әfәkkürün
sәs obrazı olaraq tarixin keşmә-keşli
yollarında min illәr әrzindә insanların
ideya etiqadının, әxlaqi vә estetik ideyalarının
formalaşmasında qüvvәtli tәsir gücünә
malik - incәsәnәtin әn geniş yayılmış
janrlarından olan musiqi estetik tәrbiyәnin qüvvәtli
tәsir gücünә malik vasitәlәrindәn
biridir. Musiqi yalnız özünәmәxsus
xüsusi formada gerçәkliyi tәcәssüm
etdirir, cәmiyyәtin vә dövrün әsas
ideyalarını, insanların münasibәtindәki
әn mühüm cәhәtlәri ifadә
edir. Musiqi gerçәkliyi fәlsәfi cәhәtdәn
ümumilәşdirilmiş halda mәnalandırır.
Hәr bәstәkarın yaradıcılığında
onun dövrünün, zamanәsinin hәr hansı
bir xüsusiyyәti öz ifadәsini tapır.
Musiqi insanlara çox güclü tәsir bağışlayır,
çünki o yüksәk emosional gücә
malikdir, insanların hisslәrinә hakim kәsilәn
incәsәnәtdir. Dünyanın әn mәşhur
şairlәri, filosofları, bәstәkarları
musiqiyә hәmişә yüksәk qiymәt
vermişlәr: "Hәr hansı bir xalqın
müvәffәqiyyәtli inkişafında üç
faktor hәlledici әhәmiyyәtә malikdir.
Bunlar hәrf, not vә rәqәmdir. (V. Qüqo)".
"Yaradıcılıq hәyatımı mәn
musiqisiz tәsәvvür edә bilmәrәm.
Әgәr mәn uşaqlıqdan musiqini sevmәysәydim,
heç vaxt mәşhur rәssam olmazdım.
(S. Konenkov)". "Mәnim mәqsәdim insanları
musiqi vasitәsilә daha yaxşı etmәkdir.
(G. Hendel") "Musiqi insan hisslәrinin riyaziyyatı,
riyaziyyat isә insan tәfәkkürünün
musiqisidir. (Silvester)". "Musiqinin mәqsәdi
- insanları yaxşılığa doğru aparmaqdır.
(C. Enesku)". Musiqi vasitәsilә tәrbiyә
problemi hәmişә pedaqoqların, psixoloqların,
tәdqiqatçıların, musiqi pedaqogikası
sahәsindә çalışan mütәxәssislәrin
tәdqiqat obyekti olmuşdur. Әvvәllәr
ayrı-ayrı ölkәlәrdә musiqi vasitәsilә
tәrbiyә işinә dair tәdqiqatların
nәticәsi әlaqәlәndirilirdisә,
sonralar bu mәsәlә beynәlxalq miqyasda
öz hәllini tapmış oldu. Dünyanın
müxtәlif ölkәlәrindә musiqi
vasitәsilә tәrbiyә sahәsindә
çalışan alimlәr, pedaqoqlar vә ümukmiyyәtlә
musiqi pedaqogikası sahәsindә çalışan
mütәxәssislәr, işlәri, ideyaları,
fikirlәri, tәdqiqatları öyrәnmәk,
bunlar arasında qarşılıqlı әlaqә
yaratmaq üçün ilk dәfә 1934-cü
ildә musiqi vasitәsilә tәrbiyә problemlәri
üzrә Beynәlxalq cәmiyyәt tәşkil
etdilәr. Mәrkәzi Çexoslovakiyanın
paytaxtı olan bu cәmiyyәtin ilk konqresi 1936-cı
ildә mәhz Praqada keçirilir. Sonrakı illәrdә
hәmin cәmiyyәt bu cür beynәlxalq
görüşlәri dünyanın müxtәlif
şәhәrlәrindә, o cümlәdәn
1937-ci ildә Parisdә, 1938-ci ildә İsverçәnin
Sürix, Bern vә Baden şәhәrlәrindә
keçirir. 1939-1945-ci illәrdәki müharibә
bu görüşlәrә fasilә vermәk
