ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
CÖVDƏT HACIYEVIN FORTEPIANO SONATASININ MUSIQI DILI
Iradə ABDURƏHMANOVA
FERENTS LISTIN SIMFONIK POEMASINDAN GƏLƏN ƏNƏNƏLƏR
Aytən BABAYEVA
VASIF ADIGÖZƏLOVUN «MUĞAM FANTAZIYASI»
Gülarə VƏZIROVA
BÜLBÜLÜN NƏĞMƏSI ŞER DEYILMI?
Ceyran SABITOĞLU
|
|
Qərbi Avropa professional musiqi ənənələrini daim müvəffəqiyyətlə öz yaradıcılıqlarında tətbiq edən Azərbaycan bəstəkarları proqramlı musiqinin layiqli nümayəndəsi olan F.List və onun incəsənət tarixində dərin iz qoymuş yeniliklərinə böyük maraq göstərmişlər. Bu, hər şeydən, əvvəl milli bəstəkarlıq məktəbimizdə proqramlılıq ənənələrinin davam etdirilməsində özünü biruzə verir. Məqalədə biz proqramlı musiqinin List təfsirində davam etdirilən rolunu araşdırmağa çalışaraq, bəstəkarın yaradıcılığında özünəməxsus mövqeyə malik olan simfonik poema janrının professional musiqimizdəki ənənələrinə qısa da olsa, diqqət yetirmək istərdik.
Milli musiqimizdə List ənənələrindən danışarkən, bəstəkarın yaşadığı dövr, ona təsir edən mühit və bu mühitin tələblərinə uyğun formalaşan ənənələr üzərində dayanmaq, zənnimizcə, əhəmiyyətlidir.
Tarixin yollarında gurultulu təkanlar dövrü kimi yadda qalan XIX əsr musiqi mədəniyyətinə də bilavasitə öz təsirini göstərmiş və yeni cərəyanların, istiqamətlərin, üslubların, bir sözlə, bir çox yeniliklərin yaranması ilə dərin iz qoymuşdur. Xüsusilə proqramlı simfonik musiqinin inkişafı XIX əsr musiqi mədəniyyətini zənginləşdirən mühüm amillərdən olaraq, mühitdə bir-birinin ardınca yaranan dəyişiklikləri, yenilikləri ifadə etmək üçün böyük əhəmiyyətə malik idi. Belə bir şəraitdə proqramlı simfonizm dahi macar bəstəkarı F.Listin simasında parlaq və ən cəsarətli sənətkarını tapmış oldu. Proqramlılıq ideyasını müntəzəm olaraq öz yaradıcılığında əks etdirən List bu prinsipi həmişə tətbiq etmişdir. Listin proqramlı musiqiyə gətirdiyi yeniliklərin ən ümdəsi onun bu sahədə yaratdığı yeni janr olan sinfonik poema ilə bağlıdır.
Bu janr List ənənələrini milli musiqimizə bağlayan janr kimi özünəməxsus rola malikdir və bu barədə danışmazdan əvvəl janrın adlandırılması haqqında söhbət açmaq istərdik.
Simfonik poemanın yaradıcısı olan F.Listin janra verdiyi ad, məlum olduğu kimi, iki sahədən – musiqidən və ədəbiyyatdan gələn iki məfhumun qovuşmasını nümayiş etdirməklə, sırf romantik tendensiyanı əks etdirir. Həqiqətən F.List “şair musiqiçi” idi və onun üçün musiqi səslənmələri təbii olaraq bu və ya digər poetik motivlərlə, insanı həyəcanlandıran konkret həyat təəssüratları ilə əlaqələndirilirdi. Lakin ədəbiyyatda qəbul olunmuş “poema” ilə musiqidəki eyniadlı anlayışın şərhində köklü fərqi görməyə bilmərik. Əgər musiqiyə şamil etdiyimiz “poema” əsas etibarilə janr göstəricisi kimi işlədilirdisə, ədəbiyyatşünaslıqda bu barədə konkret fikrə rast gəlinmir. Ədəbiyyat nəzəriyyəsində ədəbi poema epik, yaxud lirik xarakterli əsər kimi səciyyələndirilir. Beləliklə, ədəbiyyatdakı poema ilə simfonik poemanı eyniləşdirmək düzgün olmaz.
