İFAÇILIQ...      
      
          
1  
YARADICILIQ...

İFAÇILIQ...

Qorusler... Bakida...

        
Audio: First
Audio: Second

Artıq 6 aydır ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Dövlət xalq çalğı alətləri orkestri bərpa olunmuşdur. Bu kiçik dövrdə orkestr həm özünə rəngarəng konsert proqramları düzəltmiş, həm də Bakının konsert salonlarında bu günə qədər 20-dən artıq gecədə iştirak etmişdir.

Onu da deyək ki, bu yaxınlarda Azərbaycan Bəstəkarlar İttifaqı xalq çalğı alətləri orkestri üçün əsərlərə həsr olunmuş Plenum keçirtdi. 65 illik fəaliyyəti ərzində Azərbaycan Bəstəkarlar İttifaqında ilk dəfə idi ki, belə bir plenum keçirilirdi. Bu plenumda hər iki orkestr iştirak edirdi. Azərbaycan Dövlət xalq çalğı alətləri orkestri yuxarıda sadaladığımız əsərləri məhz bu plenumda ilk dəfə səsləndirdi. Və əsərlər dinləyicilər tərəfindən rəğbətlə qarşılandı. Belə bir plenumun keçirilməsi ilk dəfə olduğu üçün proqrama keçmiş illərdə Azərbaycan bəstəkarları tərəfindən yazılmış və reper-tuara həmişəlik daxil olmuş əsərlərdə salınmışdır.

* * *

ABŞ-ın paytaxtı Vaşinqtonda Milli Amerika tarixi muzeyi fortepianonun 300 illiyi münasibəti ilə sərgi təşkil etmişdir. Sərgi Beynəlmiləl qalereyada 2000-ci ilin martından 2001-ci ilin martınadək açıqdır.

Təbii ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyi bu hadisələrdən kənar qala bilməzdi. Muzeyin əməkdaşı Gültəkin Rzayeva İnternet vasitəsilə fortepianonun icad olunmasının tarixini dəqiqləşdirmək məqsədilə musiqi muzeyləri və kolleksiyaları Beynəlxalq komitəsinin prezidenti Ester Rontana ilə əlaqə yaratmışdır. Çünki musiqili ensiklopedik lüğətdə fortepianonun icad olunması tarixi 1709-1711-ci illər göstərilir. Ona görə də biz dünya muzeylərinin 2000-ci ildə fortepianonun 300 illiyini qeyd etmələrinə təəccüb etdik. Doktor Ester Rontana internet vasitəsilə göndərdiyi məktubunda aparılmış son tədqiqatlar haqqında ətraflı məlumat vermiş və qeyd etmişdir ki, artıq 1700-cü ildə Mediclə sarayında fortepiano icad olunmuşdur. Eyni zamanda E. Fontana Azərbaycan musiqi mədəniyyəti Dövlət muzeyində fortepianonun 300 illiyi münasibətilə tədbir təşkil ediləcəyindən heyrətləndiyini bildirmişdir.

İstəməzdik ki, respublikamızda bu alətlərin sayı azalsın. İstərdik ki, bu günkü gündən Azərbaycanda olan pianizmin ənənələri qorunub saxlansın və inkişaf etsin. Bu gün bizim həqiqətən sevinməyə və bu ənənələri layiqincə qiymətləndirməyə haqqımız var. Çünki Azərbaycan fortepiano ifaçılığının başlanğıcı var, sonu isə yoxdur. Adları respublikamızdan kənarda məşhur olan Azərbaycan pianoçuların nailiyyətləri buna əyani sübutdur. Misal üçün, beynəlxalq müsabiqələr laureatının adlarının uzun siyahısını göstərmək olar: Fərhad Bədəlbəyli, Rauf Atakişiyev, Fəridə Quliyeva, Nigar Usubova, Elmira Nəzirova, Rafiq Quliyev, Adilə Əliyeva, Tamilla Mahmudova, Zöhrab Adıgözəlzadə, Validə Rəsulova, Rauf Qasımov, Vasif Həsənov, Samirə Haşımova və başqaları.

A. Bayramova, G. Rzayeva.


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Back to Home About site