əlim didaktikanın
əsas anlayışlarından biridir. O, üç
hissənin qarşılıqlı bağlılığı
üzərində qurulur: müəllim - kitab - şagird.
Burada orta hissəyə - tədris-metodik ədəbiyyata
xüsusi yer ayrılır. Təsadüfi deyil ki,
Y. A. Komenski təlim prosesinin quruluşunun əsaslarını
açıqlayaraq, ən əvvəl qeyd edir: "Kitabları
və bütün başqa tədris vəsaitlərini
hazırlamaq"(3, s. 50). Beləliklə, iş prosesində
istifadə olunan bütün tədris materialı
bir tərəfdən müəyyən mənada müəllim
və şagird arasında münasibətə imkan
yaradır, digər tərəfdən isə təlim-tədris,
dərk etmə prosesinə bilavasitə təsir göstərir.
Sonuncu fikri cizgi şəklində belə göstərmək
olar: şagird - kitab - aləm.
Bu problem ayrıca
olaraq 1982/1983-cü tədris illərində Kaliforniya
universitetinin insanın dərketmə proseslərinin
müqayisəli tədqiqi laboratoriyasında keçirilən
tədqiqatlar əsasında amerikalı psixoloqlar qrupu
tərəfindən dərindən tədqiq edilmişdir.
Psixoloqlar belə qərara gəlmişlər ki, burada
"fəaliyyətin birgə xarakterini göstərən
kəsişən üçbucaqların mürəkkəb
konfiqurasiyalı"(4, s.94) cizgisi zəruridir. Bu sxem belə
görünür:
Ğ - uşaq;
K - kitab;
A - aləm;
B - böyük.
Bizim fikrimizcə,
bu sxem həm də musiqi tədrisinin əsası
kimi qoyula bilər. Burada "kitabın" (K) yerində "Musiqi-tədris
repertuarı" (Mtr) nəzərdə tutulur. Musiqi tədris
prosesinin xüsusiyyətlərini nəzərə
alaraq,
A nöqtəsi
("Aləm") burada konkret olaraq "Musiqi aləmi"ni (Ma) işarə
edir:
Cizgi göstərir
ki, bütün nöqtələr bir-biri ilə qarşılıqlı
təsirdədir. Bu, hər tərəfin prosesdə
fəal iştirakını aşkarlayır. Mtr nöqtəsi
musiqi tədrisinin bütün mərhələlərində
mövcuddur, çünki əsas informasiya məhz
tədris ədəbiyyatında toplanır.
Azərbaycanda yaradılmış
uşaq fortepiano repertuarı geniş və zəngin tədrisi materialdır.
Belə bir sıra suallar meydana çıxır: Azərbaycanda hansı istiqamətlərdə
uşaq fortepiano musiqisi inkişafdadır? Hazırda əldə olan milli tədris
fortepiano ədəbiyyatı ibtidai tədris prosesinin hansı məsələlərini
və necə həll edir? Bu suallara cavab tapmaq - təqdim olunan məqalənin
əsas məqsədidir.
Demək olar ki, respublikamızda
Avropa tipli professional musiqi təhsilinin fəal və hərtərəfli tətbiqi
ilə eyni zamanda yaranan milli uşaq musiqisi sərbəst bir sahədir.
Fortepiano musiqisi onun vacib hissəsidir, və bu təsadüfi deyil.
XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda fortepianoya
maraq sürətlə artmağa başlamışdır. Tədricən fortepiano milli musiqimizə
daha dərin daxil olmuş və musiqi təhsilində əsas yerlərdən birini
tutmuşdur. Bu ən əvvəl alətin xüsusiyyətləri ilə bağlı idi. Onun
ifadəli - texniki imkanları çox geniş və zəngin idi və, ən başlıcası,
fortepiano Şərq musiqisini canlandıra bilirdi.
Bütövlükdə götürsək,
uşaq fortepiano repertuarı və, o cümlədən,- Azərbaycanda yaradılmış
uşaq fortepiano musiqisi repertuarı şərti olaraq iki qarşılıqlı
əlaqəli sahəyə bölünür:
1. Bədii-tərbiyəvi
məqsəd daşıyan musiqi;
2. Tədris-metodik
məqsəd daşıyan musiqi.
Hər iki istiqaməti
daha dərindən araşdıraq.
Respublikamızda
fortepiano və,- həmçinin,- uşaq fortepiano musiqisinin yaranması
A. Zeynallının adı ilə bağlıdır. Bəstəkarın fortepiano əsərləri
arasında 9 fuqa, "Çahargah", "Durna", "Ğşaq süitası"nı sadalamaq
olar.
Ü. Hacıbəyov A.
