Uşaqlarla
daimi ünsiyyәt Nazim Əliverdibәyovun yaradıcılığında
uşaq musiqisinin çәkisini dә xeyli artırmışdı.
Bәstәkar hәyatında yalnız bir dәfә
opera janrına müraciәt etmiş, uşaqlar
üçün "Cırtdan" operasını
bәstәlәmişdi. Onun "Mәktәblilәrin
oktyabr mahnıları" kantatası vә skripkaçılar
ansamblı üçün "Skertsosu" isә
bütövlükdә Azәrbaycan musiqisindә
iritәrkibli uşaq kollektivlәri üçün
nәzәrdә tutulmuş ilk әsәrlәr
idi. Tәbii ki, bu әsәrlәrin ifasında
Bülbül adına mәktәbin şagirdlәri
iştirak edirdi vә uzun illәr müxtәlif
yubiley konsertlәrindә, tәntәnәli
hökumәt tәdbirlәrindә onlar böyük
uğurla çıxış etmişdilәr.
Nazim müәllim mәktәb üçün
hәlә çox işlәr görә bilәrdi,
lakin vaxtsız ölüm buna aman vermәdi. Tәqdirәlayiqdir
ki, hal-hazırda mәktәbin kollektivi bu ağıllı
vә tәvazökar insanın xatirәsini daim
uca tutur. 1996-cı ildә Nazim Əliverdibәyovun
70-illik yubileyini mәktәb onun adına gәnc
ifaçıların I müsabiqәsini keçirmәklә
yad etdi. "Azәrbaycan Mәdәniyyәtinin
Dostları" Fondunun kömәyi ilә tәşkil
olunmuş bu müsabiqәnin uğuru mәrhum
bәstәkarın xatirәsinә әn gözәl
töhfә oldu. Qeyd edәk ki, bu müsabiqә
artıq gözәl bir әn'әnәyә
çevrilmişdir. 1998-ci ildә Nazim Əliverdibәyov
adına II müsabiqә keçirildi. Ona sponsorluq
edәn "Teksako" Beynәlxalq Neft Şirkәti
hәmin il mәktәbә musiqi alәtlәri
vә bir çox lәvazimatlar hәdiyyә
etmişdir.
80-cı illәrin sonundan başlayan mә'lum tarixi-siyasi
hadisәlәr zamanı mәktәb tәdris
ritmini, zәngin әn'әnәlәrini qoruyub-saxlamağa
müvәffәq olmuşdur. 1992-ci ildәn bu
qocaman tәdris ocağına musiqi nәzәriyyәçisi,
tәcrübәli tәşkilatçı,
fәlsәfә elmlәri namizәdi dosent
Nigar Cәrulla qızı әsgәrova rәhbәrlik
edir. Mәktәbin tә'lim-tәrbiyә işlәri
üzrә direktor müavini Sona İbrahimovadır.
Bu qadınların qismәtinә indiki mürәkkәb
dövrdә mәktәbi yaşatmaq, onun yaradıcı
ab-havasını mühafizә edib müasir dövrün
tәlәblәrinә uyğunlaşdırmaq
kimi mәs'uliyyәtli vәzifә düşmüşdür.
Mәktәbin müәllimlәri tәdris
proqramları üzәrindә yenidәn işlәyir,
onları ana dilinә tәrcümә edirlәr.
Uzun illәr fakultativ mövcud olan xor-dirijoru vә
bәstәkarlıq dәrslәri artıq ixtisas
fәnlәri kimi aparılır. Tәdris planlarında
"Azәrbaycan musiqisinin әsasları" fәnninin
saatları artırılmış, Azәrbaycan
xalq yaradıcılığı müstәqil
fәnn kimi tәdris olunmağa başlamışdır.
Mәktәbdә 1992-ci ildә Teymur Göyçayevin
rәhbәrliyi ilә "Tutti" uşaq kamera
orkestri, 1995-ci ildә xor kollektivi, 1996-cı ildә
xalq çalğı alәtlәri orkestri, 1997-ci
ildә isә görkәmli bәstәkarımız,
xalq artisti Azәr Rzayevin rәhbәrliyi ilә
simfonik orkestr yaradılmışdır.
Bülbül adına orta ixtisas musiqi mәktәbinin
yetirmәlәri vaxtaşırı respublikada
keçirilәn müsabiqәlәrdә aparıcı
yerlәri tutaraq laureat vә diplomant fәxri adlarına
layiq görülür. Müstәqil Azәrbaycan
Respublikasına mütәmadi tәşrif buyuran
xarici qonaqlar ölkәmizdә tәhsilin vәziyyәti
ilә tanış olmaq üçün adәtәn
Bülbül adına orta ixtisas musiqi mәktәbinә
gәlirlәr. Mәktәbin şagirdlәrinin
Amerika, İngiltәrә, Türkiyә, Vyetnam,
Ukrayna, İran vә digәr yerlәrdәn
gәlmiş qonaqlar qarşısındakı mәharәtli
vә gözәl çıxışları
qonaqların böyük marağına sәbәb
olmuşdur. Tәsadüfi deyil ki, Azәrbaycan
prezidenti Heydәr әliyevin sәrәncamı
ilә mәktәbin üç şagirdi - Eyyub
Quliyev /tar/, Amil Hәsәn oğlu /vokal/, Ülviyyә
Dadaşovanın /fortepiano/ adları "Qızıl
kitaba" salınmışdır.
Bu gün mәktәbdә 600 şagirdin tә'lim-tәrbiyәsi
ilә mәşğul olan fәdakar müәllim
ordusu çalışmaqdadır. Mәktәbin
nüfuzunu, zәngin әn'әnәlәrini
yaşadan müәllimlәr sırasında Janna
Quliyeva, Elmira Mustafayeva, Dilarә Mirzәquliyeva,
Ədilә Rәhimova, Nailә Rәcәbova,
Elmira Cәbiyeva, Nailә Axundova, Sәbuhә
Hacıyeva, Zәhra Qarayeva, Əflaruz Mәmmәdov,
Dadaş Dadaşov, Mahirә Sultanova, Tamara Abbasova,
Cәmilә Rәhimova, Nәrgiz Şәfiyeva,
Arifә Qәribova vә başqaları vardır.
Mәktәbin ümumtәhsil şö'bәsindә
dә uzun illәrdir ki, Zәrifә Bayramova,
Afәt Mirzәzadә, Elmira Cavadova, Ədilә
Mirzәyeva, Tamilla Cәfәrova, Nәcibә
Gülliyeva, Fәridә Bünyadzadә kimi
onlarca әmәksevәr insanlar çalışır.
Bülbül adına orta ixtisas musiqi mәktәbi
özünün 70 illik yubileyini böyük tәntәnә
ilә, adına layiq surәtdә qeyd etdi. Mәktәbin
özündә, Musiqi Akademiyasında, Şәhriyar
adına mәdәniyyәt sarayında, Kamera
musiqi zalında, İncәsәnәt muzeyindә,
qaçqın vә köçkünlәr qarşısında
keçirilәn çoxsaylı konsertlәrdә
mә'zunların, iste'dadlı şagirdlәrin
bir-birindәn mәharәtli çıxışları
hәlә uzun zaman xatirәlәrdәn silinmәyәcәk.
Ad gününә yekun vuran qala konsert "Sönmәyәn
ulduzlar" adlanırdı. Ümidvarıq ki, doğrudan
da, bu ulduzlar sönmәyәcәk vә Üzeyir
bәylә Kövkәb xanımın yandırdığı
müqәddәs musiqi ocağı hәlә
çoxlarının hәyat cığırına
işıq salacaq.