Digər tərəfdən Listin irsində də “poema” adlandırılmış birhissəli proqramlı simfonik nümunələrdə janrın təfsirində müxtəliflik, rəngarənglik nəzərə çarpır. Yəni List özü simfonik poemanın müxtəlif tiplərini yaradaraq, “poema” kimi müəyyən etdiyi əsərlərini başqa simfonik növlərə yaxınlaşdırmışdır. Uvertüra ilə yaxın qohumluğuna baxmayaraq, F.Listin yaratdığı simfonik poema bununla muqayisədə keyfiyyətcə yeni olan nümunə idi. Uvertüra yığcam, dinamik inkişafı ilə seçilirdi, ağır tempdə gedən müqəddimə ilə başlayan uvertüraların əsas bölməsi eyni, dəyişməz cəld tempdə gedirdi. Uvertüra sırf birhissəli xassə daşıyırdı və bunda heç bir silsiləvilik əlamətləri olmurdu. Simfonik poema isə sonatalılıqla silsiləviliyi özündə birləşdirirdi. Poema boyu temp, hərəkətin ümumi xarakteri dəişkən olaraq, onu nisbətən müstəqil olan parçalara ayırırdı. Yəni F.List simfonik poemanı yaradarkən elə birhissəli forma qurmağa çalışırdı ki, mürəkkəb proqramlı məzmunu, konsepsiyanı hərtərəfli
əks etdirə bilsin. Yaratdığı janrı dağınıqlıqdan, parçalanmaq təhlükəsindən qorumaq məqsədi ilə F.List monotematizm prinsipindən istifadə edir. Öz quruluşu etibarilə sonatalı-silsiləvi səciyyə daşıyan poema eyni zamanda variasiyalıqla da qohumlaşmışdır.
Beləliklə, simfonik poema hələ özünün təşəkkülü mərhələsində bir neçə janr və forma əlamətlərini özündə cəmləşdirərək, gələcəkdə müxtəlif səpkili tiplərinin inkişafı üçün potensial imkanlarla zənginləşir.
Simfonik poema tiplərinin bu rəngarəngliyinin, çoxşaxəliliyinin daha da inkişafında rus bəstəkarlıq məktəbinin xüsusi rolu olmuşdur. Azərbaycan bəstəkarlığının təşəkkülü və inkişafında bu məktəbin müstəsna əhəmiyyətini nəzərə alaraq, qeyd etməliyik ki, birhissəli simfonik janr və formaların təfsirində də bu təsir özünü göstərmişdir. Istər bəstəkarlarımızın konkret əsərlərindən, istərsə də, ümumiyyətlə birhissəli nümunələrin Azərbaycan musiqisində istifadə edilmiş tiplərindən danışarkən, rus bəstəkarlıq məktəbinin prinsipləri ilə “səsləşmə” aydın nəzərə çarpır. Əlbəttə ki, söhbət bu sahədə rus bəstəkarlarının irəli sürdüyü prinsiplərin sadəcə olaraq, mənimsənilib milli zəminə köçürülməsindən getmir. Simfoniya janrında olduğu kimi, birhissəli formaya əsaslanan əsərlərdə də, o cümlədən, simfonik poema janrında Azərbaycan bəstəkarları dünya musiqisinin nailiyyətləri ilə ənənəvi musiqimizin üzvi sintezinə nail olaraq, keyfiyyətcə yeni olan nümunələr yaratmışlar. Söhbət rus
bəstəkarlarının birhissəli janr və formalara münasibətindəki mövqedə rast gəldiyimiz tendensiyalardan, gətirdiyi yeni janr əlamətlərindən və birhissəli proqramlı simfonik əsərin təfsirindəki çeşidlilik, rəngarəngliyin milli musiqimizdə özünü göstərərək, zənginləşməsindən gedir.
