. Qısa bir zaman içində, ancaq özlərinə məlum olan üsullarla bu bəstəkarlar seçilir və "Silk Road" şirkətinin ("İpək Yolu" ideyasını həyata keçirmək üçün Yo-Yo-Ma hətta eyni adlı şirkət yaratmışdır) icraçı prodüsseri şərq musiqi mədəniyyətləri üzrə ixtisaslaşan etno-musiqişünas, doktor Teodor Levin (mən T. Levinlə hələ 1986 ildə ABŞ-da əsərlərimin ifası zamanı tanış olmuşdum) bəstəkarlarla danışıqlar aparmaq üçün müxtəlif ölkələrə səfərə çıxır. Və 1999 ilin sentyabr ayında Bakıya gəlir. Bir sıra azərbaycan bəstəkarlarının əsərlərini dinlədikdən sonra o, iki bəstəkar üzərində dayanır və onlarla kontrakt imzalayır. Bunlardan biri Avropada artıq kifayət qədər məşhur olan Firəngiz Əlizadə, o biri isə bu yazının müəllifi idi. İmzalanan müqavilədə bəstəkarın "Silk Road" şirkəti ilə ilə proyekt çərçivəsində bütün münasibətləri tənzimlənirdi. Müqaviləyə əsasən 15 may 2000 ilə qədər 10-15 dəqiqəlik əsərin partiturası və musiqi alətlərin partiyaları şirkətə təqdim olunmalı idi. Bir ay müddətində şirkət tərəfindən bu əsər öyrəniləcək və, əgər, bəyənilsə, müəllif proyektin iştirakçısı elan ediləcəkdi. Müqavilələr imzalandı - iş başladı. Əsərlər yazıldı, göndərildi Amerikaya və nəticədə F. Əlizadənin, skripka, viola, violonçel, zərb, ney, kanon və qiraətçi üçün "Dərviş", və C. Quliyevin fleyta, saz və violonçel üçün "Karvan" əsərləri "Silk Road" proyektinə daxil olundu, müəlliflər və milli alətlər ifaçıları T. Əliyeva (kanon) İ. Nəcəfov (ney) 2000 ilin iyun ayının 1 Amerikaya dəvət olundular.

* * *

Azərbaycan dramaturgiyası tarixində öz yara-dıcılıq xüsusiyyətləri olan C. Cabbarlı dramaturgiyamıza müasir mövzulu əsərlərlə bərabər tarixi mövzuda da bir sıra pyeslər bəxş etmişdir. Bu əsərlər içərisində 1918-ci ildə qələmə alınmış "Ədirnə fəthi" və "Trablis mü-ha-ri-bəsi və ya Ulduz" tarixi dramları da özünəməxsus yer tutur.

Sonrakı illərdə bu pyes uzun müddət səhnə üzü görmədi. Qeyd etməliyik ki, panislamizm, pantürkizm cərəyanlarının geniş vüsət aldığı bir zamanda bu səpkili pyeslərə müraciət etmək qeyri-mümkün idi. Məhz bu bir tarixi həqiqətdir ki, 1937-ci il qurbanları arasında Azərbaycanın görkəmli dramaturqu H. Cavid, minlərlə tamaşaçı rəğbəti qazanmış, xalqın sevimli sənətkarları A. M. Şərifzadə, Ü. Rəcəb pantürkist damğası altında vətən xaini adı ilə güllələndi.

* * *

2000-ci ilin aprel ayında tanınmış Azərbaycan bəstəkarı, respublikamızın xalq artisti, professor Tofiq Bakıxanov Şimali Kipr Türk Cümhuriyyətindən belə bir dəvət məktubu almışdır.

"Sayın cumhurbaşkanımızın yüksek himayelerinde bu yıl dördüncüsü düzenlenmekte olan "Kuzey Kıbrıs Uluslararsı Bellapais Muzik Festivalinde türk kemançısı Ruşen Müzefferov ve piyanoçu Çiğdəm Borlakın 25 mayıs 20.00- yıl saat 20.30-da Bellapais manastırında verecegi keman resitalinde eserleriniz seslenecektir.

Sizlerin de 21-26 mayıs 20.00 yıl tarihleri arasında Kuzey Kıbrıs Türk Cumhuriyetinde bulunmanız bizleri mutlu edecektir".


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Back to Home About site