VASİF ADIGÖZƏLOVUN "ÇANAQQALA" ZƏFƏRİ        
və yaxud Azərbaycan-Türkiyə mədəni işbirliyinin parlaq uğuru 
          
  Azad Ozan KƏRİMLİ           
1   2   3   4  
  Yeniliklərimiz
Qadınlar musiqidə

A. Ozan Kərimli
V. Adıgözəlovun Çanaqqala zəfəri

P. Quliyev
T. Bakıxanovun əsərlərinə Türkiyədə maraq

Yeniliklərimiz
Bizə yazırlar

Yeniliklərimiz
Xəbərlər


 

 

 

 

        
Çanaqqala. "Ninni"
Çanaqqala. "Apofeoz"
Çanaqqala. "Marş"
Video: First

"Çanaqqala döyüşü"nün tarixi dәyәri türk xalqının öz qırılmaz iradәsini bütün dünyaya bir daha açıqlaması ilә ölçülür. O zamanlar Fәlәstin cәbhә-sindә ingilis qoşunlarına komandanlıq edәn general Allenbi yazırdı ki, hәr türk әsgәrinә qarşı dörd ingilis әsgәri vuruşmalıdır.

Çanaqqalanın tarixi әks-sәdasına gәlincә isә, demәk lazımdır ki, tarixi tәcrübә әn yaxşı tәrbiyәçidir. әlbәttә, tarixә hörmәt edәnlәr, öyrәnmәk istәyәnlәr üçün. Artıq sirr deyil ki, Azәrbaycan xalqının başına gәtirilәn olaylar ilk sayda әskidәn tutmuş çağdaş zamanadәk türkçülüyә, ayrılmaz kәsimi olduğumuz türk dünyası tarixinә soyuqluğun sonucudur. Osmanlı türklәri isә Çanaqqala vә onun oxşarlarından indiyәdәk faydalanır vә faydalanmaq әzmindәdirlәr. Tәkcә son illәrdә bir Rusiya deyil, az qala bütün Avropa vә "müsәlman" (!) Şәrqinin dәstәk verdiyi irandilli kürd terrorçularının vә onların havadarlarının qarşısından bir addım belә geri çәkilmәyәn Türkiyәni görmәk bizim üçün kifayәtdir. Vә әn gözәl görkdür.

Lakin tarix tәkcә salnamәlәr vә elmi araşdırmalarda, abidәlәr vә yaddaşlarda yaşayır desәk, yanılacağıq. Tarixi yaşadan hәm dә xalqın bәdii tәfәkkürü vә yaradıcılığı, bәdii düşüncә tәrzi (sәpgisi), - bütövlükdә götürsәk, onun mәdәniyyәtidir. Mәdәniyyәtin әn öncül cәhәti ondadır ki, tarixi olaylarla yanaşı, tarixi mәnәviyyatı, milli ruhu qoruyub yaşadaraq, xalqın ölmәzliyinin tә'minatçısı kimi çıxış edir. Türk dünyasının mә'nәviyyat vә mәdәniyyәt tarixlәri deyilәnlәrә әn parlaq tutalqacdır.

Burada "Dәdә Qorqud" vә "Oğuznamәlәr"dәn tutmuş Göyçәli Aşıq әlәsgәrәdәk söz sәnәti olaylarından, Yusuf Balasaqunlu vә Mahmud Kaşğaridәn tutmuş Hüseyn Cavid vә әhmәd Cavadadәk yüzlәrlә görkәmli simalardan söhbәt açmaq yersizdir. Çünki sadalananlar haqqında artıq çox sanballı sözlәr deyilib, araşdırmalar aparılıb. Mәn burada bizim günlәrin Azәrbaycanında az nәzәrә çarpan bir sәnәt olayı haqqında, qısa da olsa, öz fikrimi açıqlamaq istәrdim.

Azәrbaycan mәdәniyyәtinin, lap elә elminin çox qәribә taleyi var. Şәrqdә ilk demokratik respublika yaradan, quran vә insan hüquqlarını dövlәt siyasәti sәviyyәsinә qaldıran Azәrbaycan xalqına ilk opera, ilk dram teatrı, orkestr vә peşәkar bәstәkarlıq mәktәbi, ilk çağdaş boyakarlıq vә qrafika, ilk klassik vә peşәkar rәqs mәktәbi, kino sәnәti, hәtta, maye raket yanacağı (Yusif Mәmmәdәliyevi yada salaq!) yaratmaq nәsib olub. XX yüzillikdә ali vә tәtbiqi riyaziyyatın әn görkәmli siması sayılan Lütfizadә dә azәrbaycanlıdır. Azәrbaycan bәstәkarlıq mәktәbi indiyәdәk mә'lum olan bütün janrlarda, yә'ni bәdii sәnәt çeşidlәrindә, o cümlәdәn dә xor, solistlәr vә orkestr üçün yazılan oratoriya janrında öz qәlәmini uğurla sınayıb. Lakin bununla belә boynumuza almalıyıq ki, 70 illik sovet rejimindә oratoriyanın mövzu seçimi rәsmi ideologiyaya xidmәt etdiyindәn, bu sәnәt çeşidi ümumbәşәr mövzular sәviyyәsinә, demәk olar ki, yüksәlә bilmәyib.


 
1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site