Rus bəstəkarları Qərbi Avropa romantizminin təcrübəsindən əxz etdikləri cəhətləri öz milli musiqisi əsasında yeniləşdirərək, simfonik poema, lövhə, üvertüra kimi janrların taleyində müstəsna rol oynamış, onların təfsirinə, obrazlı məzmununa, əsərin qayəsinin musiqi ifadə vasitələrilə reallaşdırılması üsullarına yeniliklər gətirmişlər. Bu, musiqi ifadə vasitələrinin müxtəlif cəhətlərində, o cümlədən formaəmələgətirmə prinsipləri, musiqi tematizmi, melodika, harmoniya sahəsində özünü göstərir. Belə ki, xüsusilə zəngin və maraqlı bir dövr olan XIX əsrin II yarısında təkcə simfonik poemanın rus musiqisində təmsil edilmiş tipləri birhissəli formaya əsaslanaraq digər növlərlə əlaqəli şəkildə inkişaf edirdi. Poemanın inkişafında iki əsas xətt mövcud idi: 1) parlaq boyalı rəvayət səciyyəli poema və 2) psixoloji dram kimi təfsir edilmiş poema. Y.Orlova birinci xətti janr simfonizminin parlaq nümunələrini təmsil edən M.Qlinka uvertüralarından qidalandığını və N.Rimski-Korsakovu
n yaradıcılığında reallaşdığını (“Sadko” simfonik lövhəsi), ikinci xəttin isə M.Balakiryevin “Kral Lir” tamaşasına yazdığı uvertüradan başlayaraq, P.Çaykovskinin “Tale”, “Romeo və Cülyetta”, “Tufan”, “Françeska da Rimini” kimi əsərlərində yüksək zirvəyə çatdığını göstərir. Əgər birinci xəttdəki milli özünəməxsusluq Qlinkanın yaratdığı intonasiya potensialından geniş mənada şərq aləminin təsvirinə yönəldilmiş ifadə vasitələri sistemindən irəli gəlirsə, ikinci xəttdə sırf romantik təmayüllərinin, List simfonizminin bir tərəfdən tematizminin Bethovensayağı işlədilməsi prinsipləri ilə zənginləşməsi, digər tərəfdən isə melodikanın rus mahnı-romans mədəniyyətindən qidalanan təşəkkül və inkişaf üsulları ilə yeniləşməsi qeyd olunur.
Milli musiqimizdə simfonk poema janrının ən gözəl nümunələrindən birini – Qara Qarayevin “Leyli və Məcnun” əsərini təhlil edən I.Abezqauz haqlı olaraq poemadakı musiqi surətlərinin realistik ümumiləşməsini, simfonik dramaturgiyanın gərginliyini rus klassik simfonizmi ilə, xüsusən Çaykovski ənənələrilə bağlayır. Lakin müəllif eyni zamanda bunu da qeyd edir ki, Çaykovskinin “Romeo və Cülyetta”sından fərqli olaraq, “Leyli və Məcnun” keçmişin hadisələri haqda məhz müasir sənətkarın nəql etdiyi musiqi poeması olduğu üçün bundan fərqlənir.1 Əlavə edə bilərik ki, Q.Qarayev poemasının özünəməxsusluğu həm də janrın yeni milli zəmində, musiqimizin təfəkkür qanunları ilə uzlaşmış şəkildə təcəssüm olması ilə də tamamilə seçilir. Bunu ona görə xüsusi qeyd edirik ki, Azərbaycan simfonik poemasının başqa nümunələrində müxtəlif məktəblərin təsirindən gələn cəhətlər yeni keyfiyyətdə təzahür edir.
List yaradıcılığında incəsənətin müxtəlif növlərinin sintezi mühüm rol oynamışdır. Ümumiyyətlə XIX əsr üçün aktual olan musiqi proqramlılığın prinsipləri List tərəfindən mənimsənilərək işlənilmişdir. List proqramlılığa tarixi cəhətdən yaxınlaşır. Yeni musiqinin aparıcı prinsipi kimi proqramlılığın təsdiqini incəsənətin inkişafı kimi qəbul edən List qeyd edir ki, yeni şəraitdə bəstəkar eyni zamanda həm də şair – öz dövrünün poetik ideyalarının ifadəçisi olmalıdır. List özünəməxsus keyfiyyətlərin daşıyıcısı olan müasir ədəbi qəhrəmanların cizgilərini daim xatırladır. Belə obrazlara müraciət edən yeni musiqi sərbəst dramatik poemalarda ümumi xarakterlə yaxınlaşır.
Bütün bu xüsusiyyətləri ilə milli musiqimizə daxil olan simfonik poema dövrün tələblərinə, ən əsası bəstəkarların fərdi üslub cəhətlərinə asanlıqla uyğunlaşaraq, özünəməxsus mövqeyə malik oldu. Bu həm simfonik poema janrının məzmununda, həm quruluş xüsusiyyətlərində, həm də musiqi dilində nəzərə çarpmağa başladı.
