Bizim mütəfəkkir bu universal halın
digər mədəniyyət-həyat tərzi zümrəsinə, məsələn, Qərb və yaxud Avropa
zümrələrinə mənsub olanlar arasında da mövcud olduğunu sübut edir.
Məsələn, bir romalı Parisdə, yanada, Berlində, Londonda, aşinqtonda
özünü mənsub olduğu mühitin çərçivəsində hiss edir. ə yaxud, Budda-Brahman
həyat tərzinə alışmış bir yaponiyalı da Koreyada, Pekində, Tibetdə
özünü özgə, yabançı hiss etmir.
Göründüyü kimi, Ə.Ağaoğlu öz konsepsiyalarında
məhz bir mədəniyyət zümrəsinə mənsub olan xalqlar, millətlər arasındakı
bu ümumi və müştərək xüsusiyyətləri həmin mədəniyyətin, həyat tərzinin
mahiyyəti adlandırır.
Problemin nəzəri-kulturoloji təfsirini
induktivə və deduktiv metodlardan istifadə etmək yolu ilə verən
mütəfəkkir mədəniyyətin - həyat tərzinin mahiyyətində bir-biri ilə
daxili, dialektik vəhdətdə olan iki tərəfin, iki qismin təsnifini
aşkarlayır: maddi və mənəvi qism.
Maddi qism - geyim, libasların şəkli,
binalarıntəqdimatı, ibadət və ayinlərin icra şəkillərindən ibarətdir.
Mənəvi qism isə, təfəkkür və hissiyyata
aid olduğu üçün daha geniş dairə kəsb edir. Başqa cür deyilsə, hər
bir həyat tərzinin özünəməxsus müştərək bir məfkurəsi - ideologiyası,
bir zəka və zehniyyəti, dərk etmə tərzi vardır.
Ə.Ağaoğlu hər bir mədəniyyətin,
müasir elmi-terminoloji meyarlarla deyilsə, sosial-psixoloji, mental
mündərəcəsində müştərək bir əxlaqa, bir qiymət duyğusuna, müştərək
bir xeyir və şər, gözəllik və eybəcərlik kimi estetik anlamlarına
malik olması qənaəti ilə ümumiləşdirmə aparır.
Ə.Ağaoğlu XX əsrdə mədəniyyətdlərin
yaxınlaşması tendensiyasına bir alim-mütəfəkkir səriştəsilə nəzərə
alaraq, məhz onun inkişaf məntiqinə adekvat bir qənaətə gəlir ki,
mədəniyyətlərin müasir mahiyyətini düzgün anlamaq üçün onların komporativ,
tarixi-müqayisəli üsulla araşdırılması zamanın zəruri tələbidir.
Məhz bu səbəbdən də o, Şərq-Qərb dixatomiyasının kulturoloji ölçülərlə
qarşılaşdırır və çox orijinal nəticələrə gəlir. Sosiologiya və kulturologiya
elmlərinə təzə konsepsiya verən mütəfəkkirin irsi bu baxımdan bizə
zəngin material verir.Problemin nəzəri-kulturoloji təfsirini

zəngin material verir.
Ə.Ağaoğlunun kulturoloji baxışlarının
təfsirinin ardını növbəti məqalələrimizdə oxuya bilərsiniz.