"Çanaqqala döyüşü"nün
tarixi dәyәri türk xalqının öz qırılmaz iradәsini bütün dünyaya
bir daha açıqlaması ilә ölçülür. O zamanlar Fәlәstin cәbhә-sindә
ingilis qoşunlarına komandanlıq edәn general Allenbi yazırdı ki,
hәr türk әsgәrinә qarşı dörd ingilis әsgәri vuruşmalıdır.
Çanaqqalanın tarixi
әks-sәdasına gәlincә isә, demәk lazımdır ki, tarixi tәcrübә әn yaxşı
tәrbiyәçidir. әlbәttә, tarixә hörmәt edәnlәr, öyrәnmәk istәyәnlәr
üçün. Artıq sirr deyil ki, Azәrbaycan xalqının başına gәtirilәn
olaylar ilk sayda әskidәn tutmuş çağdaş zamanadәk türkçülüyә, ayrılmaz
kәsimi olduğumuz türk dünyası tarixinә soyuqluğun sonucudur. Osmanlı
türklәri isә Çanaqqala vә onun oxşarlarından indiyәdәk faydalanır
vә faydalanmaq әzmindәdirlәr. Tәkcә son illәrdә bir Rusiya deyil,
az qala bütün Avropa vә "müsәlman" (!) Şәrqinin dәstәk verdiyi irandilli
kürd terrorçularının vә onların havadarlarının qarşısından bir addım
belә geri çәkilmәyәn Türkiyәni görmәk bizim üçün kifayәtdir. Vә
әn gözәl görkdür.
Lakin tarix tәkcә
salnamәlәr vә elmi araşdırmalarda, abidәlәr vә yaddaşlarda yaşayır
desәk, yanılacağıq. Tarixi yaşadan hәm dә xalqın bәdii tәfәkkürü
vә yaradıcılığı, bәdii düşüncә tәrzi (sәpgisi), - bütövlükdә götürsәk,
onun mәdәniyyәtidir. Mәdәniyyәtin әn öncül cәhәti ondadır ki, tarixi
olaylarla yanaşı, tarixi mәnәviyyatı, milli ruhu qoruyub yaşadaraq,
xalqın ölmәzliyinin tә'minatçısı kimi çıxış edir. Türk dünyasının
mә'nәviyyat vә mәdәniyyәt tarixlәri deyilәnlәrә әn parlaq tutalqacdır.
Burada "Dәdә Qorqud"
vә "Oğuznamәlәr"dәn tutmuş Göyçәli Aşıq әlәsgәrәdәk söz sәnәti olaylarından,
Yusuf Balasaqunlu vә Mahmud Kaşğaridәn tutmuş Hüseyn Cavid vә әhmәd
Cavadadәk yüzlәrlә görkәmli simalardan söhbәt açmaq yersizdir. Çünki
sadalananlar haqqında artıq çox sanballı sözlәr deyilib, araşdırmalar
aparılıb. Mәn burada bizim günlәrin Azәrbaycanında az nәzәrә çarpan
bir sәnәt olayı haqqında, qısa da olsa, öz fikrimi açıqlamaq istәrdim.
Azәrbaycan mәdәniyyәtinin,
lap elә elminin çox qәribә taleyi var. Şәrqdә ilk demokratik respublika
yaradan, quran vә insan hüquqlarını dövlәt siyasәti sәviyyәsinә
qaldıran Azәrbaycan xalqına ilk opera, ilk dram teatrı, orkestr
vә peşәkar bәstәkarlıq mәktәbi, ilk çağdaş boyakarlıq vә qrafika,
ilk klassik vә peşәkar rәqs mәktәbi, kino sәnәti, hәtta, maye raket
yanacağı (Yusif Mәmmәdәliyevi yada salaq!) yaratmaq nәsib olub.
XX yüzillikdә ali vә tәtbiqi riyaziyyatın әn görkәmli siması sayılan
Lütfizadә dә azәrbaycanlıdır. Azәrbaycan bәstәkarlıq mәktәbi indiyәdәk
mә'lum olan bütün janrlarda, yә'ni bәdii sәnәt çeşidlәrindә, o cümlәdәn
dә xor, solistlәr vә orkestr üçün yazılan oratoriya janrında öz
qәlәmini uğurla sınayıb. Lakin bununla belә boynumuza almalıyıq
ki, 70 illik sovet rejimindә oratoriyanın mövzu seçimi rәsmi ideologiyaya
xidmәt etdiyindәn, bu sәnәt çeşidi ümumbәşәr mövzular sәviyyәsinә,
demәk olar ki, yüksәlә bilmәyib.