Bundan başqa kəskin
problemlərdən biri də ifaçı nəsillərinin əvəz edilməsi ilə əlaqədardır.
Opera və Balet Teatrı artistlərdən qeyri-adi fiziki qüvvə, güclü
səs və təmiz ifa tələb edir və əgər dramatik teatrda "qocaman" artistlər
öz personajlarının rolunu qoca yaşlarında da ifa edə bilirlərsə,
opera teatrında bu mümkün deyil! əlbəttə, bə'zən bu məsələdə münaqişə
də yaranır. Məsələn, 80 yaşlı qocaman müğənni, səhnə veteranı, Leyli
rolunun ona həvalə olunmasını tələb edir?! əlbəttə ki, belə hallarda
biz məsələyə ilk növbədə professional nöqteyi-nəzərdən yanaşırıq.
Bizim teatrda iste'dadlı gənclər çoxdur: Qərinə Kərimova, Azər Zeynalov,
əli əsgərov, Mənsum İbrahimov, Zemfira İsmayılova, Fidan Hacıyeva,
Nəzakət Teymurova, Gülyaz Məmmədova, Nairə Ramazanova və b. Bu gün
siz teatrın tamaşalarında bir dənə də olsa "xaric" not eşitməzsiniz
və balet truppasının natamam tərtib edilmiş işini görməzsiniz.
Artıq biz üçüncü
problemə çatdıq. Bu¸ professional kadrların xarici ölkələrə kəskin
surətdə axını problemidir. Bu günlərdə Türkiyədə, Antaliya şəhərində
6-cı (!) opera teatrı açılmışdır. Halbuki, bizim yeganə bir opera
teatrında kadrlar çatışmır. Görkəmli müğənnilər Muxtar Məlikov,
Fövziyyə İbrahimova, teatrın baş xormeysteri B.Vəkilova da yaxınlarda
respublikamızdan çıxıb getmişlər.
L.F.:-Bizim artistlərimizlə
qastrolçuların iştirakı ilə keçən tamaşa və konsertlərin biletləri
arasında qiymətdə fərq varmı?
A.M.:-əlbəttə, fərq
vardır. Belə ki, qastrolçuların iştirakı ilə göstərilən tamaşaların
qiyməti 50.000 manat, öz artistlərimizin ifası ilə isə 20.000 manatdır.
Lakin qeyd etməliyəm
ki, dünya şöhrətli artistlərin gəlməsi müəyyən xərclər tələb edir
və bizim dünya səhnə ulduzlarını öz teatrımızda görmək istəyimizə
baxmayaraq, buna imkanımız yol vermir. Aprel ayında bizim teatrda
Yuri Başmetin Moskva musiqiçiləri orkestri ilə konserti olmalı idi.
Televiziyada və mətbuatda geniş reklam verilməsinə baxamayaraq,
cəmi 150 bilet satılmışdı. əlbəttə, biz başa düşürük ki, hal-hazırda
əhalinin öz istədiyi konsert və tamaşalara getmək üçün maddi imkanı
yoxdur, amma...
L.F.:-Lakin buna
baxmayaraq son illər opera teatrının səhnəsində bir çox dünya səhnə
ulduzlarının çıxışları tamaşaçıları heyran etmişdir. Belə çıxışlar
yenə planlaşdırılırmı?
A.M.:-Doğrudur,
bizim səhnədə son zamanlar tamaşaçılar Maya Plisetskayanın, Nina
Semizorovanın çıxışlarına baxmış, Yelena Obraztsovanın, Zurab Sotkilavanın,
N.Piavkonun və bir çox başqa səhnə ulduzlarının füsunkar səsini
eşitmişlər.
Vaxtaşırı Ukrayna
artistlərinin və Moskvadan Böyük Teatrın solistlərinin gəlişi gözlənilir.
2-3 ay əvvəldən planlaşdırılmış konsertlər haqqında danışmaq bir
qədər çətindir, belə ki, çox zaman, bə'zi konsertlərin vaxtı dəyişdirilir
və yaxud təxirə salınır.
