az
- XX əsrin əvvəllərində meydana çıxmış "yazz" sözü o dövrdə
ilk dəfə səslənən yeni tip musiqi incəsənəti növü, həm də bu musiqini
ifa edən orkestr haqqında işlədilməyə başlanmışdır. Bəs bu musiqi
növü necə yaranmışdır?
Caz
vaxtı ilə ABŞ-da istismar edilən hüquqsuz zənci əhalisi - nə vaxtsa
öz vətənlərindən didərgin salınmış qara qulların əcdadları arasında
yaranmışdır.
İlk zənci
qullar XVII əsrin əvvəllərində gəmi ilə Afrikadan Amerikaya gətirilmişlər.
Cənubi Amerikanın varlı fermerləri öz plantasiyalarında ağır işləri
yerinə yetirmək üçün qul əməyindən istifadə edirdilər. Öz vətənindən,
doğmalarından ayrı düşmüş, ağır əməkdən üzülmüş bu kölə insanlar
musiqi ilə təskinlik tapmışlar. Zəncilərin musiqi duyumu, xüsusilə,
ritm hissiyyatı çox güclüdür. Bu da, əlbəttə, zəngin ritmi ilə seçilən
Afrika musiqisi ilə əlaqədardır. İllər ötdükcə zəncilər öz vətənlərinin
musiqisindən tədricən uzaqlaşırdılar. Yalnız təbii olaraq musiqi
sədaları ilə rəqs etmək ehtirası, daxili ritm duyğusu qalırdı. Əvəzində
isə onları əhatə edən mühitdə səslənən, musiqini - "ağlar"ın
ifa etdikləri xristian dini himnlərini mənimsəyirdilər. Lakin zəncilər
bu dini mahnıları özünəməxsus tərzdə ifa edirdilər. Onların oxuduqları
mahnılarda daha çox iztirab, kədər hiss olunurdu.
Beləliklə,
ilk zənci dini mahnıları - "cpiriçuels" meydana gəlməyə
başladı. XIX əsrin sonunda digər zənci mahnısı - şikayət, etiraz
nidaları ifadə edən "blyuz" yaranır. Zəncilər blyuzu gitaranın
müşayiəti ilə oxuyurdular. Onların orkestr alətlərini əldə etmək
üçün imkanları yox idi. Ona görə də müxtəlif məişət əşyalarından
kortəbii surətdə musiqi alətləri düzəltməli olurdular.
ABŞ-da
1861-1865 illərin Vətəndaş müharibəsi bitdikdən sonra hərbi hissələrin
nəfəs alətləri orkestləri buraxıldı. Bu orkestrlərin alətlərini
nisbətən ucuz qiymətə əldə edən zəncilər öz orkestrlərini yaratmağa
başladılar. Zənci musiqicilər marşlar, rəqslər ifa etməklə yanaşı,
spiriçuels və blyuz uslubunda melodiyaları təqlid edirdilər. Onlar
zənci vokal musiqisinin xüsusiyyətlərini, onun ritm sərbəstliyini
müxtəlif orkestr alətlərində (truba, klarnet, trombon) ifadə etməyə
çalışırdılar. Bu musiqiçilərin not savadı yox idi. Çünki yalnız
"ağlar" üçün nəzərdə tutulmuş musiqi məktəbləri onların
üzünə bağlı idi. Onlar bilavasitə, musiqi duyumu ilə qavrayaraq
təcrübəli musiqiçilərdən məsləhətlər alır, onların ifa üsullarından
istifadə edirdilər.
Zənci vokal
musiqisinin və zənci ritminin instrumental sahəyə tətbiq edilməsi
sayəsində yeni orkestr musiqisi - "caz" yaranmağa başladı.
Cazın əsas
xüsusiyyətləri improvizasiya (hazırlaşmadan, bədahətən ifa etmə),
ritm sərbəstliyi və geniş melodik nəfəsdən ibarətdir. Ritmdəki müntəzəm
vurğuların ("bit") və bu vurğulardan yayınmaların ("svinq")
mövcudluğu caz musiqisinə özünəməxsus rəngarənglik gətirir.
"Svinq"
- (ingiliscə - "yırğalanma") cazın əsas ifadə vasitələrindən
biridir.
