XX ƏSRİN DAHİ BƏSTƏKARI        
VƏ ŞƏXSİYYƏTİ        
Zemfira Səfərova           
1   2   3   4   5  
  Z. Səfərova
XX əsrin dahi bəstəkarı və şəxsiyyətı

A. Hüseynova
M. Maqomayev. əsrlərin ayrıcından bir nəzər

Ş. Hüseynov
Açılmamış səhifələr

S. Fərəcov
Əgər onlar da tamamlansaydı, yaşasaydı


 

 

 

 

        
Ü. Hacibəyov.
"Köroglu" operası.
Uvert
üra.

"Leyli və Məcnun" operasından sonra Ü.Hacıbəyov yaradıcılığının ən böyük uğuru onun musiqili komediyaları, xüsusilə də "O olmasın, bu olsun" ("Məşədi İbad", 1911) və "Arşın mal alan" (1913) oldu. Musiqili komediya janrına müraciət etməsinin səbəbini Hacübəyov özü belə başa salırdı: "Musiqinin qüvvəsinə inam və musiqi vasitələri ilə ictimai-məişət eyblərini qamçılamaq həvəsi, musiqidə Azərbaycan ziyalılarının proqressiv qüvvələrinin ətalət və mədəniyyətsizliyə qarşı mübarizəsini əks etdirmək sə'yi məni komik musiqi janrı-operettanı yaratmağa sövq etdi".

Ü.Hacıbəyovun musiqili komediyalarını Qərbi Avropa operasının musiqili səhnə janrları, İtaliyada - opera - buff, Fransada-opera-komik, Almaniyada-zinqşpil, Rusiyada - komik opera janrları ilə müqayisə etmək olar. Lakin bu komediyaların əhəmiyyətini Azərbaycan mədəniyyətinin tarixində M.F.Axundovun komediyaları ilə, "Molla Həsrəddin" jurnalının felyetonları ilə, Ə.Əzimzadənin karikaturaları ilə, M.Ə.Sabirin poeziyası ilə müqayisə etmək daha doğru olar.

Ü.Hacıbəyovun musiqili komediyaları arasında ictimai əhəmiyyətinə və yumor gücünə görə "O olmasın, bu olsun" xüsusi yer tutur. Məhz bu komediya özünün ümumi istiqamətinə görə "Molla Həsrəddin" jurnalının platformasına, Ə.Əzimzadənin "Köhnə Bakının tipləri" karikaturalarına yaxın idi.

Hacıbəyov komediyada Məşədi İbadı və onun adamlarını müşayiət edən yüngül rəqs və mahnı melodiyalarının köməyi ilə parlaq komik effektlərə nail olur. O, lirik mahnılar, ariozo ilə cavan sevgililəri - Gülnaz və Sərvəri xarakterizə edir.

Ü.Hacıbəyov musiqili komediya janrında xalq musiqisindən, demək olar ki, artıq sitat gətirmir, lakin bu əsərlərin musiqisi folklor intonasiyaları, üsulları ilə zəngindir. Bəstəkar xalq musiqisinin ruhunu, özü də professional səviyyədə, xüsusilə "Arşın mal alan"da yaradır. Bəstəkarın texniki professionallığına dəlalət edən musiqi nömrələri arasında intonasiya əlaqəsi, leytmotivlər var. Komediyanın bütün personajları, xüsusilə baş qəhrəmanlar Əsgər və Gülçöhrə fərdi musiqi xüsusiyyətlərinə malikdir. Gülçöhrənin solo nörələri - onun ariyaları, elegiyası və naləsi-lirik opera obrazlarına yaxındır.

Ü.Hacıbəyovun "O olmasın, bu olsun" və "Arşın mal alan" musiqili komediyaları dünyanın bir çox dillərinə tərcümə edilmiş və dəfələrlə ekranlaşdırılmışdır. Xüsusilə, "Arşın mal alan" 50-dən artıq dilə tərcümə edilmiş, 1945-ci ildə çəkilmiş film daha uğurlu olmuş, dünya ekranlarında göstərilmiş və məşhurlaşmışdı.

Azərbaycan musiqi tarixinə 20-ci illər "təşkilatçılıq" illəri kimi daxil olmuşdur və bu təşkilat işlərinin başında Y.Hacıbəyov özü dayanmışdır. Artıq məqalənin əvvəlində Hacıbəyovun bu sahədə gördüyü işləri sadaladıq.

1927-ci ildə Ü.Hacıbəyov M.Maqomayevlə birlikdə "Azərbaycan xalq mahnıları" məcmuəsini nəşr etdirir.

1931-ci ildə o, radio komitəsinin nəzdində birinci notlu xalq çalğı alətləri orkestri yaradır və özü bu orkestr üçün iki fantaziya da bəstələyir. Birinci fantaziyada o, "Çahargah" muğamının, ikincidə isə "Şur" muğamının lad-intonasiya əsasını işləyir. Hacıbəyovun simfonik musiqisinin ilk nümunələri olan "Çahargah" və "Şur" fantaziyaları, özünün üslubu, musiqinin xasiyyətinə görə "Koroğlu" operasının simfonik epizodlarını hazırlamışdır.


 
1   2   3   4   5  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page Back to Home About site