izi əhatə edən aləm
ritmlərlə zəngindir. İnsan hərəkəti müəyyən ritmlə olur, avtomaşın
mühərrikləri, qatarların çarxları, zavod sexlərindəki dəzgahlar
məhz müəyyən, müntəzəm və nizamlı ritmə uyğun hərəkət edirlər. Kinofilmlərdə
kadrlar bir-birini nizamlı ritmə uyğun dəyişirlər. Elektrik lampası
saniyədə əlli dəfə sönür və yanır, lakin insan gözü onu hiss etmir.
Evlərin fasadındakı pəncərələr, ağaclar, şose yolu boyu teleqraf
ağacları məhz müəyyən ritmə uyğun yerləşirlər. Xoruzlar səhərlər
müəyyən ritmə uyğun banlayır, soyuducu mühərriki müəyyən ritmlə
işləyir və dayanır, məscidlərdə günorta vaxtı müəyyən ritmlə "azan"
oxunur. Eşitdiyimiz səs və küylərin hamısı müəyyən ritmlə uzlaşırlar.
Gün və gecə, ilin fəsilləri, illərin özləri belə yalnız onlara məxsus
ritmə malikdirlər. Yer kürəsinin öz oxu ətrafında fırlanması, yəni
24 saat ərzində bu prosesin başa çatması, günəş ətrafında hərəkəti
isə bir ilə tamamlanması da nizamlı ritmə tabe olur. Ayın yer ətrafında
tam hərəkətinin başa çatması 28 sutka ritminə uyğun gəlir. İnsan
ürəyinin döyünməsi də çox mürəkkəb ritmə uyğun olur və onu elektrokardioqraf
kardioqramma əyrisi kimi göstərə bilir. Ürək döyüntüsü nəfəs alma
ilə əlaqədardır və hər bir insanın yalnız özünəməxsus, fərdi, təkrarolunmaz
ritmə uyğun kardioqramması mövcud olur. Bu ritm nəfəs almaya düz
mütənasib olaraq dəyişə bilər ki, o da həmən saat kardioqramma əyrisinin
dəyişməsində özünü göstərir. Nəfəs alma və nəfəs qaytarma da müəyyən
ritmə uyğun həyata keçirilir. Nəfəs alma və nəfəs vermə bərabər
vaxtlarda baş versə belə, onların ritmləri bir-birinə uyğun olmaqla
bərabər, həm də fərqli ola bilirlər.
Bilirik ki, insan
hərəkəti aramlı və cəld ritmli ola bilər və bu hərəkət müddətində
adamlar xanəyə uyğun olaraq addımlaya bilərlər. Digər tərəfdən həmin
hərəkət ritminə uyğun müəyyən məlum mahnılar da ifa oluna bilər.
Yaxud əksinə olaraq əvvəlcə bir mahnını oxumağa başlayıb, sonradan
onun ahənginə və ritminə uyğun melodiya təranələri altında hərəkətlər
etmək mümkündür. Səhər idman məşğələləri də müəyyən ritmə uyğun
həyata keçirilir. Musiqidə ritm anlayışı aşağıdakı kimi aydınlaşdırılır:
"Eyni və ya müxtəlif ölçülü notların xanədə metr qanunu əsasında
təşkilinə ritm deyilir"1 .
Ritm və riyaziyyat
arasında, xüsusilə riyazi rəqəmlər, riyazi əməliyyatlar arasında
da uyğunluqlar tapmaq mümkündür.
Tam ədədlərin 77
rəqəminə bölünməsindən alınan nəticələrə diqqət yetirək:
1/77 = 0,012987012987... 11/77
= 0,142857142857...
2/77 = 0,025974025974... 12/77 = 0,155844155844...
3/77 = 0, 038961038961... 13/77 = 0,168883168883...
4/77 = 0,51948051948... 14/77 = 0,181818181818...
5/77 = 0,064935064935... 15/77 = 0,194805194805...
6/77 = 0,077922077922... 16/77 = 0,207792207792...
7/77 = 0,090909090909... 17/77 = 0,220779220779...
8/77 = 0,103896103896... 18/77 = 0,233766233766...
9/77 = 0,116883116883... 19/77 = 0,246753246753...
