AZӘRBAYCANDA OPERA      
TEATRI-DÜNӘN, BU GÜN, SABAH?     
Leyla Fәrәcova           
English
1   2   3   4  

әlkә dә ümumiyyәtlә, musiqi incәsәnәtinin, elәcә dә opera teatrının problemlәri bizә bir çox mühüm siyasi, iqtisadi, millәtlәrarası, ekoloji vә s. problemlәrdәn daha uzaq görünә bilәr. Lakin incәsәnәtin sәrhәdlәri sonsuzdur. Vә bu gün bütün sahәlәrdәki - gündәlik vә tarixi, maddi vә mә'nәvi hәyatımızdakı işlәrimizdә musiqi mәdәniyyәti problemlәrinin bizi narahat etmәsinә baxmayaraq, bizim bir an olsa da, yaşadığımız bu dünyanın mәnzәrәsini nәzәrimizdәn qaçırmağa vә bu dünyadan tәcrid edilmiş bir iqamәtgah yaradaraq orada cәsarәtsiz bir itaәtlә qapanıb qalmağa haqqımız yoxdur. Bu, sadәcә illüziya deyil, hәm dә özünü könüllü surәtdә mәğlubiyyәtә uğratmaqdır. Mәhz buna görә dә bu problemlәr yalnız xüsusi, dar professional sәviyyәli deyil, artıq dövlәt әhәmiyyәti kәsb edәn problemlәr sәviyyәsinә çatmışdır.

Bir tәrәfdәn, televiziya ekranlarından vә bulvar mәtbuatı sәhifәlәrindәn özünә yol tapan ideya-psixoloji tәcavüz cәhalәtlә qidalanan saxta dәyәrlәri zorla qәbul etdirәrәk sadә kütlәlәrin şüurunda mә'nәviyyatsız stereotiplәrin formalaşmasına tәhrik edir. әfsus ki, bu tә'sirin ilk әlamәtlәri estrada janrlı mahnılarda, ümumiyyәtlә, televiziyada hiss olunmaqdadır. Nә edәsәn ki, bizim cәmiyyәtimizә dәbdә olan meyllәrin tә'sirinә mә'ruz qalmadan, hәqiqi is'tedadı düzgün tә'yin etmәk bacarığı hәmişә yad olmuşdur.

Digәr tәrәfdәn isә, üst-üstә yığılmış bu problemlәr fonunda geniş kütlәlәrin klassik musiqiyә, xüsusilә dә, opera sәnәtinә olan marağının әhәmiyyәtli dәrәcәdә artması bizi hәdsiz sevindirir.

Musiqi incәsәnәtinin opera kimi mürәkkәb bir janrının geniş dinlәyici auditoriyasına opera janrının hәm klassik nümunәlәrini, hәm dә dinamik yeniliklәrini dәrk etmәyә estetik cәhәtdәn hazırlıqlı olmağa kömәk etmәsi heç dә tәәccüblü deyil.

Bakıda opera ilk dәfә 1889-cu ilin mayında konsert ifasında sәslәnmişdir(1). Bu o zaman Bakıda qastrol sәfәrindә olan D.A.Aqrenyev-Slavyanskinin kapellasının ifa etdiyi A.N.Verstovskinin "Askoldova moqila" operası idi. Hәmin kollektiv yalnız Rusiyanın müxtәlif şәhәrlәrindә deyil, hәmçinin Avropada, Amerika, Asiya vә Afrikada da tanınmışdı. Lakin bir çox musiqiçilәr D.A.Aqrenyev-Slavyanskinin fәaliyyәtinin bә'zi tәrәflәrini mәnfi qiymәtlәndirәrәk, repertuarın qeyri-bәrabәrliyi, ifaçılıq üslubunda hәddәn artıq zahiri teatr elementlәrinin istifadә olunması haqda tәnqidi qeydlәrlә çıxış edirdilәr. İki dәfә 1889-cu ilin dekabrında isә Tbilisi opera artistlәrinin qastrol konsertlәri olmuşdur. 19 gün әrzindә 19 tamaşa göstәrilmişdi, onlardan 15-i opera әsәri (11-i qәrbi Avropa bәstәkarlarının, 4-ü isә rus bәstәkarlarının әsәri) idi(2). Tbilisidәn orkestr, xor, balet vә dekorasiyalarla birgә bütün truppa hey'әti gәlmişdi. Tiflis truppası artistlәrinin çıxışları çox hәrarәt vә rәğbәtlә qarşılandı. O zaman "Kaspi" qәzeti (23/XVI.1889) yazırdı: "Bakıya operanın gәlişi bir daha sübut etdi ki, zәka, duyğu vә zövq üçün teatr nә dәrәcәdә vacibdir".

Kütlәlәrin operaya olan marağı heç dә Azәrbaycan paytaxtı sakinlәrinin musiqi zövqünә zidd deyildi. Bütün bunlar gәlәcәkdә Azәrbaycanda opera incәsәnәtinin tәsdiqinә ümid yaradırdı.

90-cı illәrdә Bakının teatr hәyatı çox rәngarәng vә maraqlı olmuşdur. Buraya çoxlu kollektivlәr vә artistlәr gәlirdilәr: Tiflis opera truppası, Peterburq balet artistlәri truppası, V.N.Lyubimovun truppası (Dirijorlar - V.S.Plotnikov vә B.A.Truffi ilә), mәşhur opera müğәnnilәri - F.İ.Şalyapin, N.N.Fiqner, E.K.Mravina, D.Borqi, L.Nikitina, A.V.Sekar - Rojanski vә b.(3).

Kütlәlәrin operaya olan mәhәbbәti opera janrını musiqisevәrlәr üçün daha populyar vә gәrәkli etmişdi.

1900-cü ildәn başlayaraq, Bakıya demәk olar ki, hәr il (1901 vә 1913-cü illәrdәn başqa) opera truppaları gәlirdi. Onlardan әn әhәmiyyәtlilәri (1904) A.A.Eyxenvaldın (1910) vә D.X.Yujinanın (1912) truppaları idi.


1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page Back to Home About site