Afrika
xalq musiqi ənənələrini özündə birləşdirən caz musiqisində ritm
sərbəstliyi və zərb alətlərinin geniş istifadə edilməsi ilə yanaşı
müxtəlif alətlərdə danışıq intonasiyalarının təqlid edilməsi mühüm
yer tutur.
Zənci musiqiçilərin
ifa etdikləri əsərlər adətən qısa solo motivin (çağırış intonasiyasının)
xor və ya instrumental ifa ilə növbələşməsindən ibarət olurdu. Caz
musiqiçiləri həm solo, həm də kollektiv halında improvizasiya etməyi
bacarırdılar.
Cənubi
Amerikanın Yeni-Orlean şəhərində təşəkkül tapmış ənənəvi cazın erkən
mərhələsi üçün kollektiv improvizasiya əsas idi. Erkən Yeni-Orlean
cazı daha sonra Çikaqo cazı ilə birləşərək "diksilend"
üslubu adlandırılır. 20-30-cu illərdə sonralar "klassik caz"
adı almış "svinq" üslubu geniş yayılır. "Svinq"
üçün yeni tip orkestrin ("biqbend") yaranması səciyyəvi
idi.
"Biq-bend"
(ingiliscə - "böyük-dəstə orkestr") üçbölmədən ibarət
idi: I saksofonlar bölməsi (sonralar klarnet də daxil edilir), II
- "mis" alətlər bölməsi (trubalar və trombonlar), III
- ritmik bölmə (fortepiano, gitara, kontrabas, zərb alətləri).
Yarandığı
gündən indiyədək caz musiqisi çoxşaxəli inkişaf yolu keçmiş, onun
bir çox cərəyanları və məktəbləri (bi-bop, proqressiv, xard-bop,
soul-caz. caz-rok, fri-caz, simfo-caz və s.) yaranmışdır.
Caz musiqisinin
mahir ifaçıları və yaradıcıları olan Lui Armstronq, Dyuk Ellinqton,
Benni Qudmen, Qlen Miller, Ella Fiscerald, Bessi Smqet və b. adları
artıq bütün dünyada məhşurlaşmışdır.
Caz elementlərindən
iri formalı musiqi əsərlərində (simfoniya, opera, konsert) istifadə
edilməsi ("simfo-caz") sayəsində bir sıra görkəmli sənət
əsərləri yaranmışdır:
C. Gerşvinin
"Blyuz üslubunda rapsodiya", "Porqi və Bess"
operası; D. Miyonun "Dünyanın yaranması" baleti; A. Eşpayın
orkestr üçün Konserti; Q. Qarayevin "İldırımlı yollarla"
baleti, səs və caz orkestr üçün "Üç noktürn" (L. Xyuzun
sözlərinə) və s.
Caz musiqisinin
Rusiyaya gəlişi 20-ci illərə təsadüf edir. Bu dövrdə V. Parnax,
A. Sfasman, L. Teplitskinin caz-orkestrləri yaranır. L. Ğtyosovun
"Tea caz" orkestri xüsusilə məşhur olmuşdur.
1939-cu
ildə Azərbaycanda görkəmli bəstəkarlar Niyazi və Tofiq Quliyev tərəfindən
ilk Dövlət Caz Orkestri təşkil olunmuşdur. Sonralar R. Bdhböğgvök,
Rauf Hacıyevin, Rafiq Babayevin rəhbərliyi ilə caz orkestrləri fəaliyyət
göstərmişdir.
Azərbaycanda
milli cazın, yeni caz-muğam üslubunun yaranması virtuoz pianoçu
və istedadlı bəstəkar Vaqif Mustafazədənin adı ilə bağlıdır. Onun
davamçılarından Rafiq Babayev və Vaqif Sadıxovun adı çəkilə bilər.
Cəngi -
Hələ qədimdən Azərbaycan xalqının qəhrəmanlıq və cəngavərlik ruhunu
ifadə edən gümrah və şən musiqi əsəridir. Cəngi pəhləvan yarışlarında
("pəhləvanı"), cıdır düzündə, zorxana oyunlarında səslənir.
Adətən, cəngi zurnaçılar dəstəsi tərəfindən ifa olunur. Ölçüsü 2/4-dir.
