on zamanlar bizim yaxın qonşularımızla
əlaqələrimiz xeyli zəifləmişdir. Keçmiş sovet məkanında fəaliyyət
göstərən elmi, musiqi-təhsil ocaqlarının işi haqqında məlumatımız
yox dərəcəsindədir. Ukraynada, Moldovada, Qazaxıstanda həmkarlarımız
hansı mövzular üzərində işləyir, hansı problemləri tədqiq edirlər,
- bu suallara qənaətbəxş cavab vermək çox çətindir. Yeni ədəbiyyat
və audio materialların qıtlığı ənənəvi Şərq sənətinin tədrisini
mürəkkəbləşdirir. Bunu mən "Türkdilli xalqların musiqi mədəniyyəti"
fənnindən mühazirələr oxuyan müəllim kimi çox aydın duyuram. Belə
ki, M.F.Axundov adına Azəzrbaycan Dövlət kitabxanasında və Bakının
başqa kitabxanalarında cidd-cəhdlə apardığım "axtarışlar"ın nəticəsini
uğurlu adlandıra bilmərəm. Burada saxlanılan ədəbiyyat əsas etibarilə
70-80-cı illərə aiddir. Əlbəttə, "Muzıka narodov Azii i Afriki"
(red. V.Vinoqradovdur) məcmuələrindən, habelə Səmərqənd simpoziumlarının
materialları dərc edilmiş kitablardan ayrı-ayrı mövzulara dair dəyərli
məlumatlar əxz etmək mümkündür. Lakin bu və ya digər xalqın musiqi
tarixini dəqiq, dolğun, elmi şəkildə əks etdirən son 10 ilin fundamental
tədqiqatları və ilk növbədə musiqi materialları, lent yazıları kitabxana
və fonotekalarda demək olar ki, təmsil olunmayıb. V.Belyayev, V.Uspenski
kimi məşhur folklorşünas alimlərin müntəxəbatı əhəmiyyət daşıyan
kitabları ("Oçerki po istorii muzıki narodov SSSR", "Turkmenskaə
muzıka"), habelə S.Vekslerin "Oçerk istorii Uzbekskoy muzıkalğnoy
kulğturı" (Taşkent, 1965) dərsliyi və "Muzıkalğnaə kulğtura Uzbekskoy
SSR" (M.,1981) toplusunda yerləşdirilən materiallar isə bütün məziyyətlərinə
baxmayaraq bəzi hallarda, xüsusən tarixi icmal hissələrində köhnəlmiş
konsepsiyalara söykənir, qeyri-dəqiq, hətta qeyri-elmidir.
İnformasiya və bilgilərimizdə mövcud
"ağ ləkələri" qismən də olsa ləğv etmək baxımından Açıq Cəmiyyət
İnstitutunda özbək müsiqişünası Aleksandr Cumayev ilə keçirilən
görüş çox önəmli oldu. Alimin Bakıda dostları az deyil. Onun imzası
"Muzıkalğnaə Akademiə" jurnalının oxucularına da yaxşı bəllidir.
Lakin mən həmkarımız haqqında qısa məlumat verməyi artıq hesab etmirəm.on zamanlar bizim yaxın qonşularımızla

Lakin mən həmkarımız haqqında qısa məlumat verməyi artıq hesab etmirəm.
A.Cumayev (1953, Daşkənd) - sənətşünaslıq
namizədi, Özbəkistan Bəstəkarlar İttifaqının üzvü, UNESKO nəzdində
ənənəvi musiqi üzrə Beynəlxalq Şuranın ("Maqam" tədqiqat qrupu)
üzvüdür. 1993-cü ildən müstəqil alim-musiqi tarixçisi kimi çalışır.
Mərkəzi Asiyanın musiqi mədəniyyəti
tarixinə dair çoxsaylı məqalələrin müəllifidir. Maqamatın estetikası
və nəzəriyyəsi, İslam və musiqi, orta əsrlərin yazılı mənbələri
- musiqi risalələri, 20-30-cu illərdə Mərkəzi Asiya respublikalarında
musiqi mədəniyyətinin inkişafı problemlərinin tədqiqi alimin daim
diqqət mərkəzindədir. A.Cumayev respublika, Ümumittifaq və Beynəlxalq
elmi konfranslarda dəfələrlə çıxış etmiş, "Hans der Kulturen der
Welt" (Berlin, 1993), BBC Radio-3 (1994) ilə müştərək layihələrin
iştirakçısı olmuşdur. O, Əbdürauf Fitrətin elmi-musiqi irsinin tədqiqi
üçün IREX in qrantını (ABŞ, 1996) almışdır.