Listin simfonik poemasından irəli gələn xüsusiyyətlər içərisində obrazlar dairəsi ön plana çıxır. Doğrudur, hər hansı bir janr müxtəlif milli məkləblərin yaradıcılığında təmsil olunduqca, istər-istəməz həmin xalqın musiqisinə uyğunlaşır və obrazlar aləmi ilə zənginləşir. Lakin öz xüsusiyyətlərinə, ənənələrinə sadiq qalmaqda davam edir. Haqqında söhbət açdığımıız simfonik poema janrı milli musiqimizə daxil olarkən, müxtəlif obrazlara, müxtəlif taleli qəhrəmanlara malik idi. Ancaq Azərbaycan musiqisində bu obrazlar xalqın təbiətinə uyğun milliləşməyə doğru davam etməyə başladı. Listin simfonik poemaları müxtəlif məzmuna malikdirlər. Əgər “Prelüdlər”, “Prometey”, “Hamlet”, “Qəhrəmanlara ağla” və “Ideallar”da insan həyatının problemləri, insanın mübarizəsi, əzabları, iztirabları əks olunursa, “Macarıstan”, “Hunların döyüşü” poemalarında xalqların və bütün bəşəriyyətin taleyi, “Tasso”, “Orfey”, “Mazepa”, qismən də “Bayram səslənişləri”ndə sənətkarın, incəsənət aləminin tal
eyi nəzərə çarpır. Belə ki, burada həm ədəbi aləm, həm iztirab, həm azadlıq sədalı və digər xüsusiyyətli obrazlar aləmi ilə qarşılaşmaq olar. Yəni List ayrı-ayrı obraz, məzmun dairəsini simfonik poemalarından kənarda qoymaq istəməmişdir. Bu xüsusiyyətlər milli musiqimizə daxil olmuş ilk simfonik poemalardan başlayaraq özünü biruzə verir. Azadlıq, Vətən obrazlarına malik simfonik poemalardan irəli gələn xüsusiyyətlər milli musiqmizdə daha qabarıq ifadə olunmuşdur. Bu da təbii idi. Çünki Azərbaycan musiqisində ilk simfonik poema 30-cu illərdə yaranmışdır. Bu onillik isə özündə yeni ictimai-quruluşun xüsusiyyətlərini, Vətənə, xalqa məhəbbət hisslərini birləşdirirdi. Məhz buna görə də List simfonik poemalarından bu mövzu daha tez öz davamını tapdı. Doğrudur, sonrakı onilliklərdə digər simfonik poemaların da məzmun dairəsindən irəli gələn xüsusiyyətlər meydana çıxdı. Axı heç bir mühitə, heç bir şəraitə sığmayan ədəbi-lirik mövzular həmişə üstünlük təşkil edir və müvəffəqiyyətlə nəinki musiqidə, eləcə də incəsənət
in digər sahələrində öz mövqelərinə malik olurlar.
Azadlıq, Vətən obrazları ilə bağlı simfonik poemalar Azərbaycan musiqisində xüsusi yer tutur. Ə.Bədəlbəylinin “Bütün hakimiyyət Sovetlərə” simfonik poeması ilə həm bu janr, həm də bu mövzu milli musiqimizə daxil olur. Əgər Listin simfonik poemalarında, məsələn, “Qəhrəmanlara ağla” poemasında azadlıq uğrunda mübarizə bəşəriyyəti daim izləyən iztirab ideyaları ilə ifadə olunurdusa, C.Hacıyevin “Sibirə məktub” poemasında məzmun daha qətiyyətli, cəsarətli şəkildə nəzərə çatdırılır. Ümumiyyətlə, F.List öz simfonik poemalarında daha dərin fikir və hissləri, qəlbinin incə tellərinə toxunan ümumbəşəri mövzuları işıqlandırmağa çalışırdı. Bu baxımdan Vətən mövzusu xüsusilə diqqətəlayiqdir. Milli musiqimizdə ən ümdə yerlərdən birini tutan bu mövzuya bəstəkarlarımız dəfələrlə müraciət etmişlər. C.Hacıyevin “Sosialist Azərbaycanı” poeması bu baxımdan maraqlıdır. Əgər List Vətən obrazlarına XIX əsr bəstəkarının fikirləri, düşüncələri baxımından yanaşırdısa, XX əsr müasir dünyasının
nümayəndəsi olan C.Hacıyevin mövqeyi artıq yeni zamanın tələbləri ilə formalaşır. “Sosialist Azərbaycanı” poeması ilə List poeması arasında olan oxşarlıq yalnız məzmun cəhətdən nəzərə çarpmır. Əsərin özünəməxsus xüsusiyyətləri, fikirli, düşüncəli səslənişlər hər iki poema arasında həmahənglik yaradır. C.Hacıyevin 50-ci illərdə yazdığı “Sülh uğrunda” simfonik poeması bu janrın inkişafının yeni mərhələsini təşkil edir. Əsər dövrün aktual problemlərinə, XX əsrdə dünyanın müxtəlif nöqtələrində yaşayan xalqların sülh uğrunda mübarizəsinə həsr olunmuşdur. Yeni mövzunun işıqlandırılması simfonik poema janrının məzmun dairəsini genişləndirərək, sonradan bir sıra yeni yaranan əsərlərdə, o cümlədən V.Adıgözəlovun “Afrika mübarizə edir” əsərində davam etdirilmişdir. Poema C.Hacıyevin klassik ənənələrdən ayrılmayan yeni ifadə vasitələri istiqamətində axtarışlarının parlaq nümunəsidir. Milli simfonik xüsusiyyətlərlə aşılanmış bu əsərdə bəstəkarın düşüncələri, həyəcan və yaşantıları emosionallığı ilə seçilən, eyni zamanda
təmkinlə öz coşğunluğunu tarazlayan bir tərzdə əks olunmuşdur.