Zeynallının yaradıcılığını yüksək qiymətləndirmişdir: "Baxmayaraq
ki, onun bütün əsərləri yaradıcılıq fəaliyyətinin yalnız birinci
mərhələsini tərtib edir, Asəfin əsərləri özünəməxsusluğu ilə, orijinallığı
və forma yeniliyi ilə fərqlənir..."(2, s.125).
Azərbaycan bəstəkarlarının
yaradıcılığında bədii-tərbiyəvi xarakterli uşaq musiqisinin ilk
nümunəsi olan "Ğşaq süitası"nın A. Zeynallının yaradıcılığında xüsusi
yeri var (1934-cü ildə nəşr olunmuşdur). Qeyd edək ki, A. Zeynallının
"Ğşaq süitası" Azərbaycanda fortepiano miniatürünün özülünü qoyaraq,
eyni zamanda müasir bəstəkarlıq yaradıcılığında belə tipli ilk əsərlərdən
biri olmuşdur. Məlumdur ki, S. Prokofyevin "Ğşaq süitası" 1935-ci
ildə yaranıb, D. Kabalevskinin "30 uşaq pyesi"- 1938-ci, D. Şostakoviçin
fortepiano məcmuələri - 1944-cü
və 1945-ci, Q. Sviridovun pyesləri isə - 1944-cü
və 1948-ci illərdə yazılmışdır.
On ildən artıq
"Uşaq süitası" Azərbaycanda uşaq fortepiano
musiqisinin yeganə nümunəsi idi. Yalnız 40-cı
illərdən başlayaraq uşaq fortepiano repertuarı genişlənir. (Ə. Abbasov
- "Uşaq pyesləri"; 1948; "Fortepiano üçün kiçik pyeslər"; 1950,
Q. Hüseynli - "Fortepiano üçün kiçik pyeslər"; 1950. Q. Hüseynli
- "Fortepiano üçün 4 pyes"; 1959). 40-cı illərdə yaranan əsərlər
arasında Ü. Hacıbəyovun "İki sonatina"sı və
K. Səfərəliyevanın
"Azərbaycan muğamları əsasında yaradılmış pyeslər"ini ayrıca qeyd
etmək lazımdır.
Fortepiano üçün
"İki sonatina" (1943) Ü. Hacıbəyovun bəstəkarlıq sinfinin tələbələri
tərəfindən yazılmışdır. Birinci sonatina iki hissəli, ikinci isə
- bir hissəlidir. Maraqlıdır ki, burada Ü. Hacıbəyovun və A. Zeynallının
bir sıra əsərlərinin intonasiya cizgiləri öz əksini tapmışdır. Məsələn,
birinci sonatinada Ü. Hacıbəyovun musiqisi ilə əlaqələr hiss olunur:
1 hissənin obrazlı - emosional mətni müharibə dövrünün mahnılarını
yada salır, II hissədə "Koroğlu" operasının 1-ci pərdəsindən "Bu
gözəl təbiət" kəndlilər xorunun intonasiyaları duyulur. İkinci sonatinanın
mövzusu A. Zeynallının e-moll fuqasını yada salır.
K. Səfərəliyevanın
fortepiano üçün "Azərbaycan muğamları əsasında yazılmış pyesləri"
(1945) 14 miniatürdən ibarətdir. Ayrı-ayrı ladların emosional "rəngini"
qeyd etmək məqsədi ilə müəllif iki müxtəlif xarakter daşıyan pyeslərdə
eyni laddan (məqamdan) istifadə edib. Həmin məcmuəni haqlı olaraq
"Azərbaycan milli musiqisinə xas olan xüsusiyyətlərin özəl müntəxəbatı
(xrestomatiya)" adlandırırlar (5, s.29).
50-ci illərdə müxtəlif
müəlliflərin uşaq fortepiano əsərləri yaranır. Onlardan Ə. Abbasovun
"Uşaq
pyesləri", Z. Bağırovun "Oyuncaqların tamaşası" məcmuəsi, A. Sultanovanın
beş hissədən ibarət "Uşaq
süitası" və "Uşaq
lövhələri", T. Quliyevin "Cəmilənin albomu", A. Rzayevin, V. Adıgözəlovun
pyesləri və s. adı çəkilə bilər. Fortepiano musiqisi sahəsidə E.
Nəzirovanın da parlaq istedadı öz əksini tapmışdır. Onun iki dəftərdən
ibarət "Pyesləri" Azəbaycan xalq melodiyalarının çox nəfis bədii
işləməsidir.
Azərbaycanda yaradılmış
bədii-tərbiyəvi xarakterli uşaq repertuarı əsərləri arasında Q.
Qarayevin, F. Əmirovun və C. Hacıyevin uşaq fortepiano əsərlərinin
birinciliyi aydın nəzərə çarpır. Uşaq
musiqisinə xas olan obrazlı-ifadəli mətn burada daha dərin, hərtərəfli
və daha parlaq əks olunub. İlk dəfə azərbaycan musiqisinin klassiklərinin
uşaqlar üçün yaratdıqları əsərlərdə daha mürəkkəb musiqi janrlarının
(barkarola, noktyürn) istifadəsi və onların lad intonasiya kökü
ilə sıx bağlılığı həmin əsərlərdə aşkarlanır. Ən başlıcası - Q.