Professional
musiqidə bəstəkarlarımız tərəfindən cənginin səciyyəvi xüsusiyyətlərindən
çox geniş istifadə olunmuşdur. Buna parlaq misal olaraq Ü. Hacıbəyovun
"Koroğlu" operasının III pərdəsindən cəngavərlər rəqsini
göstərmək olar.
Cingənə
- Azərbaycanın milli çalğı aləti tarın iki cüt ən zil simi belə
adlanır. Bunlardan bir cütü tarın ağ simindən bir oktava yuxarı,
o biri cütü isə tarın sarı simindən bir oktava yuxarı köklənir.
Cingənə simlərini ilk dəfə XIX əsrdə Azərbaycanın görkəmli tarzəni,
ustad sənətkar Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan) tətbiq etmişdir.
Cingənə simlər həm tarın ümumi rezonasını artırır, həm də ifaçı
tərəfindən mizrab ilə vurulduqda xüsusi effekt verir.
ahargah
- (farsca hərfi mənası - "çahar" - "dörd",
"gah" - mövqe, məkan, vəziyyət) - Yaxın
Şərq xalqları musiqisində ən çox şöhrət qazanmış muğamlardan biridir.
Eyni zamanda Şərq musiqi sinin, başlıca məqam(lad) əsaslarından
biri anlamında da işlənir. Qədim Şərq alimlərinin fikrincə, çahargah
məqamı göy gurultusu ilə əlaqədar olaraq yaradılmışdır.
Ü. Hacıbəyov
çahargah məqamının dinləyicidə coşqunluq və ehtiras hissi oyatdığını
qeyd edir. Bəstəkar "Azərbaycan xalq musiqisinin əsasları"
elmi əsərində "Çahargah" məqamının səs sırasını belə
müəyyən etmişdir (mayə pərdəsi oktavanın "do" səsidir).
XIX əsr
Azərbaycan musiqisində "Çahargah" dəstgahı aşağıdakı
muğam şöbələrindən ibarət idi: "Çahargah", "Segah",
"Zabol", "Yədi-hasar", "Müxalif",
"Məğlub", "Mənsuriyyə", "Zəmin-xara",
"Mavərənnəhr", "Hicaz", "Şahnaz",
"Azərbaycan", "Əşiran", "Zəng-şötör"
və "Kərkuki".
Sonralar,
"Cahargahın" tərkibi dəyişmiş, o bəzi guşələrdən azad
olmuş və dəstgah kimi daha da təkmilləşmişdir. Hazırda "Çahargah"
muğam dəstgahı aşağıdakı şöbələrdən ibarətdir: "Bərdaşt",
"Mayeyi-Çahargah", "Bəstə-Nigar", "Hasar",
"Müalif", "Qərrə", "Müxalif", "Mənsuriyyə",
"Hüzzal", "Çahargaha ayaq".
Xalq
şairi B. Vahabzadə "Muğam" poemasında "Çahargah"
muğamı və onun ayrı-ayrı şöbələri haqqında obrazlı şəkildə söz
açaraq, ona bədii-estetik cəhətdən yüksək qiymət vermişdir.
"Çahargah"
muğamının intonasiyalarından Azərbaycan professional musiqi yaradıcılığında
çox geniş istifadə edilmişdir. Buna misal olaraq Ü. Hacıbəyovun
bir sıra muğam-operalarını, "Koroğlu" operasını, "Cahargah"
fantaziyasını, A. Zeynallının skripka ilə fortepiano üçün yazılmış
"Çahargah" pyesini və b. göstərmək olar.
Çakona
- müəyyən bir mövzunun bas səsində dəyişilməz şəkildə təkrarlanmasına
(basso-ostinato) əsaslanan polifonik variasiyadır. Bu zaman melodiya
üst səslərdə müxtəlif şəkillərdə dəyişdirilərək variasiya edilir.
"Shacun" -fransız sözü olub "hər dəfə - kimi tərcümə
edilir. Yəni, hər dəfə mövzu bas səsində təkrarlanır. Çakonanın
mənşəyi tez tempdə ifa edilən qədim ispan rəqsi ilə bağlıdır.