10/77 = 0,1298700129870... 20/77 = 0,259740259740...
Bunu davam etdirmək
olar. Kəsrlərin bölünməsindən alınan nəticələrə diqqət yetirsək
görərik ki, onların hər birində rəqəmlərlə ritm arasında əlaqə mövcuddur.
Aşağıdakı kəsrləri nəzərdən keçirsək onların ritmlə əlaqələrinin
şahidi olarıq:
1/11=0,090909... və
ya qısa olaraq 1/11=0,(09)
1/13=0,0769230769230... və ya qısa olaraq 1/13=0,(076923)
1/21=0,047619047619... və ya qısa olaraq 1/21=0,(047619)
1/41=0, 0243902439 və ya qısa olaraq 1/41=0,(02439)
1/81=0,012345679012345679... və ya qısa olaraq 1/81=
=0,(012345679)
1/91=0,01098910989... və
ya qısa olaraq 1/9=0,(010989)
Bu kəsrləri və alınmış
nəticələri rəqəmlərlə ritm arasında nə əlaqə olduğunu araşdıraq.
1/11 kəsrin nəticəsi 0,090909... olur. Göründüyü kimi "O" tam rəqəmindən
sonra yüzdə doqquz (09) sonsuz şəkildə periodik olaraq təkrar olunur.
Bu ritmik periodda cəmi 2 rəqəm - 0 və 9 rəqəmləri iştirak edirlər
və digər periodlarda da həmin rəqəmlər nizamlı surətdə təkrar olunurlar.
Bu fikirləri yuxarıda
göstərilmiş digər kəsrlər haqqında da demək mümkündür. Belə ki,
1/21 kəsrində alınan nəticədə təkrar olunan period (047619) rəqəmlərindən
ibarətdir. Onları Do major qammasının not sırası ilə müqayisə etsək
aşağıdakı rəqəmlərə uyğun melodiyalar yaranır.
Ölçü - 2/4
1. 1/11 = 0,090909
Yəni 0 tam rəqəmlidən
sonra (047619) rəqəmlər sırası sonsuz şəkildə dəqiq ritmə uyğun
təkrar olunur.
1/41 kəsrindən alınan
nəticədə təkrar olunan period (02439) rəqəmlər sırasından ibarətdir.
Burada "0" tam rəqəmindən sonra (02439) rəqəmlər sırası sonsuz şəkildə
dəqiq ritmə uyğun təkrar olunur.
1/81 kəsrindən alınan
nəticədə təkrar olunan period sonra (012345679) rəqəmlər sırasından
ibarətdir. Burada "0" tam rəqəmindən sonra (012345679) rəqəmlər
sırası sonsuz şəkildə dəqiq ritmə uyğun təkrar olunur. Bu period
daxilindəki rəqəmlər sırasına diqqət yetirsək görərik ki, orada
8 rəqəmindən başqa bütün rəqəmlər iştirak edir.
1/91 kəsrindən alınan
nəticədə təkrar olunan period (010989) rəqəmlər sırasından ibarətdir.
Burada "0" tam rəqəmindən sonra (010989) rəqəmlər sırası sonsuz
şəkildə dəqiq ritmə uyğun təkrar olunur.
Beləliklə yuxarıda
göstərdiyimiz kəsrlərin hər biri yalnız onlara məxsus olan dəqiq
ritmə malik periodlardan ibarətdir və hər biri kəsrlərdəki periodlara
daxil olan rəqəmlər sırası yalnız həmin kəsrlərə aid ola bilər
(1/31), (1/51),
(1/61), (1/71) kəsrlərində dəqiq təkrar olunan periodlara rast olunmur.
B. Varqa, Y. Dimen
və E. Loparitsin "Dil, musiqi və riyaziyyat"2
kitabında 1, 2, 3, 4, 5, 6 rəqəmlərinin 7 rəqəminə bölünməsi zamanı
aşağıdakı maraqlı nəticələr alınmışdır:
1/7 = 0, 142857142857...
2/7 = 0, 285714285714...
3/7 = 0, 428571428571...
4/7 = 0, 571428571428...
5/7 = 0, 714285714285...
6/7 = 0, 857142857142...
