VASİF ADIGÖZӘLOVUN "ÇANAQQALA" ZӘFӘRİ        
vә yaxud Azәrbaycan-Türkiyә mәdәni işbirliyinin parlaq uğuru          
Azad Ozan KӘRİMLİ           
1   2   3   4  
        
Çanaqqala. "Ninni"
Çanaqqala. "Apofeoz"
Çanaqqala. "Marş"

әşәriyyәtin savaş tarixi möhtәşәm döyüşlәrlә zәngindir. Vә bu savaş olayları, bu möhtәşәm döyüşlәr sonradan baş verәn tarixi dönüşlәrin başlanğıcı kimi yozulur desәk, yanılmarıq. Tәkcә onu demәk kifayәtdir ki, Makedoniyalı İskәndәrin III Dara üzәrindә qәlәbәsi İran imperiyasına, irançılığa mәhvedici zәrbәni endirәrәk, durğunlaşmış Şәrqdә ictimai gәlişmәyә geniş yol açdı. Miladi 451-ci ildә hazırkı Fransanın quzeyindә, Katalaun çölündә qәdim türk xaqanı Atillanın ordusu ilә Roma ordusu vә onun müttәfiqlәri arasında bir hәftә çәkәn döyüş sonucda Qәrbi Romanın sonunu yaxınlaşdırdı. 1071-ci ildә Van gölü yaxınlığında Malazgirt vuruşu Bizansı 2-ci dәrәcәli dövlәt sәviyyәsinә endirib Sәlcuq türklәrinin Yaxın vә Orta Şәrqdәki üstünlüyünü möhkәmlәndirdi. Ömrü boyu qәlәbәdәn - qәlәbәyә gedәn Napoleonun Leypsiq (1813) vә Vaterloo (1815) döyüşlәrini uduzmağı isә Avropanı, bәlkә dә, 50 il arxaya atdı. Nәhayәt, әrәblәrin Qәdusiyyә vә Nәhavәnddә Sasani İranı üzәrindә parlaq qәlәbәlәri ikinci dәfә irançılıq ideyasını heçә endirәrәk, minillik vә daha geniş tarixi olan türk-islam birliyinin özülünü yaratdı.

әlbәttә, savaş tarixindәn çoxlu misallar çәkmәk olar vә lazımdır da. İlk sayda da, bizlәrә, hörmәtli oxucu. Bu savaş tarixindә türk dünyasının, türk ruhunun, lap elә türk qanının yeri, yenilmәzliyi vә sayımı danılmazdır.

Bircә onu yada salsaq ki, Yaxın vә Orta Şәrqi, islam alәminin böyük bir kәsimini 200 ildәn çox әsarәtdә saxlayan vә çapıb-talayan, müsәlmanları kölә edib satan vә amansızcasına qıran sәlibçilәrin ağalığına әrәblәr, yaxud irandillilәr (o cümlәdәn, kürdlәr!) deyil, mәhz Bәybarsın başçılığı ilә türklәr son qoymuşlar. Lakin yazıqlar olsun ki, tarixi biz türklәr biçimlәmişiksә dә, başqaları yazıb. әgәr belә olmasaydı, biz әfsanәyә dönmüş türk xaqanı Alp әrtoğrulu öz adı ilә tanıyardıq, daha fars şairi vә irançılıq ideyasının daşıyıcısı - yalançı "bülbülü" Firdovsinin "Şahnamә"sindәki Turan hökmdarı әfrasiyab adı ilә yox. Vә belә olmasaydı, I Dünya savaşının әn sayılan döyüşlәri vә әmәliyyatları sırasında (Marna döyüşü, Brusilov hücumu, italyan cәbhәsinin yarılması, Verden әmәliyyatı vә s.) Çanaqqala döyüşünün әsl mahiyyәti, onun tarixi dәyәri vә әks-sәdası indiyәdәk, hansı yolla olursa-olsun, bizdәn gizlәdilmәzdi.

Avropa vә rus tarixçilәri tәrәfindәn "Dardanel (yaxud Qallipoli) әmәliyyatı" kimi açıqlanan "Çanaqqala döyüşü" hәm öz hәrbi sonucu vә dәyәri, hәm zaman çevrәsi (kәsimi) baxımından I Dünya savaşının bütün olaylarını geridә qoyur. 1915-ci il fevralın 19-undan 1916-cı il yanvarın 9-unadәk ara vermәdәn davam edәn savaşda İngiltәrә, Rusiya vә Fransanın donanmaları vә 20-yәdәk seçmә diviziyasına 5-ci türk ordusu sinә gәrmişdir. Müttәfiqlәrin bir il әrzindә Bosfor, Dardanel boğazlarını vә İstambulu әlә keçirmәk üçün saysız cәhdlәri tam uğursuzluq vә böyük itkilәrlә sona çatmışdır. Ayrıca vurğulanmalıdır ki, bu qәlәbә 253 min türk әsgәrinin qanı bahasına başa gәlmişdir. Vәtәnini, azadlığını qoruyan xalq qurbanlar vermәyi dә bacarır.


1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site