AZƏRBAYCAN MUSİQİSİNİN         
TARİXİ YARANIR
       
  Ülkər TALIBZADƏ           
1   2   3   4  
  Ü. Talıbzadə
Azərbaycan musiqisinin tarixi yaranır

R. Zöhrabov
"Zülfi Adıgözəlov xatirələrdə"

  Ü. Talıbzadə
Azərbaycan musiqisinin tarixi yaranır

R. Zöhrabov
"Zülfi Adıgözəlov xatirələrdə"


        

Daha sonra Səfərova böyük alimin dissonantlıq nəzəriyyəsini, "iqa" /ritm/ nəzəriyyəsini, musiqidə nisbilik, ahənglik, harmoniya, uyumluluq konsepsiyası və digər mühüm nəzəri məqamları da ardıcıl tədqiq etmiş və nəticədə Urməvinin elmi irsinin gələcək araşdırmalarını Şərq, o cümlədən Azərbaycan musiqişünaslığının ən ümdə, tə'xirəsalınmaz vəzifələrindən biri kimi müəyyənləşdirmişdir.

Monoqrafiyanın növbəti hissəsi "Sistemçilik məktəbinin" parlaq davamçısı olan əbdülqadir Marağainin elmi və musiqi irsinə həsr edilmişdir. Burada alimin musiqi əsərləri təhlil edilmiş və Marağainin bir alim kimi Urməvidən sonra elmə gətirdiyi yeniliklər açıqlanmışdır. Belə ki, Marağainin risalələrində ilk dəfə olaraq 24 şö'bənin quruluşu və səs qatarı, o dövrün musiqi forma və janrlarının xasiyyətnaməsi verilmiş, ritm "iqa" nəzəriyyəsi ifadə edilmişdir. Z.Səfərova sonda C.Farmerin ə.Marağainin orta əsr musiqi elminin son klassiki "olması" fikrinə haqq qazandırmışdır.

əsərin üçüncü hissəsində Səfərova XV-XIX əsrlərdə yaranmış risalələr haqqında ümumi mə'lumat vermiş, bu risalələrdə qoyulmuş məsələlər ətrafında söhbət aparmış, onların spesifik xüsusiyyətlərini müəyyənləşdirərək daha çox təcrübi xarakter daşımalarını vurğulamışdır. Burada müəllif əbdüləziz Çələbi, Mahmud Çələbi, Ladikli Məhməd Çələbi, Mirzə bəy, əbdülmö'min Səfiəddin kimi orta əsr alimlərinin yaradıcılığının təhlilini verərək, orta əsr musiqi elminin inkişafını aşağıdakı fikirlə xarakterizə etmişdir. "Biz orta əsr musiqi elminə qlobal şəkildə nəzər salsaq, deyə bilərik ki, o mürəkkəbdən sadəyə doğru, mürəkkəb nəzəri problemlərdən ümumi praktiki məsələlərin həlli istiqamətində yönəldilib inkişaf etmişdir"(2)¸

Alim, şair, rəssam, musiqişünas Mir Möhsün Nəvvabın həyat və yaradıcılığı monoqrafiyanın növbəti fəsillərində açıqlanmışdır. Alimin yaşadığı dövr, çoxsahəli fəaliyyəti, maraq dairəsi qısa, lakonik tərzdə təqdim edilmiş, "Vüzuhül-ərqam" risaləsinin nəzəri təhlili verilmiş, beləliklə, Nəvvabın hərtərəfli portreti yaradılmışdır. "Vüzuhül-ərqam" risaləsinin təhlilində Səfərova bu risalənin daha çox təcrübi məqsədə qulluq etməsi fikrini vurğulayır. Bununla bərabər, musiqi və mətn, musiqi və təbabət, muğamların emosional tə'siri kimi nəzəri və estetik problemlərə həsr edilmiş hissələr də xüsusi əhəmiyyət kəsb edir.


 
1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English About site