ӘHMӘD AĞAOĞLUNU AŞIQ        
SӘNӘTİNӘ BAXIŞLARI       
Şahnәzәr HYSEYNOV           
1   2   3   4  
English English
        

zәrbaycan xalqının böyük mütәfәkkir oğlu әhmәd bәy Ağaoğlu (Ağayev) XIX әsrin sonu, XX әsrin birinci yarısı hüdudlarında milli ziyalı, münәvvәr bir intellektual kimi formalaşmış vә Azәrbaycanın ictimai fikir tarixini dәyәrli әsәrlәrilә zәnginlәşdirmişdir. O, 1869-cu ildә Azәrbaycanın Qarabağ mahalının Şuşa şәhәrindә anadan olmuşdur. Ağaoğlunun ailәsi Şuşanın elm vә bilik sahәsindә seçilәn ziyalılar zümrәsinin әn nüfuzlu dairәsinә mәnsub idi.әhmәd bәy ilk tәhsilini mәhәllә mәktәbindә almış, әrәb vә fars dillәrini mükәmmәl öyrәnmişdir. Az sonra isә Şuşada yeganә müasir tipli maarif ocağı sayılan rus mәktәbindә oxumuşdur.

ә.B.Ağaoğlu sonrakı illәr Tiflisdәki 1 saylı gimnaziyada tәhsilini davam etdirmiş, 1885-ci ildә oranı bitirmişdir. Bir neçә ildәn sonra - 1888-ci ildә, o, ali tәhsil almaq mәqsәdilә Fransanın paytaxtı Parisә gәlmişdir. O, 1994-cü ilә qәdәr "Kollej de Frans" vә siyasi biliklәr mәktәblәrindә tәhsil almış, dünyanın әn şöhrәtli tәhsil ocaqlarından biri olan, mәşhur Sarbonna Universitetinin teologiya (ilahiyyat) fakültәsini bitirmiş vә hüquq mәktәbindә dә oxumuşdur. Görkәmli hüquqşünas, ilahiyyatçı, siyasәtçi vә digәr bilik sahәlәrinә dәrindәn bәlәd olan alim kimi fәrqlәnәn Ağaoğlu Fransada olduğu zaman latın, yunan, fransız, ingilis vә rus dillәrini dә dәrindәn mәnimsәmişdir. Azәrbaycanda vә Tür-kiyәdә onlarca qәzetin redaktoru olmuş, yüzlәrlә mәqalә, 15 kitab vә kitabça çap etdirmişdir. Böyük intellektual diapazona malik bu mütәfәkkir 1939-cu ildә Türkiyәdә vәfat etmişdir.

әhmәd bәy Ağaoğlu (Ağayev) istәr böyük, istәrsә dә kiçik әsәrlәrindә incәsәnәtin bütün sahәlәrilә bağlı qiymәtli fikirlәr söylәmişdir. Onun xalq poeziyası vә aşıq sәnәti haqqında araşdırmaları bu günkü nәzәri fikrimiz üçün dә öz aktuallığını vә әhәmiyyәtini itirmәmişdir. O, әdәbiyyat, teatr, musiqi vә s. sahәlәrin xalqın mә'nәvi inkişafında rolu barәdә ayrı-ayrı mәqalәlәr dә dәrc etdirmişdir.

ә.Ağaoğlu "Kaspi" qәzetinin 1900-cü il avqustun 8-dә dәrc olunmuş (266 saylı) "Opıt oçerka tatarskoy poezii" mәqalәsindә türk-tatar (Azәrbaycan) xalq poeziyasında aşıq sәnәtinin tәfsirini vermiş vә maraqlı qәnaәtlәrә gәlmişdir. Müәllif göstәrir ki, mәqalәdә qarşıya qoyulmuş mәqsәd әldә edilmiş cü'zi material әsasında yerinә yetirilir vә toplanmış hәmin material yalnız dәryadan götürülmüş bir damla tәşbihindәdir. Tәbiidir ki, damla ilә dәrya haqqında mühakimә yürütmәk olmaz.


1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page Back to Home About site