mәcburiyyәtini yaradır. Yalnız 1953-cü
ildә YĞNESKO-nun tәrkibindәki Beynәlxalq
Musiqi Şurasının tәşәbbüsü
ilә Brüsseldә musiqi vasitәsilә tәrbiyә
problemlәrinә hәsr olunmuş beynәlxalq
konfrans keçirilir. 1953-cü ildәn başlayaraq
YĞNESKO-nun tәrkibindә fәaliyyәt
göstәrәn Beynәlxalq Musiqi Şurası
müntәzәm olaraq vaxtaşırı dünyanın
müxtәlif ölkәlәrindә musiqi
vasitәsilә tәrbiyә problemlәrinә
hәsr olunmuş beynәlxalq konfranslarını
keçirir. İndiyә qәdәr hәmin
konfranslar 1955-ci ildә Lindauda (Almaniya), Sürixdә
(İsveçrә), 1958-ci ildә Hopenhagen (Danimarka),
1961-ci ildә Venada (Avstriya), 1963-cü ildә
Tokioda (Yaponiya), 1964-cü ildә Budapeştdә
(Macarıstan), 1966-cı ildә İnterloxendә
(ABŞ), 1968-ci ildә Dijonda (Fransa), 1970-ci ildә
Moskvada vә elәcә dә bir çox ölkәlәrdә
keçirilmişdir. Bu konfranslarda "Ğşaqların
vә böyüklәrin tәhsilindә musiqinin
rolu vә yeri", "Musiq tәhsili sahәsindә
müqayisәli tәdqiqatlar", "Musiqi alәmindә
vә musiqi tәhsilindә Qәrb vә Şәrq",
"XX әsrin musiqisi vә musiqi tәhsili",
"Keçmiş vә müasir müxtәlifa
mәdәniyyәtlәrin dәrk edilmәsinin
inkişafında musiqi tәrbiyyәsinin rolu",
"Müasir dövrdә texniki vasitәlәrin
musiqi tәrbiyәsinә tәsiri" vә
digәr bu kimi aktual problemlәr müzakirә
olunmuşdur.
Musiqi tәrbiyәsi problemlәri ilә bağlı
dünyanın әn görkәmli alimlәri,
o cümlәdәn Pavel Şivits (Yuqoslaviya), Nasiro
Fukui (Yaponiya), Lyubomir Pipko (Bolqarıstan), Yelizabet
Sani (Macarıstan), David Qalliver (Avstriya), Matti Rautio
(Finlandiya), Dmitriy Borisoviç Kabalevski (RSFSR), Lennart
Roymers (ABŞ), Andre Ameller (Fransa), Xana Lexortov (Polşa)
vә bir çox başqaları bir sıra tәdqiqatlar
aparmış vә musiqi mütәxәssislәrinin
diqqәtini cәlb edәn maraqlı nәticәlәr
әldә etmişlәr.
Mәktәblilәrin musiqi vasitәsilә
tәrbiyәsindә milli musiqidәn istifadә
problemi isә tәdqiqatçıların әsas
vә başlıca mövzularından biri olmuşdur.
Bu sahәdә K. Xofman (Almaniya), K. Toykov (Bolqarıstan),
Y. Budik (Çexoslovakiya), Q. Qoldenbaum (Fransa), M. Pşixodzinskaya,
M. Borquna vә başqalarının bir sıra
maraqlı tәdiqatları vardır. Keçmiş
SSRİ mәkanında da müxtәlif yaşlı
uşaqların musiqi inkişafı, musiqi vasitәsilә
tәrbqiyәsi ilә bağlı O. A. Apraksina,
B. V. Asafyev, N. L. Qrodzenskaya, Y. Y. Qembitskaya, N. N. Dobrovolskaya,
D. B. Kabalevski, M. A. Rumer, Y. B. Әliyev, V. N. Şatskaya
uzun illәr boyu tәdqiqatlar aparmış vә
bunun nәticәsindә musiqi tәdrisi vә
musiqi vasitәsilә tәrbiyә problemlәrinә
hәsr olunmuş bir sıra samballı әsәrlәr
yazmışlar.
