HƏRBİ ORKESTR XİDMƏTİNİN        
YARANMASI TARİXÇƏSİ
       
Yusif Axundzadə           
1   2   3     
Y. Axundzadə
Azərbaycanda hərbi-orkestr xidmətinin tarixçəsı

C. Quliyev
Azərbaycan mahnısı:
"Yol ayrıcında"


 
 
English English
        
C. Quliyev "Marş"

Video: First

zərbaycanda hərbi-orkestr xidmətinin yaranmasında başlanğıc nöqtə 1992-ci il iyul ayının 1-i sayılmalıdır. Həmin tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin ayrıca əmri ilə hərbi orkestr xidməti rəisi- baş hərbi dirijor tə'yin olunmuş və bu qurumda xidmət edənlərin sayı və vəzifələri haqqında nizamnamə təsdiq edilmişdi.

Xüsusi vurğulamaq lazımdır ki, çox qısa zaman kәsiyindә Bakı birlәşmiş ali zabitlәr mәktәbinin vә "N" hәrbi hissәsinin orkestrlәri hey"әtlәri doldurularaq tamamlandı vә bütün başlıca çatışmazlıqlar, o cümәlәdәn, hәtta, repertuar çatışmazlıqları aradan qaldırıldı. Mәhz 1992-ci il oktyabrın 9-da Azәrbaycan silahlı qüvvәlәrinin Azadlıq meydanında keçirilәn ilk tәntәnәli rәsmi keçidinin uğurunda adları çәkilәn kollektivlәrin böyük vә gәrgin әmәyi olub. Qoşunların rәsmi-keçidindә ifa repertuarı - "Qarşılama marş"ından tutmuş toplu orkestrin keçidindә sәslәnәn marşadәk - hamılıqla, bütövlüklә sırf Azәrbaycanlı bәstәkarların әsәrlәrindәn hazırlanmışdı. Xatırlatmalıyam ki, rәsmi-keçid iştirakçılarının çoxsaylı arzuları nәzәrә alınaraq açılışda Azәrbaycan Respublikası әmәkdar incәsәnәt xadimi Cavanşir Quliyevin "әsgәr marşını" sәslәndirdik. Rәsmi-keçidin gedişindә adı çәkilәn әsәrlә yanaşı Ü.Hacıbәyovun, M.Maqomayevin, Sәid Rüstәmovun, Ramiz Mirişlinin, әlimәrdan әliyevin әsәrlәri dә ifa olundu.

Bakı qarnizonu birlәşmiş orkestrinin rәsmi keçidә hazırlığında mәnә yaxından kömәk edәnlәr sırasında hәrbi dirijorlardan polkovnik-leytenant S.D.Reşetovun, leytenant Ç.A.Mehdiyevin, böyük praporşik ә.M.Cәfәrovun adlarını ayrıca sadalamaq istәrdim.

Rәsmi-keçid arxada qaldı vә hәrbi orkestr xidmәtinin tәkmillәşmәsi, orkestrlәrin vә repertuarların biçimlәnmәsi yönündә gәrgin işә başlanıldı. Yenә dә, çox qısa bir zamanda, Hәrbi-dәniz qüvvәlәri (hәrbi dirijor-kapitan Tofiq әsgәrov) vә diviziya komandiri C.Naxçıvanski ad. Bakı hәrbi litsey (hәrbi dirijor-Böyükağa Mәmmәdov) orkestrlәri, habelә bir neçә hәrbi qarnizon orkestri yaradıldı. C.Naxçıvanski adına Bakı hәrbi litseyindәki orkestr üzәrindә, qısaca da olsa, dayanmaq istәrdim.

1970-80-ci illәrdә respublikaya rәhbәrlik edәn Heydәr әliyev cәnabları hәr il hәrbi mәktәblәrә baş çәkәr, şәxsi hey'әt qarşısında çıxış edәr, onların ehtiyacları ilә maraqlanar vә eyni zamanda milli zabit kadrları hazırlığı haqqında hәr dәfә mәsәlә qaldırardı. Mәhz onun inadcıllığı sayәsindә Bakı şәhәrindә C.Naxçıvanski adına orta ixtisaslı hәrbi mәktәb açılmışqdı. Sonralar prezident H.Əliyev fәrman verәrәk hәmin mәktәbi hәrbi litsey adlandırdı. Vә bu hәrbi mәktәbә tez-tez baş çәkәn prezident tәdrisin gedişinә, fiziki hazırlığın vә qidalanmanın sәviyyәsinә, kursantların mәişәtinin yaxşılaşdırılmasına vә, әn başlıcası, litseyin maddi-texniki bazasının yenilәşmәsinә böyük qayğı göstәrmәyә başladı. Gәnc kursantların tribuna qarşısında öz döyüş tә'limi keyfiyyәtlәrini göstәrmәk bacarığı, onların nizami keçidi prezidentә olduqca xoş tә'sir bağışlayırdı.


 
1   2   3  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English About site