Görüşlər... Bakida...      
      
          
1  
YARADICILIQ...

IFAÇILIQ...

Görüşlər... Bakida...


Tariyel Məmmədov: Əvvəla, Sizi Azərbaycanda görməyə və görüşümüzə çox şadam. Xoş gəlmisiniz. Biz Sizinlə qiyabi tanış idik və bizim "Musiqi dünyası" jurnalında məqalənizi çap etdik. Çox maraqlı yazıdır. Lakin mən istərdim ki, Siz özünüz haqqında öncədən, qısa da olsa, məlumat verəsiniz. O cümlədən də, Sizin hazırkı maraqlarınızın haradan başlanğıc götürdüyünü...

Uyill Prentis: Mən şotlandiyalıyam və 6 yaşım-dan şotland tuluq zurnasında çalmağa başlamışam. 15 yaşımdan da gitara çalıram. Hələ tuluq zurnası çalarkən öz çalğıçılar qrupumuz var idi. 24 yaşınadək mən rəsmi musiqi təhsili almasam da, musiqidə, demək olar ki, həyatımın mənasını görürdüm və indi də belədir.

25 yaşımda universiteti "klassik və müasir musiqi və bəstəkarlıq" ixtisası üzrə bitirdikdən sonra başa düşdüm ki, "klassik musiqi" deyilən şey heç də klassik deyil. Xarici ölkələrin musiqisi məni olduqca maraqlandırdı. Daha doğrusu, musiqinin insan həyatında yeri və insana təsiri. Özü də təkcə notla yazılmış və lentə alınmış musiqi yox, canlı ifa olunan musiqi. Ona görə mənim ikinci diplom müdafiəm etnomusiqişünaslıq çevrəsində oldu. Ona görə mənım ıkıncı diplom müdafiəm etnomusigişünaslıq çevrəsində oldu. arxivində (Londonda yerləşir) elmi əməkdaşlıq etməyə başladım.

Bizim arxivdə çox əski indeks sistemi var. Mən bütün kartotekanın kompyüterlərə yazılmasında köməklik göstərirdim. Və işin gedişində "Qrammafon" şirkətinin vaxtı ilə buraxdığı 45 val üzə çıxdı ki, onlardan 6-sı Azərbaycanla bağlı idi. Həmin valları dinləyərkən sizin musiqiniz mənə çox xoş gəldi və mən araşdırmalar aparmaq qərarına gəldim.


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Back to Home About site