Mәlum olduğu kimi tәrbiyә, tәhsil
vә tәlimin mәzmun, forma vә metodlarını
öyrәnәn çoxsahәli pedaqogika elmi
aşağıdakı elm sahәlәrinә
bölünür: 1. Ümumi pedaqogika. 2. Yaş
pedaqogikası. 3. Әlahiddә pedaqogika. 4. Müqayisәli
pedaqogika. 5. Xüsusi metodikalar. 6. Pedaqogika tarixi.
Sonralar
pedaqogikanın daha bir sıra yeni sahәlәri
- peşә tәhsili pedaqogikası, hәrbi
pedaqogika, islah-әmәk pedaqogikası, mәdәni-maarif
pedaqogikası, elәcә dә musiqi pedaqogikası
yaranıb inkişaf etmişdir. Musiqi pedaqogikası
üçün dә pedaqogika elminin tәrbiyә,
tәhsil vә tәlimә aid mәqsәdi,
mәzmunu, prinsiplәri, qanunauyğunluqları
әsas vә başlıca anlayışlardır.
Mәlum olduğu kimi hәr bir sahәnin hәm
dә özünә mәxsus xarakter vә
spesifik cәhәtlәri vardır. Mәhz bu
mәnada musiqi pedaqogikası pedaqogika elmi ilә
yanaşı hәm dә musiqi tarixi, musiqi nәzәriyyәsi,
ifaçılıq, psixologiya, estetika vә s. ilә
dә әlaqәdardır.
Musiqi
pedaqogikasının öyrәndiyi sahәlәrdәn
biri dә tәrbiyә problemlәridir. Başqa
sözlә desәk musiqinin imkanlarından, tәsir
gücündәn, bәdii ifadә vasitәlәrindәn
istifadә edәrәk musiqi vasitәsilә
uşaqların hәm dә tәrbiyәsinә,
daha dәqiq desәk bәdii tәrbiyәsinә
nail olmaqdır. Bu tәrbiyә isә estetik tәrbiyәnin
tәrkib hissәlәrindәn biri olan tәrbiyәdir.
Danışıqda
vә pedaqoji әdәbiyyatda bәzәn estetik
tәrbiyә ilә bәdii tәrbiyә
anlayışları eynilәşdirilir. Әslindә
isә hәmin anlayışlar arasında müәyyәn
fәrq vardır. Belә ki, bәdii tәrbiyә
dedikdә başlıca olaraq incәsәnәt
әsәrlәri - musiqi, rәsm, tәtbiqi
incәsәnәt, kino, teatr vә s. vasitәsilә
verilәn tәrbiyә nәzәrdә tutulur.
Bәdii tәrbiyә incәsәnәt әsәrlәrini
başa düşmәk, onları düzgün
qiymәtlәndirmәyi bacarmaq, bu әsәrlәrdәn
zövq almaq, müәyyәn bacarıq vә
vәrdişlәrә yiyәlәnmәk
kimi başa düşülmәlidir. Mәlum
olduğu kimi estetik tәrbiyә isә bәdii
tәrbiyәdәn daba geniş diapazona malikdir.
Estetik tәrbiyә hәm incәsәnәt
әsәrlәri vasitәsilә vә hәm
dә ümumiyyәtlә gәnc nәsli gözәllik
alәminә yaxınlaşdırır, hәqiqi
gözәlliyi bütün tәzahür formalarında
aydın qavramaq, düzgün başa düşmәk,
sevmәk vә qiymәtlәndirә bilmәk
qabiliyyәtini onlarda tәrbiyә edir. Estetik
tәrbiyә mәktәblilәrdә gözәlliyә
olan hәssaslığı artırır, onları
hәyata gözәllik ünsürlәri daxil
etmәyә tәhrik edir, onların mәnәvi
alәminә qüvvәtli tәsir göstәrәrәk
onları daha da nәciblәşdirir. Belәliklә
estetik tәrbiyә öz tәsir vә mәzmun
dairәsinә görә daha geniş anlayış
olub bәdii tәrbiyәni dә әhatә
edir. Başqa cür desәk bәdii tәrbiyә
estetik tәrbiyәnin mühüm tәrkib hissәsidir.
