XX ƏSRİN DAHİ BƏSTƏKARI        
VƏ ŞƏXSİYYƏTİ       
Zemfira Səfərova            
1   2   3   4   5  
  Z. Səfərova
XX əsrin dahi bəstəkarı və şəxsiyyətı

A. Hüseynova
M. Maqomayev. əsrlərin ayrıcından bir nəzər

Ş. Hüseynov
Açılmamış səhifələr

S. Fərəcov
Əgər onlar da tamamlansaydı, yaşasaydı

 

 

 

 

        
Ü. Hacibəyov.
"Köroglu" operası.
Uvert
üra.

Ü.Hacıbəyov iste'dadlı qələmini ilk dəfə əsrin əvvəllərində yaradıcılığa başlarkən bir publisist kimi sınamışdır. 1905-ci ildən 20 yaşlı gənc publisistin, o dövrün qəzet və jurnal səhifələrində, ən aktual məsələlərə həsr olunmuş məqalə və felyetonları dərc olunur. O, bu yazılarında maarifçi-demokrat kimi çıxış edərək, inqilabdan əvvəlki Azərbaycan mədəniyyətinin inkişafında misilsiz rol oynamışdır. Ü.Hacıbəyov rus-Azərbaycan, Azərbaycan-rus lüğətlərinin, məktəblilər üçün riyaziyyat dərsliyinin tərtibçisi, Azərbaycan dilinə rus klassiklərinin, o cümlədən N.V.Qoqolun "Şinel" povestinin tərcüməçi olmuşdur.

Onun "Qədirşünaslıq", "Biz hamımız qafqazlı balalarıyıq", "Ordan-burdan", "Filankəs" imzası ilə çıxan yazıları, 1917-ci ildə "Kaspi" qəzetinin səhifələrində dərc olunmuş musiqi teatrı haqqında silsilə məqalələri ("Səhnənin tərbiyəvi əhəmiyyəti haqqında", "Opera və dramın tərbiyəvi əhəmiyyəti haqqında"), "Azərbaycan" qəzetində çıxan bir sıra yazıları bu dövrün qiymətli məhsuludur. Ü.Hacıbəyovun inqilabdan əvvəl yazdığı publisistik əsərləri və komediyaları onun Azərbaycan mədəniyyətində M.F.Axundovun inqilabçı-mütərəqqi ən'ənələrini davam etdirdiyini, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev kimi demokrat yazıçıların məslək dostu olduğunu, rus inqilabçı demokratların tə'ciri altında yazıb yaratdığını göstərir. Ü.Hacıbəyov yazılarında dəfələrlə bu görkəmli şəxsiyyətlərin əsərlərinə müraciət etmişdir.

Millilik və beynəlmiləllik problemini Ü.Hacıbəyov dünya və milli mədəniyyətlərinin nailiyyətlərinin üzvi sintezi kimi başa düşürdü.

Azərbaycan musiqisinin gələcək yolu məhz Ü.Hacıbəyovun irəli sürdüyü, əsasını qoyub apardığı yol oldu.

Yeni jurnalın ilk məqaləsində bə'zi böyük şəxsiyyətlərimizin müxtəlif dövrlərdə irəli sürdüyü proqram əsərləri ilə tanış olmaq bizcə xüsusi maraq doğura bilər və yerinə düşər.

Ü.Hacıbəyovun ilk musiqi əsəri keçən il 90 yaşı tamam olmuş unikal "Leyli və Məcnun" operasıdır. Unikal ona görədir ki, bu əsər Şərqdə, eləcə də Azərbaycanda opera sənətinin əsasını qoymuşdur, unikal ona görədir ki, bu əsərdə Azərbaycan professional bəstəkarlıq məktəbinin bünövrəsi qoyulmuşdur, unikal həm də ona görədir ki, muğamlara əsaslanaraq, "Leyli və Məcnun" musiqimizdə muğam operasının təməlini qoydu. Bu operadan sonra Ü.Hacıbəyovun "Şeyx Sən'an", "Əsli və Kərəm", "Şah Abbas və Xurşud Banu", "Harun və Leyla", M.Maqomayevin "Şah İsmayıl", Z.Hacıbəyovun "Aşıq Qərib" muğam operaları yarandı. Lakin bu operaların arasında "Leyli və Məcnun"un Azərbaycan musiqisi tarixində oynadığı rol, xalqımızın qəlbində tutduğu yer xüsusidir.

90 ildən artıqdır ki, bu opera səhnədən düşmür, yeni-yeni ifaçılar - leylilər, məcnunlar nəsli yetişir. 22 yaşlı gənc Üzeyir Hacıbəyovun yaratdığı "Leyli və Məcnun" operasının bu 90 il ərzində daimi, stabil uğurunun sirri, səbəbi nədədir? Qədim muğamlarımızın gözəlliyində, təkrarsızlığında, yoxsa dahi Füzulinin eyni adlı poemasında, qəzəlllərində, ya da gənc Üzeyirin operaya yazdığı musiqi parçalarında, bəlkə o vaxtlar Hüseynqulu Sarabskinin yaratdığı təkrarsız Məcnun rolunda? Daha doğrusu, bunların ayrı-ayrılıqda heç birində, eyni zamanda hamısında, onların vəhdətində. Üzeyir bəyin iste'dadı bunların hamısının vəhdətini, sintezini yarada bilmişdir.

 
1   2   3   4   5  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page Back to Home About site