XX ƏSRİN DAHİ BƏSTƏKARI        
VƏ ŞƏXSİYYƏTİ        
Zemfira Səfərova           
1   2   3   4   5  
Z. Səfərova
XX əsrin dahi bəstəkarı və şəxsiyyətı

A. Hüseynova
M. Maqomayev. əsrlərin ayrıcından bir nəzər

Ş. Hüseynov
Açılmamış səhifələr

S. Fərəcov
Əgər onlar da tamamlansaydı, yaşasaydı


 

 

 

 

        
Ü. Hacibəyov.
"Köroglu" operası.
Uvert
üra.

zərbaycanın tarixində xalqımızın belə dahi sənətkar və şəxsiyyətlərindən biri Üzeyir Hacıbəyov olmuşdur. Üçüncü minilliyin astanasında, XXI əsrə qədəm qoyacağımız bir dövrdə, yaradıcılığa XX əsrin əvvəllərində başlamış, həyatını isə onun ortalarında tamamlamış Üzeyir Hacıbəyovun musiqisi və bütövlükdə yaradıcılığı bu gün biz musiqiçilərçün və ümumən Azərbaycan xalqı üçün nə deməkdir? Bu gün tam qətiyyətlə deyə bilərik ki, artıq bir əsrə yaxın vaxt ərzində çalınan, səslənən Ü.Hacıbəyov musiqisi Azərbaycan xalqının canına, qanına sirayət edərək onun bədii mədəniyyətinin ayrılmaz hissəsinə çevrilmişdir. Necə ki, Üzeyir bəy xalq musiqimiz haqqında deyirdi ki, ona həmişə "ruh yüksəkliyi və aydınlıq ehtizazı, sabahkı qalibiyyətə möhkəm inam, mə'nəvi büllurluq, alicənablıq, şücaət və qəhrəmanlığı tərənnüm etmək xas olmuşdur", eləcə də Hacıbəyovun musiqisi üçün də bu cəhətlərlə bərabər, günəş kimi parlaqlıq, əlvanlıq xas olmuşdur. Bütün bu xüsusiyyətlər onun musiqisinin mahiyyətini təşkil etmişdir.

Ü.Hacıbəyov dahi bəstəkar, Azərbaycanın, eləcə də Şərq opera sənətinin banisi, "Leyli və Məcnun", "Koroğlu" kimi təkrarsız operaların müəllifi, böyük musiqişünas-alim, bütöv musiqi-estetik konsepsiya yaratmış nəzəriyyəçi, "Azərbaycan xalq musiqisinin əsasları" adlı elmi-nəzəri risalənin müəllifi, görkəmli dramaturq, "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarının əlvan, günəşli musiqisi ilə bərabər, həm də bu əsərlərin librettolarının müəllifi, alovlu publisist, jurnalist, saysız-hesabsız dəyərli məqalələrin müəllifi, gözəl pedaqoq, Azərbaycan bəstəkarları və musiqişünaslarının iste'dadlı nəslinin müəllimi, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Elmlər Akademiyasının elmi-tədqiqat İncəsənət İnstitutunun rəhbəri, Akademiyanın musiqi üzrə ilk həqiqi üzvü, yorulmaz ictimai xadim, Azərbaycan Dövlət Konservatoriyasının təşkilatçısı, onun rektoru və professoru, ilk çoxsəsli xorun, ilk notlu xalq çalğı alətləri orkestrinin, musiqi məktəbinin, musiqi texnikumunun yaradıcısı idi. O, Azərbaycan Dövlət himnlərinin (hər ikisinin də) müəllifidir.

Bütün bunlar bizə haqq verir deyək ki, son illərini yaşadığımız XX əsrin xalqımıza bəxş etdiyi ən böyük şəxsiyyətlərdən, ən böyük simalardan biri Yzeyir Hacıbəyovdur.

Üzeyir bəy haqqında yazdığımız bu məqalə Respublikada yaranmış yeni musiqi dərgisini açacaq. Bu dərginin Ü.Hacıbəyova həsr edilmiş məqalə ilə açılması tamamilə təbii, doğru və məqsədəuyğundur. Çox illər öncə Üzeyir Hacıbəyova həsr etdiyim ilk kitabımı yazmağa başlarkən keçirdiyim həyəcanlı duyğuları indi də, bu məqaləni yazarkən, yə'ni artıq Yzeyir bəy haqqında neçə monoqrafiyanın, kitabların müəllifi olduğum vaxtda da keçirirəm.

Çünki dahi şəxsiyyətin yaradıcılığı ilə hər bir təmas həyəcanlıdır, sevinclidir, fərəhlidir. Hacıbəyovun çoxcəhətli və çoxşaxəli musiqisi və yaradıcılığı hər dəfə ona yeni rakursdan baxmağa, yaradıcılığının yeni çalarlarını açmağa imkan verir.

Böyük sənətkarın yaradıcı fəaliyyəti elə tarixi şəraitdə keçmişdir ki, Y.Hacıbəyov "musiqi sənətinin hansı sahəsinə müraciət etmişsə, onun ilk yol göstəricisi olmuşdur. O, dahi bəstəkar olmaqla bərabər, görkəmli mütəfəkkir idi, yaradıcı məsələlərin həllində yalnız özünün zəngin intuisiyasına arxalanmır, həm də Azərbaycan musiqisinin tarixində ilk dəfə addım atdığı yol haqda çox düşünürdü, cəmiyyətdə yaranmış vəziyyəti, tarixi şəraiti təhlil edir, özünün yaradıcı axtarışlarının təsdiqi üçün nəzəri əsaslar axtarır və tapırdı".

1908-ci il 12 yanvar, Azərbaycanda və Şərqdə ilk operanın premyerası. Bu gündən e'tibarən Azərbaycan musiqisində elə bir sahə, elə bir janr meydana gəlməmişdir ki, bu və ya digər şəkildə Yzeyir Hacıbəyovun adıyla bağlı olmasın.


 
1   2   3   4   5  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page Back to Home About site