Uzun
illәrdir ki, dünyanın bütün ölkәlәrindә
pedaqogika vә elәcә dә müsiqi pedaqogikasında,
musiqi әdәbiyyatında, radioda, televiziyada,
mәtbuatda, müxtәlif problemlәrlә
bağlı elmi konfranslarda estetik tәrbiyә,
bәdii tәrbiyә ilә yanaşı hәm
dә musiqi tәrbiyәsi ifadәsi işlәnir.
Bunu da xüsusilә qeyd etmәk istәrdik ki,
bu ifadә tәkcә bizim respublikamızda, yaxud
da keçmiş SSRİ mәkanında deyil, dünyanın
bir çox ölkәlәrindә yaşayan
xalqların dilindә, elәcә dә yazısında
artıq bir növ sanki vәtәndaşlıq
hüququ qazanmışdır. Lakin mәsәlәyә
bir qәdәr diqqәtlә, söz birlәşmәsinin
mәnasına mәntiqi baxımdan yanaşdıqda
aydın olur ki, әslindә bu ifadә bir o qәdәr
dә düzgün deyildir. Әslindә burada
musiqi tәrbiyәsi dedikdә musiqi vasitәsilә
tәrbiyә, yәni bәdii tәrbiyә
nәzәrdә tutulur. Yәni musiqi burada vasitә
rolunu oynayır. Biz әvvәldә qeyd etmişik
ki, estetik tәrbiyәnin mühüm tәrkib
hissәsi olan bәdii tәrbiyә incәsәnәt
әsәrlәri, o cümlәdәn musiqi,
rәsm, tәtbiqi incәsәnәt, teatr,
kino vә s. istifadә yolu ilә hәyata keçirilir.
Demәli incәsәnәtin bu vә ya digәr
növü, o cümlәdәn dә musiqi tәrbiyә
üçün vasitә rolunu oynayır. Maraqlıdır
ki, bәdii tәrbiyәyә xidmәt edәn
incәsәnәt növlәrindәn heç
biri ayrıca tәrbiyә növü kimi işlәdilmir.
Biz heç vaxt rәsm tәrbiyәsi, teatr tәrbiyәsi,
kino tәrbiyәsi, yaxud әdәbiyyat tәrbiyәsi
demirik. Lakin uzun illәrdir ki, musiqi tәrbiyәsi
söz birlәşmәsi, yaxud termin mәntiqi
mәna vermәsә dә hәm musiqi pedaqogikasında
vә hәm dә ümumiyyәtlә hәr
yerdә vәtәndaşlıq hüququ qazanmış
vә bugün dә bu şәkildә işlәdilir.
Bizcә bunun sәbәbi aşağıdakılardır:
1.
Musiqi tәrbiyәsi ifadәsi, musiqi vasitәsilә
bәdii tәrbiyә ifadәsindәn daha qısa
vә daha konkretdir. Bәlkә dә elә
buna görә әvvәllәr şәrti
mәnada işlәnәn ifadә sonralar daha
geniş yayılmışdır. Bәzi müәlliflәr
bu ifadәnin qeyri dәqiqliyini vә bir o qәdәr
dә düzgün olmadığını başa
düşdüklәrinә görә musiqi
tәrbiyәsi әvәzinә musiqi-estetik
tәrbiyә ifadәsini dә işlәdirlәr.
Әslindә bu ifadәnin özü dә bir
o qәdәr dә dәqiq deyildir. Axı estetik
tәrbiyәnin sahәlәri daha genişdir.