Nəhayət, List poemaları içərisində lirik mövzu əsas yerlərdən birini tutur və bu mövzu Azərbaycan musiqisində də təmsil olunmuşdur. Lirik mövzuya həsr olunmuş simfonik poemalar digərlərinə nisbətən çoxluq təşkil edərək, müxtəlif səpkili tərəflərdə işıqlandırılmışdır. Məlumdur ki, lirik aləmin mövzuları musiqidə incə hisslərin, duyğuların tərənnümündə əvəzsizdir və bu cəhət List yaradıcılığından da yan keçməmişdir. Belə ki, List öz yaradıcılığında Tasso, Lamartin, Hüqo, Şiller aləminə müraciət etmişdirsə, artıq Azərbaycan bəstəkarı şərq aləminin ədəbi dühalarına istinad edirlər. Nizami aləmi, Nəsimi fəryadı, Füzuli zərifliyi, Sədi dünyası, Cavid ucalığıı və digər sənətkarların şeriyyatı daim öndə durur və Azərbaycan bəstəkarları Şərq təfəkkürü, Şərq düşüncəsi baxımından formalaşan simfonik poemalar yaradırlar. Artıq simfonik poemanın timsalında List ənənələri Azərbaycan musiqisində milliləşir və yeni nəfəs, yeni təravət əldə edir. Listin poemalarında öz dövrünün sənətk
arlarının musiqili portretlərinə, ədəbi qəhrəmanlarına müraciəti ənənəsi A.Məlikovun “Füzuli” (1959), R.Mustafayevin “Füzulinin xatirəsinə” (1959), A.Rzayevin “Nəsimi” simfonik poemalarında davam etdirilmişdir və Şərqin dahi sənətkarlarının siması musiqinin ecazkar qüvvəsi ilə canlandırılırdı. Əgər List öz qəhrəmanlarının taleyini Qərb dünyasının baxışları tərəfindən işıqlandırırdısa, Azərbaycan bəstəkarları Şərq aləmini Şərqə məxsus tərzdə ifadə edirlər. Qeyd olunmalıdır ki, Şərqin əvəzolunmaz şairi Nizaminin “Xəmsə”si bəstəkarların maraq dairəsinə daha yaxın idi. “Xəmsə”nin təkrarolunmaz obrazları milli musiqimizin ədəbi obrazlar aləminin zənginləşməsində mühüm rol oynamışdır. Q.Qarayevin “Leyli və Məcnun”, M.Əhmədovun “Bəhram-Gur”, Q.Məmmədovun “Nüşabə və Isgəndər” poemaları Nizami dünyasının müxtəlif tərəflərdən ifadəsidir. Ümumiyyətlə, ədəbi-lirik məzmuna malik simfonik poemalardan danışarkən mütləq qeyd etmək lazımdır ki, burada yalnız şair təfəkkürünün əsərləri ilə yanaşı, xalq qaynaqlarınlan gələn möv
zulara da rast gəlinir. Bu da hər şeydən əvvəl dastan, əfsanə, nağıl sujetləri ilə bağlıdır. A.Məlikovun “Nağıl”, S.Ibrahimovanın “Əsli və Kərəm”, N.Osmanovun “Məhəbbət əfsanəsi” poemaları bu ənənənin bilavasitə davamıdır.
|