Bundan başqa, fortepianonun
tədrisi zamanı milli musiqi nümunələrinin azlığını nəzərə alaraq
o, Yzeyir bəyin məsləhəti ilə "Azərbaycan muğamları əsasında pyeslər"
bəstələmiş və öz həmkarlarını da bu işdə fəal olmağa çağırmışdır.
Bunun nəticəsi kimi 40-50-ci illərdə Q.Qarayevin "Uşaq pyesləri
məcmuəsi", F.əmirovun "12 miniatürü", habelə ə.Abbasovun, B.Zeydmanın,
E.Həzirovanın uşaqlar üçün yazdığı pyeslər tez bir zamanda şagirdlərin
repertuarında Qərb musiqisi ilə yanaşı layiqli yer tutdu.
Bu dövrdə 10-illik
Musiqi məktəbinin vaxtaşırı təşkil etdiyi konsertlər Bakının musiqi
həyatında ən diqqətəşayan hadisələrdən biri kimi qavranılırdı. Xüsusilə,
məktəbin filarmoniya səhnəsində Azərbaycan Dövlət Simfonik orkestrinin
müşayiəti ilə keçirdiyi bə'zi buraxılış konsertləri böyük canlanma
yaradırdı. Sonralar da ə'laçı şagirdlərin bilavasitə Niyazinin rəhbərlik
etdiyi Simfonik orkestrlə çıxış etməsi gözəl bir ən'ənəyə çevrildi.
Kövkəb Səfərəliyevanın
Konservatoriya nəzdindəki 10-illik məktəbə rəhbərlik etdiyi 15 il
ərzində məktəbin çox güclü müəllim hey'əti formalaşdı. Burada ən'ənəvi
olaraq ADK-nın professor-müəllim hey'əti dərs keçirdi. 40-cı illərdə
bu hey'ətə V.Anşeleviç, M.Reytix, D.Danilov, L.Rossomaxin, A.Baron,
İ.Plyam və bilavasitə cavan kadrlar - T.Rəhimova, C.Muradova /fortepiano/,
S.Sədiyev /skripka/, A.Quliyev /klarnet/, Q.İsmayılova /nəzəriyyə/
daxil oldular. Məktəb bu dövrdə gələcəkdə Azərbaycanın musiqi mədəniyyətinə
və Konservatoriyanın professor-müəllim hey'ətinə inamla qoşulan
milli kadrların bütöv bir nəslini yetişdirdi. Onların içərisində
pianoçular Elmira Topçubaşova, Elmira əliyeva, Mənzər Süleymanova,
Tamilla Mahmudova, Zivər əliyeva, Elmira Səfərova, skripkaçılar
Tahir Atakişiyev, Azər Sadıxov, Rauf Hərimanbəyli, Azər Rzayev,
Tofiq Bakıxanov, Rəşid Seyidzadə, Murad Tağıyev, Seyran Qəniyev,
violonçel çalan Sabir əliyev, bəstəkarlar Hazim əliverdibəyov, Xəyyam
Mirzəzadə, Vasif Adıgözəlov, Aqşin əlizadə, nəzəriyyəçi əhməd İsazadə,
arfaçalan Aida Abdullayeva və başqaları var idi. Təsadüfi deyil
ki, 1952-ci ildə Kövkəb xanım müdir vəzifəsindən gedəndən sonra
məktəbə rəhbərlik artıq onun öz mə'zunlarına - hal-hazırda Bakı
Musiqi Akademiyasının professoru Tahir Atakişiyevə, 1964-cü ildən
isə mərhum bəstəkar Hazim əliverdibəyova tapşırıldı.
1961-ci ildə 10
illik musiqi məktəbi hökumətin qərarı ilə Orta İxtisas musiqi məktəbi
adlanmağa başladı və ona görkəmli müğənni Bülbülün adı verildi.
On illik təhsil müddəti on bir illik təhsil müddəti ilə əvəz olundu.