Bizcә musiqi-estetik tәrbiyә әvәzinә
hәmin müәlliflәr musiqi bәdii tәrbiyә
söz birlәşmәsini işlәtsәydilәr
bu daha dәqiq olardı. Maraqlıdır, öz
әsәrlәrindә musiqi tәrbiyәsi
ifadәsini tez-tez işlәdәn müәliflәrin
özlәri dә әslindә musiqini vasitә
kimi düşünürlәr. Musiqi pedaqogikası
sahәsindә görkәmli alim O. A. Apraksina
"Методика музыкального воспитания в школе" kitabında
yazır: "Бегло перчисленные особенности и задачи курс
фактически заложены в каждом словопонятии, составляющем вместе
его наименование:"Методика", "музыкального",
"воспитания", "в школе". Известно, что методика-эта
та часть педагогики, которая трактуется так: как на основе дидактических
принципов, с помощью каких приемов, способов , методов наиболее
целесообразно строить учебно-воспитателбный процесс, как решать
входящие в него общие и частные задачи.
Второе
слово в названии курса-музыкального (воспитания) осуществляемого
средствами музыки-имеет особое важное значение.Фактически результат
всей работы учителя-музыканта зависит от того, как он понимает
сущность музыкального искусства, его специфику, содержание, его
идеологическую функцию, познавательные и воспитательные возможности,
характер влияния на мысли, чувства учащихся раннего возраста..."
Göstәrdiyimiz
sitatdan aydın olur ki, prof. O. A. Ap-raskina musiqi tәrbiyәsi
yazdığına baxmayaraq bunu musiqi vasitәsilә
tәrbiyә kimi izah edir. Başqa bir misal. Moskvanın
"Ngvdonijz igylgәjogm" kşumjzzaoxkxk 1978-fj
tal doğjzj "Yöәxiaıhkgd vgnljoakjd v
NNNM".
"Основныепринципы
и методы эксперементальной программы по музыке для общеобразовательных
школ. Так же как и литература и искусство, музыка решительно вторгается
во все области воспитания и образования наших школьников, являяясь
могучим и ничем не заменимым средством формирования их духовного
мира".
Şübhәsiz
belә misalların sayını bir qәdәr
dә artırmaq olar.
2.
Musiqi tәrbiyәsi ifadәsinin geniş yayılma
sәbәblәrindәn biri dә çoxlarının
ümumiyyәtlә musiqi tәrbiyyәsinin
mahiyyәtini, mәqsәd vә vәzifәlәrini
lazımınca düzgün başa düşmәmәlәridir.
Mәhz elә bunun nәticәsidir ki, hәtta
musiqi pedaqogikası sahәsindә çalışan
bir çoxları musiqi tәlimi, musiqi tәhsili,
musiqi qabiliyyәti, musiqi bacarıq vә vәrdişlәri
vә s. bu kimi musiqi terminlәrinin daşıdığı
mәnanı lazımınca dәrk etmirlәr.
Pedaqoji
әdәbiyyatda musiqi vasitәsilә bәdii
tәrbiyә әvәzinә, yığcam
qısaldılmış şәkildә musiqi
tәrbiyәsi termini işlәdilmiş vә
bu termin hazırda da bu cür işlәdilmәkdәdir.
Başqa cür desәk "musiqi tәrbiyәsi"
termini geniş mәnada bütün xalqların
dilindә bir növ vәtәndaşlıq hüququ
qazanmışdır. Belә vәziyyәtdәn
birdәn-birә musiqi tәrbiyәsi әvәzinә
musiqi vasitәsilә bәdii tәrbiyәnin
işlәdilmәsi, musiqi tәrbiyәsi terminindәn
birdәfәlik imtina etmәk bәlkә dә
müәyyәn anlaşılmazlığa sәbәb
ola bilәr. Güman edirik ki, musiqi sahәsindә,
musiqi pedaqogikası sahәsindә çalışan
alimlәr, pedaqoqlar, musiqi müәllimlәri
vә digәr bu sahә ilә bağlı şәxslәr
hәmin mәsәlәyә yәni "musiqi
tәrbiyәsi" vә yaxud da "musiqi vasitәsilә
bәdii tәrbiyә" terminlәrindәn
hansının azәrbaycan musiqi pedaqogikasında
işlәdilmәsi mәsәlәsinә
öz münasibәtlәrini bildirәcәklәr.
