HEKAYƏTLİ MUSİQİ LÜĞƏTİ      
       
Sevda Əliqızı           
1   2   3   4  
L. Hüsenova
Sönməz musiqi ocağı

S. Əliqızı
Hekayətli musiqi lüğəti


 
 
English English
        

ər bir insan dünyaya göz açdığı andan e'tibarən musiqi ilə təmasda olub, musiqi sədaları altında böyüyərək kamillik aləminə qədəm qoyur. Musiqi - gerçək aləmi səslər vasitəsilə əks etdirən incəsənət növüdür. Digər incəsənət növləri ilə yanaşı musiqi də böyük bədii ifadə gücünə malik olub insanın mə'nəvi aləmini - onun sevincini və kədərini, arzu və düşüncələrini, həyat uğrunda mübarizəsini bədii obrazlarla əks etdirir. İnsanın mə'nəviyyatına müsbət tə'sir göstərən ifadə vasitələrindən ən əhəmiyyətlisi də məhz musiqidir. Antik dövrün filosofları musiqinin bədii tə'sir gücünü yüksək qiymətləndirmişlər. Aristotel gənclərə musiqi alətində çalmağı, oxumağı öyrətməklə onların mə'nəvi kamilliyə çatmasında, cəmiyyətin nəcib, saf üzvlərinə çevrilməsində musiqi tərbiyəsinin rolunu xüsusi qeyd etmişdir.

Musiqi tərbiyəsi - estetik tərbiyənin ən əsas tərkib hissələrindən biri olub, insanda yüksək bədii-estetik zövqün formalaşmasında, zəngin ideya-mə'nəvi düşüncə tərzinin yaranmasında mühüm əhəmiyyət kəsb edir. Musiqini dinləmək, onu daxilən hiss etmək, duymaq, musiqi haqqında öz fikirlərini söyləmək bacarığını uşaqlara hələ erkən yaşlarından aşılamaq musiqi tərbiyəsinin vacib şərtlərindən biridir. Musiqi tədrisi prosesində şagirdlərdə yüksək bədii-estetik zövq formalaşdırılmalıdır ki, onlar eşitdikləri mövcud musiqi "bolluğu" axınında insanı mə'nən zənginləşdirən yüksək bədii keyfiyyətli sənət nümunələrini düzgün seçə bilsinlər.

Musiqi-səslər dünyası, hələ çox sirləri özündə ehtiva edən e'cazkar bir aləmdir. Maraqlıdır ki, insanlar musiqi haqqında nə qədər çox öyrənsələr, nə qədər çox bilsələr də musiqi aləmi haqqında suallar daima onları narahat edir. İnsanlar səslərin sonsuzluğunda öz daxili aləmlərindən doğan suallara cavab axtarırlar... Musiqi ilə maraqlanan hər bir kəsi dü-şündürən bu suallar sonsuzluğuna, nisbətən yığcam olsa da, cavab vermək üçün, həmçinin musiqi aləmi ilə ilk tanışlıqda uşaqlara bələdçilik etmək üçün biz jurnalımızın səhifələrində çap olunacaq "Hekayətli musiqi lüğəti"ndə musiqi terminləri haqqında mə'lumat verməyi məqsədəuyğun hesab edirik.

"Hekayətli musiqi lüğəti"ni təqdim etməkdə məqsədimiz uşaq musiqi və incəsənət məktəblərində, orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə, eləcə də musiqi ilə maraqlanan hər bir kəsə musiqi janrlarını, musiqi alətlərini, musiqinin ifadə vasitələrini və s. izah edən musiqi terminləri haqqında mə'lumat verməkdir. Adətən, musiqi lüğətlərində hər hansı bir musiqi termininin qısa elmi izahı verilir. Təqdim edəcəyimiz "Hekayətli musiqi lüğəti"ndə isə siz musiqi terminləri haqqında ən sadə elmi anlayış almaqla yanaşı musiqi haqqında obrazlı şəkildə nəql edilən maraqlı söhbətlərlə rastlaşacaqsınız.

Jurnalımızın bu sayında əlifba sırası ilə tərtib edilmiş "hekayətli musiqi lüğəti"ndən "A" hərfi ilə başlanan musiqi terminlərini sizə təqdim edirik. Jurnalın növbəti saylarında biz mütəmadi olaraq "Hekayətli musiqi lüğəti"ni bütünlüklə sizə təqdim etmək niyyətindəyik. Güman edirik ki, yetişməkdə olan gənc nəslin musiqi tərbiyəsi və təhsili prosesində "Hekayətli musiqi lüğəti" çox gərəkli metodiki vəsait kimi nəzər-diqqətinizi cəlb edəcəkdir.

MUSİQİ LÜĞƏTİ
Aşıq Əkbər Cəfərov


 
1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site