L.F.:-Hal-hazırda
opera teatrında hansı tamaşalar hazırlanır?
A.M.:-Ötən il F.əmirovun
"Sevil" operasının və Ü.Hacıbəyovun "O olmasın, bu olsun" musiqili
komediyasının yeni tamaşası həyata keçirildi. Bu ilin sonunadək
biz ə.Bədəlbəylinin "Qız qalası" baletinin, Verdinin "Trubadur"
operasının və gürcü bəstəkarı V.Dolidzenin "Kote i Keto" operasının
yeni tamaşasını planlaşdırırıq.(7)
Doğrudur, son zamanlar
biz bə'zən opera teatrının və respublikanın digər kollektivlərinin
fəaliyyəti haqda tənqidi qeydləri eşitməli oluruq, lakin bütün bu
bədbin proqnozları inkar edərək qeyd etməliyik ki, bu kollektivlərin
fəaliyyəti bir yerdə hərəkətsiz dayanmır, onlar dinamik şəkildə
inkişaf edərək daima özünü təkmilləşdirməyə çalışırlar.
XIX əsrin sonundan
bu günədək, milli mədəniyyət xadimlərimizin bir çox çətinliklərlə
qarşılaşmasına baxmayaraq, onların qazandıqları nailiyyətlər musiqi
mədəniyyətinin bütün sahələrinin - yaradıcılığın, ifaçılığın, teatr
və konsert həyatının, musiqi maarifçiliyi və musiqi elminin məhsuldar
şəkildə inkişaf etdiyini¸ zəngin təcrübə qazanıb öz yüksək bədii
keyfiyyətlərinə görə beynəlxalq əhəmiyyətə malik olduğunu aydın
göstərir.
İnanırıq ki, opera
teatrımızın kollektivi öz tarixi uğurlarına dayaqlanaraq yeni əsrdə
bu ən'ənəni layiqincə davam etdirəcək.
1. 1882-ci ilin
sentyabrında Bakıda qastrolda olan Tiflis operasının artistlərinin
ifasında ilk dəfə olaraq "Jidovka" və "Su pərisi" operalarından
səhnələr səslənmişdi. Müvəfəqqiyyət qazanan Tiflis artistləri yenidən
dekabr ayında "Aida", "Jiznğ za üarə" "Demon" operalarından səhnələri
ifa etmişdilər. (18 və 20 may) ifa edilən bu opera haqqında yerli
mətbuat yalnız qısa mə'lumat verməklə kifayətlənmişdi və bakılılar
qastrol çıxışlarını çox soyuq qarşılamışdılar.
2. Bu operalar tamaşaya
qoyulmuşdu: "Su pərisi", "Demon", "Jiznğ za üarə", "Yevgeni Onegin",
"Karmen", "Trubadur", "Otello", "Traviata", "Aida", "Riqoletto",
"Sevilya bərbəri", "Jidovka", "Faust", "Lüçiya di Lammermur", "Minğyona".
("Trubadur", "Riqoletto", operaları italyan dilində ifa edilmişdi).
3. Daha geniş bax:
M.X.Dilbazova. "İz muzıkalğnoqo proşloqo Baku". B., 1985.
4. Opera ilk dəfə
H.Z.Tağıyev teatrında, sonralar isə Nikitin qardaşlarının sirk binasında
tamaşaya qoyulmuşdur.
5. Bu musiqili-komediya,
artıq Mailov qardaşları teatrının səhnəsində tamaşaya qoyulmuşdu.
6. İlk dəfə bu opera
Bakıda 1927-ci il 6, 11 fevralda tamaşaya qoyulmuşdur. Bax."Letopisğ
muzıkalğnoy jizni Azerbaydjana." (1926-1932q.q.) A.N.İsazade,T.Q.Axundov.İzdvo."Glm",1982q,
str.27-28."