Biz isә musiqi vasitәsilә bәdii tәrbiyәnin
işlәdilmәsini daha düzgün, daha dәqiq,
mәntiqi vә daha mәqsәdәuyğun
hesab edirik.
Musiqi
tәrbiyәsi sisteminin forma, mәzmun vә
zәruri şәrtlәri ilә bağlı
daha bir vacib mәsәlәni xüsusilә
qeyd etmәk istәrdik. Bu isә musiqi vasitәsilә
tәrbiyә işindә istifadә olunan musiqi
materialıdır. Musiqi vasitәsilә tәrbiyә
işi üçün musiqi nümunәlәrinin
seçilmәsindә üç әsas şәrtә
әmәl olunmalıdır.
1.
Hansı musiqi nümunәsi götürülür?
(Xalq musiqisi, peşәkar musiqi, hansı janr vә
formadadır).
<2.
Nә mәqsәdlә götürülür?
3.
Harada vә necә istifadә olunacaq?
Bir
mühüm mәsәlә üzәrindә
dә dayanmaq istәrdik. Bu isә indiyә qәdәr
musiqi vasitәsilә tәrbiyyә mahiyyәti,
mәzmununa aiddir. Qeyd etmәk istәrdik ki, indiyә
qәdәr musiqi tәrbiyyәsi ifadәsi
müxtәlif tәdqiqatlarda, musiqi әdәbiyyatında,
elmi konfranslarda müxtәlif şәkildә
mәnalandırılmışdır. Bizcә
bunların heç biri musiqi vasitәsilә tәrbiyәnin
әsl mәqsәd vә vәzifәsini ifadә
etmәyir. Biz uzun illәr apardığımız
müşahidә, tәcrübә, elmi araşdırmaların
nәticәsindә musiqi vasitәsilә bәdii
tәrbiyә işinin mahiyyәtini, mәqsәd
vә vәzifәsini aşağıdakı
şәkildә vermәyi qәrara aldıq.
Musiqi
vasitәsilә tәrbiyә - musiqi tәlimi
vә musiqi tәhsili prosesindә milli, elәcә
dә bәşәri musiqidәn müxtәlif
formalarda istifadә yolu ilә uşaqlara nәcib
mәnәvi sifәtlәr aşılamaq, onların
musiqi haqqında lazımi mәlumata, bilik, bacarıq
vә vәrdişlәrә yiyәlәnmәlәridir.
Uzun
illәr boyu respublikamızın ümumtәhsil
mәktәblәrindә apardığımız
müşahidә vә tәcrübәlәr,
elәcә dә musiqi tәdrisi, musiqi tәrbiyәsinә
dair aparılan tәdqiqatlarla, elmi, metodiki әdәbiyyatla
yaxından tanışlıq vә tәhlil nәticәsindә
belә bir qәnaәtә gәldik ki, indiyә
qәdәr ümumtәhsil mәktәblәrindә
mәktәblilәrin musiqi vasitәsilә
bәdii tәrbiyәsinin sistemi tam, kompleks şәkildә
hazırlanmamışdır. Halbuki, belә bir
sistemin hazırlanması musiqi vasitәsilә
bәdii tәrbiyә işini hәyata keçirmәk
üçün әn mühüm mәsәlәlәrdәn
biridir. Apardığımız uzun illәrin tәcrübә
vә müşahidәlәri nәticәsindә
biz belә bir sistemi yaratmağa nail ola bildik. Aşağıda
ümumtәhsil mәktәblәrimizdә
musiqi vasitәsilә bәdii tәrbiyәnin
forması, mәzmunu vә zәruri şәrtlәri
verilir.
Cәdvәlin
mahiyyәti, forması vә mәzmunu ilә
әlaqәdar öz obyektiv irad vә tәkliflәrini
bildirәcәk hörmәtli oxuculara qabaqdan
tәşәkkürümüzü bildiririk
(bax. s. 96).