VASİF ADIGÖZƏLOVUN "ÇANAQQALA" ZƏFƏRİ        
və yaxud Azərbaycan-Türkiyə mədəni işbirliyinin parlaq uğuru 
          
  Azad Ozan KƏRİMLİ           
1   2   3   4  
  Yeniliklərimiz
Qadınlar musiqidə

A. Ozan Kərimli
V. Adıgözəlovun Çanaqqala zəfəri

P. Quliyev
T. Bakıxanovun əsərlərinə Türkiyədə maraq

Yeniliklərimiz
Bizə yazırlar

Yeniliklərimiz
Xəbərlər

 

 

 

 

        
Çanaqqala. "Ninni"
Çanaqqala. "Apofeoz"
Çanaqqala. "Marş"

"Çanaqqala" oratoriyasının oxşarsız özəllikləri sırasında orkestrin yeri də vurğulanmalıdır. Gücləndirilmiş simfonik orkestrin yeri gələndə çeşmə tək şəffaf həzinliyi, yeri gələndə dağ şəlalələri tək coşğunluğu, yeri gələndə də göz işlədikcə sıralanan, bir-birindən uca dağlar təki çoxqatlı əzəməti, haqqında eyni sözlər deyilə biləcək xorla təmas yaradır, dinamik gəlişmənin polad iradəli gedişlərini özümlü şəkildə açıqlayır. Və sonucda dinləyici tərəfindən belə təbii asanlıqla duyulan və qavranılan partituranın nə qədər çətin, mürəkkəb, ucsuz-bucaqsız olması heç yada da düşmür. əlbəttə, peşəkarların yadına düşür, lakin o da ancaq əsər bitəndən sonra. "Çanaqqala" oratoriyasının, onu yazan bəstəkarın sehri də bundadır.

Sevindirici olaydır ki, haqqında danışılan əsərin səsləndirilməsi kimi tutumlu və şərəfli işin başa çatdırılmasında türk musiqiçiləri ilə yanaşı, Azərbaycanlı dirijor Yalçın Adıgözəlov və xormeyster Elnarə Kərimovanın olduqca sanballı yeri görünür.

Vaxtilə öz vətəni Azərbaycanda nə iste'dadı, nə də əməyi kifayət qədər qiymətləndirilməyən Yalçın Vasif oğlu Adıgözəlov və Elnarə Nadir qızı Kərimova Türkiyə kimi böyük bir ölkədə bizim üzümüzü ağartmışlar. Lakin təkcə Türkiyədəmi? Alınan xəbərlərə görə,1998-ci il noyabrın ilk günləri Brüssel Kral Musiqi Akademiyasının konsert zalında böyük bəstəkarımız F.əmirovun musiqisindən ibarət konsert-gecədə Avropanın ən sayılan orkestrlərindən birinə azərbaycanlı dirijor Yalçın Adıgözəlov rəhbərlik etmişdir.

V.Adıgözəlovun "Çanaqqala" oratoriyası 1998-cı il oktyabrın 16-ında Ankaranın 1000 nəfərlik konsert salonunda 250 nəfərlik xor, solist və orkestr tərəfindən ilk dəfə ifa olunmuş və ertəsi gün təkrarlanmiışdır. İlk ifa zamanı dinləyicilər sırasında Türkiyə Respublikasının prezidenti S.Dəmirəl, nazirlər kabineti və parlament üzvləri də olmuşlar. Bir həftə sonra isə oratoriyanı Türkiyə Silahlı Qüvvələrinin Ali baş qərargahı və ordunun komanda hey'əti ayrıca konsertdə dinləmişdir. Hazırda əsərin kompakt diskə yazılışına hazırlıq görülür.

Bu sevindirici olay bir də onu sübut edir ki, çağdaş türk dünyası təkcə siyasi və iqtisadi maraqlar üstündə işbirlikləri qurmaqla, birgə müəssisələr yaratmaqla, neft kəməri çəkməklə, daha nələrlə, nələrlə deyil, həm də mədəniyyət çevrəsində əməkdaşlıq edə bilər və buna hazırdır. Dahi şairimiz Hüseyn Cavid dediyi kimi,

"Turana qılıncdan
daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət,
mədəniyyət, mədəniyyət."

 
1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site