XVII əsrdə çakona Fransanın saray baletinə daxil olur və yavaş
tempdə ifa edilərək təntənəli mahiyyət daşıyır. XVIII əsrdən etibarən
"çakona" artıq rəqs musiqisi deyil, rolifonik variasiya
(dəyişilməz bas) formasında yayılmış pyes anlamında işlənir. Adətən
çakona ciddi, təntənəli, bəzən faciəvi məna kəsb edir. İ. S. Baxın
solo skripka üçün re-minor Çakonası buna parlaq misal ola bilər.
İ. Bramsın IV simfoniyasının son hissəsi də quruluşca "çakonaya"
yaxındır.
Çardaş
- macar xalq rəqsidir (macar sözü olan "csarda" - meyxana
deməkdir). Çardaş rəqsi 2 hissədən ibarətdir: yavaş və cəld. Ölçüsü
2/4-dir, kəskin sinkopa ritmi ilə seçilir. Çardaş rəqsinin elementlərindən
bir sıra məşhur musiqi əsərlərində istifadə edilmişdir: F. Listin
"Macar rapsodiyaları", İ. Bramsın "Macar"
rəqsləri", P. Çaykovskinin "Qu gölü" baleti və
s.
Çastuşka
- XIX əsrin 60-cı illərində Rusiyada yaranmış rus xalq mahnı janrı
olub, kiçik kupletin çox sayda tez-tez təkrarlanmasına əsaslanır
(rusca "çastıy" - tez-tez). Məzmun etibarilə çox müxtəlifdir:
kəskin satira, şən yumor, zarafat, bəzən isə lirik, iztirab hisslərini
əks etdirir. Çastuşkaların ritmi dəqiq (ikisaylı) və rəqsvaridir.
Mahnıların oxunuşu danışıq intonasiyalarına yaxın olub qarmoşka
və ya balalayka alətləri ilə müşayiət edilir. Rus bəstəkarları
bu janrın özünəməxsus səciyyəvi xüsusiyyətlərindən öz əsərlərində
istifadə etmişlər. Məsələn: R. Şedrinin fortepiano ilə orkestr
üçün konsertində, "Yalnız məhəbbət deyil" ("Kd
ogıhig ıcbgvh") operasında çastuşkalardan istifadə edilmişdir.
Çelesta
- klavişli dillə çalınan zərb aləti olub, kiçik pianonu xatırladır.
1788-ci ildə Parisdə yaradılmış çelesta fortepiano mexanizminə
əsaslanır. Metal lövhələrdən ibarət klavişlərə kiçik çəkiclərlə
vurduqda çox incə, cingiltili səs alınır (İtalyanca "çelesta"
"ilahi" deməkdir). Çelestanın tembri arfanin tembrinə
çox yaxındır. Onun diapazonu birinci oktavanın "do"
notundan başlayaraq dörd oktavanı əhatə edir.
Çelestanı
orkestr tərkibinə ilk dəfə fransız bəstəkarları daxil etmişlər.
P. Çaykovskinin "Voyevoda" simfonik balladasında və
"Şelkunçik" baletində çelestadan istifadə edilmişdir.
XX əsr bəstəkarlarının simfonik əsərlərində çelestaya tez-tez
rast gəlmək olar. D. Şostakoviçin V simfoniyası, B. Bartokun simli
alətlər, zərb alətləri və çelesta üçün "Musiqi" əsəri
və s.
Çəng
- Qədim zamanlardan Azərbaycanda mövcud olan üçbucaq şəklində
simli, dartımlı musiqi alətidir. Üst qolu at boynu tərzində düzəldilir
və baş (yuxarı) tərəfində gözəllik üçün iri ipək qotaz salladılır.
XV əsr
görkəmli Azərbaycan musiqi alimi Əbdül Qadir Marağayı "Came-Əlhan"
kitabında yazır ki, əvvəllər çəngə 24 sim qoşulmuş və bu simlər
qoşa bağlandığından alətdən 12 müxtəlif səs əldə etmək mümkün
olmuşdur.
Beləliklə,
çəngdə bir oktava daxilində bütün xromatik qamma səslərinin əldə
edilməsinin mümkün olduğu müəyyən edilir.
Çəng
böyük Azərbaycan şairləri Nizami və Füzulinin əsərlərində sevilərək
vəsf edilmişdir.
ƏDƏBİYYAT
1. Bədəlbəyli.
"İzahlı monoqrafik musiqi lüğəti". Bakı. "Elm"
nəşriyyatı, 1969.
|