Məktəb, doğrudan da, Üzeyir bəyin arzuladığı kimi Konservatoriyanın
əsas kadr təchizatçısına çevrildi.
əsrimizin 50-60-cı
illəri Azərbaycan musiqi tarixində mühüm yaradıcılıq və ifaçılıq
nailiyyətləri ilə səciyyələndi. Məhz bu dövr musiqi mədəniyyətimizin
inkişafında keyfiyyətcə yeni mərhələ açdı və onun üzə çıxardığı
intellektual, yaradıcılıq potensialı sonrakı illərin də durumunu
müəyyənləşdirdi. Bu böyük və güclü potensialın yaranıb ərsəyə gəlməsində
Bülbül adına məktəbin rolu danılmazdır. Çağdaş milli mədəniyyəti
dünya miqyasına fəal çıxarıb beynəlxalq dairələrdə böyük nüfuza
mindirən tanınmış musiqiçilər, ədib və şairlər arasında məktəbin
hər zaman fəxr etdiyi mə'zunları vardır. Fərhad Bədəlbəyli, Polad
Bülbüloğlu, Fidan Qasımova, Fərəc Qarayev, Firəngiz əlizadə, Fərhəng
Hüseynov, İsmayıl Hacıbəyov, Zöhrab Adıgözəlzadə, Namiq Sultanov,
Validə Rəsulova, Yuri Abdullayev, Arzu ələsgərov və başqaları yeni
sənət zirvələrini cəsarətlə fəth edirdilər. Bütün bu uğurlar məktəbin
onsuz da böyük olan nüfuzunu qat-qat artırmışdı. Məktəbin şagirdi
olmaq son dərəcə şərəfli idi. Təsadüfi deyil ki, ziyalılarımızın
böyük bir qisminin, istər musiqiçilərin, istərsə də yazıçı və rəssamların
övladları məhz bu məktəbdə tərbiyə olunurdular. Mübaliğəsiz demək
olar ki, Azərbay-canda məşhur musiqi sülalələrinin meydana gəlməsində
Bülbül adına məktəbin müstəsna rolu vardır.
Ömrünün düz 22 ilini
/1964-1986/ bu məktəbə həsr etmiş iste'dadlı bəstəkar, gözəl müəllim,
xatirələrdə prinsipial və safəməlli insan kimi yaşayan Nazim əliverdibəyov
da belə sülalələrdən birinin layiqli varisi idi. Bu vərəsəliyin
özündə də qəribə bir rəmz sezilirdi. Vaxtı ilə Nazim müəllimin atası-dövrünün
qabaqcıl ziyalısı, mahir muğam bilicisi və ifaçısı Ağalar əliverdibəyov
doğma bacısı oğlu balaca Üzeyirin ilk musiqi müəllimi olmuş, muğamatın
sirlərini ona sevə-sevə öyrətmişdi. Və uzun illər keçdikdən sonra
Nazim əliverdibəyov Konservatoriyada bir vaxtlar Üzeyir bəyin özünün
yaratdığı və dərs verdiyi "Azərbaycan xalq musiqisinin əsasları"
fənninin aparıcı mütəxəssislərindən biri kimi böyük hörmət qazanmışdı.
Xalq yaradıcılığının köklərini və üslubunu həssaslıqla duyan Nazim
müəllim onun tədrisi sahəsində rəhbərlik etdiyi məktəbdə də xeyli
iş görmüş, bir sıra islahatlar aparmışdı. Onun təşəbbüsü ilə təməli
1960-cı ildə qoyulmuş "Xalq çalğı alətləri" şö'bəsi xeyli genişlənmiş,
1980-cı ildə burada xanəndə bölümü açılmışdı. Bu münasibətlə ustad
sənətkarlar - Şövkət ələkbərova, İslam Rzayev, Arif Babayev, əlibaba
Məmmədov məktəbdə dərs demək üçün də'vət olunmuşdular. Hal-hazırda
bu şö'bənin yetirmələri xalq arasında sevilən məşhur çalğıçı və
xanəndələrdir.