Müəlliflər bu alınan
qismətlərə görə belə bir nəticəyə gəlirlər ki, onluq kəsrlərdən
ibarət hər bir period eyni rəqəmlərdən ibarətdir, lakin hər bir
period müxtəlif yerlərdən başlayır. Do major qammasının səs sırasını
rəqəmlərlə aşağıdakı kimi göstərmək mümkündür:
Onda yuxarıda göstərdiyimiz
kəsrlərdən alınan nəticələrə diqqət yetirsək görərik ki, onlar 3/4
və ya 6/8 metrik ölçüyə uyğun gəlir və əgər Do major qammasının
səs sırasındakı notları rəqəmlərə uyğunlaşdırsaq onda həmin periodlardakı
rəqəmlər sırasının melodiyaya çevirmək mümkündür.
1. 1/7 = 0,142857142857
və s. 3/4 ölçüsündə
Həmin kitabda 1/27
və 1/37 kəsrlərinin qismətlərində çox maraqlı bir nəticəyə gəlinir:
1/27 = 0,37037037... 1/37
= 027027027...
Yəni 27 və 37 rəqəmlərini
bir-birilə əvəz etdikdə hər iki bərabərlik biri o birinə dönürlər.
Bu kəsrlərdə də biz təkrar olunan eyni rəqəmlərdən təşkil olunmuş
dəqiq ritmli periodlara rast gəlirik.
1, 2, 3, 4, 5, 6,
7, 8, 9, 10, 11 və 12 rəqəmlərinin 13 rəqəminə bölünməsinin nəticələrini
araşdıraq.
1/13 = 0,076923076923 və
ya qısa olaraq 1/13 = 0,(76923)
2/13 = 0,153846153846 və ya qısa olaraq 2/13 = 0,(153846)
3/13 = 0,230769230769 və ya qısa olaraq 3/13 = 0,(230769)
4/13 = 0,307692307692 və ya qısa olaraq 4/13 = 0,(307692)
5/13 = 0,384615384615 və ya qısa olaraq 5/13 = 0,(384615)
6/13 = 0,461538461538 və ya qısa olaraq 6/13 = 0,(461538)
7/13 = 0,638461538461 və ya qısa olaraq 7/13 = 0,(538461)
8/13 = 0, 615384615384 və ya qısa olaraq 8/13 = 0,(615384)
9/13 = 0,692307692307 və ya qısa olaraq 9/13 = 0,(692307)
10/13 = 0,769230769230 və ya qısa olaraq 10/13 = 0,(769230)
11/13 = 0,846153846153 və ya qısa olaraq 11/13 = 0,(846153)
12/13 =0,923076923076 və ya qısa olaraq 12/13 = 0,(923076)
Bu kəsrlərin nəticələrinə
diqqət yetirsək orada olan periodlara daxil olmuş rəqəmlərin sırasının
eyni rəqəmlərdən təşkil olunmasına görə iki qrupa bölmək mümkündür.
1 qrup: 1/13 = 0,076923... 2
qrup: 2/13 = 0,153846...
3/13 = 0,230769...
5/13 = 0,384615...
4/13 = 0,307692... 6/13 = 0,461538...
9/13 = 0,692307... 7/13 = 0,538461...
10/13 = 0,769230... 8/13 = 0,615384...
12/13 = 0,923076... 11/13 = 0,846153...
1-ci qrupda kəsrdən
alınan nəticələrdə "0" tamdan sonra yalnız 0, 7, 6, 9, 2, 3, 2-ci
qrupda isə yalnız 1, 5, 3, 8, 4, 6 rəqəmləri iştirak edirlər.
1-ci qrupa aid kəsrlər
və onlardan alınan nəticəyə uyğun melodiyalar aşağıdakı kimi ola
bilər:
1. 1/13 = 0,076923076923
- 6/8 ölçüsü və s. Do major
2-ci qrupa aid kəsrlər
və onlardan alınan nəticəyə uyğun melodiyalar aşağıdakı kimi ola
bilər.
1. 2/13 = 0,153846153846 6/8
ölçüsü
və
s. Do major
2. 5/13 = 0,384615384615
Aşağıda göstərilən
kəsrləri nəzərdən keçirək:
1/11 = 0, 090909...
