əşəriyyətin savaş
tarixi möhtəşəm döyüşlərlə zəngindir. Və bu savaş olayları, bu möhtəşəm
döyüşlər sonradan baş verən tarixi dönüşlərin başlanğıcı kimi yozulur
desək, yanılmarıq. Təkcə onu demək kifayətdir ki, Makedoniyalı İskəndərin
III Dara üzərində qələbəsi İran imperiyasına, irançılığa məhvedici
zərbəni endirərək, durğunlaşmış Şərqdə ictimai gəlişməyə geniş yol
açdı. Miladi 451-ci ildə hazırkı Fransanın quzeyində, Katalaun çölündə
qədim türk xaqanı Atillanın ordusu ilə Roma ordusu və onun müttəfiqləri
arasında bir həftə çəkən döyüş sonucda Qərbi Romanın sonunu yaxınlaşdırdı.
1071-ci ildə Van gölü yaxınlığında Malazgirt vuruşu Bizansı 2-ci
dərəcəli dövlət səviyyəsinə endirib Səlcuq türklərinin Yaxın və
Orta Şərqdəki üstünlüyünü möhkəmləndirdi. Ömrü boyu qələbədən -
qələbəyə gedən Napoleonun Leypsiq (1813) və Vaterloo (1815) döyüşlərini
uduzmağı isə Avropanı, bəlkə də, 50 il arxaya atdı. Nəhayət, ərəblərin
Qədusiyyə və Nəhavənddə Sasani İranı üzərində parlaq qələbələri
ikinci dəfə irançılıq ideyasını heçə endirərək, minillik və daha
geniş tarixi olan türk-islam birliyinin özülünü yaratdı.
əlbəttə, savaş tarixindən
çoxlu misallar çəkmək olar və lazımdır da. İlk sayda da, bizlərə,
hörmətli oxucu. Bu savaş tarixində türk dünyasının, türk ruhunun,
lap elə türk qanının yeri, yenilməzliyi və sayımı danılmazdır.
Bircə onu yada salsaq
ki, Yaxın və Orta Şərqi, islam aləminin böyük bir kəsimini 200 ildən
çox əsarətdə saxlayan və çapıb-talayan, müsəlmanları kölə edib satan
və amansızcasına qıran səlibçilərin ağalığına ərəblər, yaxud irandillilər
(o cümlədən, kürdlər!) deyil, məhz Bəybarsın başçılığı ilə türklər
son qoymuşlar. Lakin yazıqlar olsun ki, tarixi biz türklər biçimləmişiksə
də, başqaları yazıb. əgər belə olmasaydı, biz əfsanəyə dönmüş türk
xaqanı Alp ərtoğrulu öz adı ilə tanıyardıq, daha fars şairi və irançılıq
ideyasının daşıyıcısı - yalançı "bülbülü" Firdovsinin "Şahnamə"sindəki
Turan hökmdarı əfrasiyab adı ilə yox. Və belə olmasaydı, I Dünya
savaşının ən sayılan döyüşləri və əməliyyatları sırasında (Marna
döyüşü, Brusilov hücumu, italyan cəbhəsinin yarılması, Verden əməliyyatı
və s.) Çanaqqala döyüşünün əsl mahiyyəti, onun tarixi dəyəri və
əks-sədası indiyədək, hansı yolla olursa-olsun, bizdən gizlədilməzdi.
Avropa və rus tarixçiləri
tərəfindən "Dardanel (yaxud Qallipoli) əməliyyatı" kimi açıqlanan
"Çanaqqala döyüşü" həm öz hərbi sonucu və dəyəri, həm zaman çevrəsi
(kəsimi) baxımından I Dünya savaşının bütün olaylarını geridə qoyur.
1915-ci il fevralın 19-undan 1916-cı il yanvarın 9-unadək ara vermədən
davam edən savaşda İngiltərə, Rusiya və Fransanın donanmaları və
20-yədək seçmə diviziyasına 5-ci türk ordusu sinə gərmişdir. Müttəfiqlərin
bir il ərzində Bosfor, Dardanel boğazlarını və İstambulu ələ keçirmək
üçün saysız cəhdləri tam uğursuzluq və böyük itkilərlə sona çatmışdır.
Ayrıca vurğulanmalıdır ki, bu qələbə 253 min türk əsgərinin qanı
bahasına başa gəlmişdir. Vətənini, azadlığını qoruyan xalq qurbanlar
verməyi də bacarır.