Qarayevin,
F. Əmirovun və C.
Hacıyevin uşaq fortepiano musiqisində bəstəkar yaradıcılığının üslub
cizgiləri dolğun açıqlanmışdır.
Müxtəlif illərdə
respublikamızın musiqi məktəblərinin təcrübəsində istifadə olunan
fortepiano tədris-metodik ədəbiyyatın inkişaf yollarını sxematik
şəkildə belə göstərmək olar (cədvəl bax).
Cədvəl göstərir
ki, milli vəsaitlər probleminin həllində L. Yeqorovanın və R. Siroviçin
"Fortepianoda çalmaq üçün ibtidai tədris kitabı"nın birinciliyi
danılmazdır. Elementar, ibtidai ifaçılıq qabiliyyətinin inkişafı
ilə yanaşı, vəsaitin repertuarda ilk dəfə proqram mətnli əsərlərin
geniş istifadəsi, ənənəvi Avropa musiqisi ilə milli musiqimizin
uzlaşması uğurla yerinə yetirilmişdir. Lakin həmin vəsaitdə (eləcə
də L. Yeqorovanın və S. Əsgərovanın "Fortepianoda çalmaq üçün yeni
ibtidai tədris vəsaiti"ndə) müəlliflər hazırda olan repertuardan
istifadə edirlər. Demək olar ki, tədris-metodik məsələlərin həlli
üçün xüsusi repertuar işlənib yaradılmırdı.
İbtidai fortepiano
tədris metodikasının problemləri üzrə yeni, fərdi və özünəməxsus
üsulu S. İbrahimova tapmışdır. Onun məcmuələrində:
a) ilk dəfə olaraq
iədrisin başlanğıc mərhələsində milli lad-intonasiya özüllü musiqi
əsərlərindən istifadə etmək təklif olunur;
b) əsərlərin obrazlı
- emosional mətni daha da genişlənir (proqram mətni etüd janrına
da daxil edilir);
v) qoyulmuş məsələlərin
həlli üçün ansamblda ifaya daha çox yer ayrılır;
q) tədris-pedaqoji
və metodik məsələlərin əsasında xüsusi repertuar yaranır.
Beləliklə, milli
uşaq fortepiano musiqisinin inkişafının tarixində üç tendensiya
əsasında qurulmuş bədii-pedaqoji konsepsiya formalaşmışdır:
1. Musiqi incəsənətinin
bütün pillələrində öz əksini tapmış Şərq və Qərb musiqisi mədəniyyətinin
qarşılıqlı əlaqəsi;
2. Musiqidə şagirdin
psixologiyasına yaxın olan proqram - ifadəli mətnə əsaslanma;
3. Şagirdin milli
lad - intonasiya təfəkkürünün inkişafına yönəlməsi.
Məhz üçüncü tendensiyanı,
bizim fikrimizcə, xüsusi vurğulamaq lazımdır. Geniş praktiki musiqi
materialı olmadan milli lad - intonasiyanı eşitmək, tək nəzəri səviyyəsində
yox, daxili eşitmə təhlili əsasında milli lad - intonasiya sistemini
dərk etmək qeyri mümkündür.
B. Asafyev qeyd
edir ki, "lad həmişə formalaşma kimi dərk olunur, buna görə də o,
dövrün bütün musiqi əsərlərində sınaqdan keçir"(1. 230).
Bu baxımdan Azərbaycan
musiqi mədəniyyətinin klassiklərinin yaratdıqları uşaq fortepiano
pyeslərinin rolu - kiçik yaşlı pianoçuların azərbaycan musiqisinin
lad intonasiya əsaslarına qovuşması üçün bir vasitə kimi - çox böyükdür.
Bununla yanaşı, müasir bəstəkarlıq yaradıcılığının ifadəli resursları
ilə sıx bağlı olan milli intonasiyanın gənc pianoçunun musiqi təfəkkürünə
sistematik tətbiq edilməsi üçün xüsusi uşaq fortepiano repertuarının
yaradılmasının zəruriliyini qeyd etmək lazımdır.
ƏDƏBİYYAT
1. Асафьев Б. Музыкальная
форма как процесс. - A., 1971.
2. Гаджибеков У.
О музыкальном искусстве Азербайджана. - B., 1966.
3. Коменский Я.,
Локк Д., Руссо Ж., Песталюцци И. педагогическое наследие. - М.,
1989.
4. Коул М. Социально-исторический
переход к психологии обучения. - М., 1989.
5. Сеидов Т. Азербайджанская
сов. фортепианная музыка. - Б., 1980.