2/11 = 0, 181818...
3/11 = 0, 272727...
4/11 = 0, 363636...
5/11 = 0, 454545...
6/11 = 0, 545454...
7/11 = 0, 636363...
11 = 0, 727272..
9/11 = 0, 818181...
Bu kəsrlərin və
alınmış nəticədəki rəqəmlərlə ritm arasında aşağıdakı əlaqəni görmək
mümkündür: 1:11 kəsrin nəticəsində "0" tam rəqəmindən sonra yüzdə
doqquz, 2:11 kəsrində sıfırdan sonra yüzdə on səkkiz, 3:11 kəsrində
sıfırdan sonra yüzdə iyirmi yeddi, 4:11 kəsrində sıfırdan sonra
yüzdə otuz altı, 5:11 kəsrində sıfırdan sonra yüzdə qırx beş, 6:11
kəsrində sıfırdan sonra yüzdə əlli dörd, 7:11 kəsrində sıfırdan
sonra yüzdə altmış üç, 8:11 kəsrində sıfırdan sonra yüzdə yetmiş
iki, 9:11 kəsrində sıfırdan sonra yüzdə səksən bir təkrar olunan
dəqiq ritmli periodlara rast olunur.
Musiqidə enharmonik
səslər, intervallar deyilən anlayışlar vardır. Enharmonik səslər
eyni cür səslənən, lakin müxtəlif adlanan notlara deyilir. Məsələn,
do diyez - re bemol, re diyez - mi bemol və s.
Enharmonik intervallarda
da eyni cür səslənən, lakin müxtəlif adlara malik olan intervallara
enharmonik intervallar deyilir.
Bir sıra kəsrlərə
diqqət yetirək:
5/15 = 0,333333
6/18 = 0,333333
4/12 = 0,333333
Göründüyü kimi 5/15
= 6/18 = 4/12. Yəni müxtəlif rəqəmlərdən
ibarət olmasına baxmayaraq bu kəsrlər nəti-cə etibarilə bir-birinə
bərabərdirlər. Musiqi təbirilə desək "enharmonik" yaxud eyni cür
nəticələnən bərabər kəsrlərdirlər. "Enharmonik", yəni eyni cür nəticələnən,
lakin müxtəlif rəqəmlərdən təşkil olunmuş aşağıda göstərilən bərabər
kəsrləri də aid etmək olar: 7/14 = 8/16 = 9/18 = 0,5
Hər bir mahnının
sözləri, ona uyğun melodiyasının müəyyən metrik ölçüsü vardır. Ümumtəhsil
məktəblərimizin 2-ci sinif Musiqi proqramına və dərsliyinə daxil
edilmiş. Q. Hüseynlinin "Cücələrim" (sözləri T. Mütəllibovundur)
mahnısının mətninə nəzər salaq:
Cip-cip / cücələrim
cip-cip / cücələrim
mə-nim qəşəng /
cücələrim,
tü-kü ipək / cücələrim.
Şerin mətnini oxuduqca
onun səslənməsində aşağıdakı metri eşitmək mümkündür:
lə lə / li li li
li
lə lə / li li li
li
li li li li / li
li li li
li li li li / li
li li li
Burada şerdəki uzun
hecalar "lə", qısa hecalar isə "li" hecaları ilə əvəz olunmuşdur.
Əgər çərək notları böyük rəqəmlərlə, səkkizlik notları kiçik rəqəmlərlə
qeyd etsək bu dediklərmizi "Cücələrim" mahnısının melodiyasının
notu ilə və rəqəmlərlə bir yerdə belə yazmaq mümkündür:
2/4 ölçülü "Cücələrim"
mahnısının birinci 4 sətrinin misralarında hecaların sayı belədir:
6, 8, 8, 8.