A.Cumayev öz çıxışında Özbəkistanın
musiqi elmi, bəstəkarlıq yaradıcılığı, konsert həyatı haqqında geniş
məlumat verməklə yanaşı, müəyyən problem və ağrılı nöqtələri də
vurğuladı. Cumayevin təbirincə, informasiya qıtlığı və hətta blokadası
Özbəkistanda açıq-aşkar duyulmaqdadır. Qonşu respublikalardan məlumatların
vaxtlı-vaxtında daxil olmaması, keçmiş sovet məkanında yaşayıb-yaradan
musiqişünasların əməkdaşlığının zəifləməsi elmin inkişafına mənfi
təsir göstərir. Həm də, keçmiş ənənələr hesabına Özbəkistan, Qazaxıstan
və Tacikistanda ümumi səviyyəni mühafizə etmək olursa, Qırğızıstan
və Türkmənistan elmində yaranmış vəziyyət daha acınacaqlıdır.
A.Cumayev bildirdi ki, Özbəkistanda
ənənəvi musiqinin tədqiqi əsas etibarilə iki dövlət strukturunda
- M.Əşrəfi adına Daşkənd Konservatoriyasında və Sənətşünaslıq elmi-tədqiqat
İnstitutunda (əvvəl şair Həmzənin adını daşıyırdı) təmərküzləşib.
Konservatoriyanın məşhur Şərq musiqisi
kafedrası (1972-ci ildə yaradılıb) şərqşünas təmayüllü musiqi alimlərini
və maqom ifaçılarını yetişdirir. Yeri gəlmişkən söyləyim ki, biz,
80-ci illərdə Azərbaycan konservatoriyasının tarix-nəzəriyyə fakültəsində
təhsil alan tələbələr, müxtəlif konfranslarda öz gənc özbək həmkarlarımızla
görüşərkən, onların Şərq dillərini, qədim mənbələri öyrənmək imkanına
həmişə həsəd aparır və belə bir fakültənin bizim təhsil ocağında
da açılmasını arzulayırdıq.
Sənətşünaslıq elmi-tədqiqat İnstitutunda
iki - müasir musiqi və folklor, habelə musiqi tarixi şöbələri mövcuddur.
İkinci şöbə əsas etibarilə Orta Asiyanın qədim və orta əsrlərdə
musiqi mədəniyyətinin və orta əsrlərin musiqi risalələrinin tədqiqi
ilə məşğul olur. Məsələn, son zamanlar burada D.Rəşidova tərəfindən
Dərviş Əli Çənginin musiqi haqqında traktaktı çapa hazırlanmışdır.
Lakin institutun bu və başqa işləri maliyyə məsələlərinin mövcudluğu
səbəbindən işıq üzü görmür.
A.Cumayevin təbirincə, musiqişünaslıqda
elmi paradiqmaların, metodologiyanın əvəzlənməsi prosesi müşahidə
olunur. Bu, elmi işlərin mövzu və problematikasında özünü açıq-aşkar
göstərir. Eyni zamanda sovet musiqişünaslığının ənənələri yeni təhlil
prinsipləri ilə uzlaşdırılır. Cumayev Özbəkistan, Qazaxıstan və
başqa respublikaların elminin mifologizasiyasını çox təhlükəli simptom
kimi səciyyələndirmişdir. Bu və ya digər hadisəni dəyərləndirərkən,
islam və sufizmlə bağlı elementlərin şişirdilməsi bir qədər narahat
edir. Məsələn, Fərqanə maqomlarının semantikasına həsr olunmuş məzmunlu
tədqiqatda (O.İbrahimov. Maqom və Məkan. Daşkənd: 1996) Maqomun
yaranışı və inkişafı ancaq və ancaq sufizmin doktrinalarına əsasən
izah olunur. Ümumiyyətlə, Üzbəkistanda islam və musiqinin qarşılıqlı
münasibətləri məsələlərinə çox böyük maraq mövcuddur. N.Nizamov
bu mövzuda doktorluq dissertasiyası müdafiə etmişdir. R.Sultanova
isə otın-oy-qadın-sufilərin yaradıcılığının, onların istifadə etdiyi
müxtəlif dini janrların tədqiqi ilə məşğul olur.