ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
Bülbül və Azərbaycan xalq musiqisi
R. Zöhrabov.
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
Azərbaycan xalq – professional musiqisi: aşıq sənəti
T. Məmmədov.
Bülbül və Azərbaycan xalq musiqisi
R. Zöhrabov.
Azərbaycan xalq musiqi nümunələrinin nota salınma tarixi
Ə. Isazadə.

 



       Onu da deyək ki, Bülbülün xalq musiqisi sahəsində ifaçılıq xüsusiyyətləri çox zəngin, rövnəqli və rəngarəngdir. Bu kimi məziyyətlərin hərtərəfli açılması üçün musiqişünaslarımız (xüsusilə gənc musiqişünaslar) tərəfindən xüsusi elmi-tədqiqat işləri, elmi-populyar məqalələr, kitablar, monoqrafiyalar yazılmalı, toplu şəklində çap olunmalıdır.
       Inanırıq ki, musiqişünaslarımız Bülbülün ifaçılıq xüsusiyyətləri, dəyərli elmi fikir və mülahizələri ilə yaxından tanış olacaq, onları dərindən mənimsəyib, öyrənəcək, beləliklə onun çox şaxəli yaradıcılığı tədqiqat obyektinə çevriləcəkdir. Nəticədə Bülbül sənəti haqqında yeni-yeni müxtəlif mündəricəli kitablar, dissertasiyalar yazılıb çap olunacaq, sonradan başqa xarici ölkələrin dillərinə (ingilis, rus, fars, ərəb və s.) çevrilərək xarici oxucuların arasında da yayılacaq, böyük müğənnimizə şöhrət gətirməklə Azərbaycan xalq musiqisinin də geniş təbliğinə səbəb olacaqdır.
       Bu təqdirəlayiq iş üçün hər şeydən əvvəl, "Bülbül. Seçilmiş məqalə və məruzələri" kitabı yenidən çap olunmalıdır. Xatırladaq ki, bu kitab 1968-ci ildə Bakıda Azərb.SSR EA-nın nəşriyyatı tərəfindən çap olunmuş və elə həmin il qısa bir zamanda kitab mağazalarının rəflərindən alınıb qurtarmışdır. Bu dəyərli və lazımlı əsərin əlavələrlə redaktə edərək təkrar çapını vacib və təxirəsalınmaz iş sayıram. Çünki, kitabın çapından 33 il keçdiyi üçün bundan musiqişünaslarımız, musiqi tənqidçilərimiz (əsasən gənclərimiz) Bülbülün məqalə və məruzələrinə çox nadir hallarda ona bir məxəz kimi müraciət edir, ondan bəhrələnirlər.
___________ 1 Bülbül. "Seçilmiş məqalə və məruzələri". Bakı, Azərb.SSR EA-nın nəşriyyatı, 1968, məqalə üçün yardımçıdır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page