Bu mahnının ritmik
şəkli belə olar:
2/4
"Cücələrim" mahnısını
rəqəmlərlə isə belə göstərmək mümkündür:
2/4 1 1 (2
3 2 1)
cip cip
(cü cə lə rim)
1 1 1
1 (2 3 2 1)
cip cip
cip cip (cü cə lə rim)
2 2 2 2
(3 4 3 2)
mə nim qə
şəng (cü cə lə rim)
2 5 4
3 (2 3 2 1)
tü kü i
pək (cü cə lə rim)
"Cücələrim" mahnısında
çərək notaların iri rəqəmlərlə, səkkizlik notların isə kiçik rəqəmlərlə
yazılması şərti olaraq qəbul edilir. Bu mahnının ifası mərhələsində
şagirdlərə başa salmaq olar ki, 1 çərək notu 2 səkkizlik nota (yəni
1) (1/2) (1/2) bərabərdir və çərək not səkkizlik nota nisbətən 2
dəfə uzun müddətə oxunmalıdır. Beləliklə məlum olmuşdur ki, notlarla
tanışlığın ilk mərhələsində onlar rəqəmlərlə əlaqəli şəkildə tədris
olunarsa mahnı daha tez mənimsənilər. Eyni zamanda məlum olmuşdur
ki, şagirdlər rəqəmlərlə mahnıları oxumağa daha çox meyl göstərirlər.
Yəni bu cür oxu tərzi onlar üçün daha maraqlı olur.
Musiqidə vəzn anlayışı
bilavasitə riyaziyyatla əlaqədardır. Məsələn, bütov notun 2 yarım,
4 çərək, 8 səkkizlik, 16 onaltılıq, 32 otuzikilik və s. notlardan
ibarət olmasını aşağıdakı sxemlə göstərmək mümkündür.
Bununla əlaqədar
uşaqlara demək olar ki, mahnılarda uzun və qısa səslər olur. Bunun
üçün bir bütöv almanı iki yerə bölməklə alınan iki yarım alma yarım
nota, yarım almanı iki yerə bölməklə bütöv almanın dörddə birini,
yəni çərək nota və s. bərabər olduğunu əyani şəkildə göstərmək mümkündür.
Bu sxemi rəqəmlərlə belə göstərmək olar:
Bu iki cədvəlin
müqayisəsindən göründüyü kimi notların bölünməsi 4/4 ölçüsünün kəsrlərə
bölünməsi arasında oxşarlıq vardır. Bunu bir çevrə daxilində də
göstərmək mümkündür.
Burada ortada görünən
dairə bütöv notdur. Dairə 8 bərabər hissələrə bölünüb. Hər bir hissə
bir səkkizlik nota, yaxud 1/2 kəsrinə bərabərdir. 1 və 3,3 və 5,5
və 7,7 və 1 rəqəmləri arasında qalan parçalar 1 çərək (yəni çevrənin
1/4) notlara, çevrənin yarısı yarım nota bərabər olduğunu bu nümunə
vasitəsilə əyani surətdə not vəznlərinin riyazi rəqəm və kəsrlərlə
əlaqəsini görmək olar. 3/4 metr ölçülü xanədə 3 çərək not və ya
6 səkkizlik notlar yerləşir. Onu əyani şəkildə belə göstərmək olar:
Buradan belə çıxır
ki, 3/4 ölçüsü 3 çərək, 6 səkkizlik, 12 onaltılıq notlarından ibarətdir.
3/4 vəznini çərək notlarla belə yazmaq olar.
Bu sxemlərdən görünür
ki, notları və rəqəmləri
32-lik (1/32), 64-lük
(1/64) kimi də bölmək mümkündür. 3/4 ölçüsü ilə əlaqədar deyilənləri
də 4/4 ölçüsündə olduğu kimi tamamlamaq lazımdır. Çevrə daxilində
belə göstərmək mümkündür:
Musiqi müəllimi
yuxarıda deyilən anlayışları uşaqlara aydınlaşdırdığı müddətə həm
də çevrə, üçbucaq, koordinat sistemi kimi riyazi anlayışları mənimsədə
bilər. Eyni ilə riyaziyyat dərslərində musiqi və riyazi anlayışların
qarşılıqlı əlaqəsi bu nümunələrdən bilavasitə istifadə edilməklə
mənimsədilə bilər.
1. N. Bağırov. "Musiqinin
elementar nəzəriyyəsi". Maarif, Bakı, 1982, s. 62.
2. Б.Варга. Я.Димен,
Е.Лопарис "Язык, Музыка, математика", Изд. "Мар"
Москва,1984, с.1.