Sönmәz musiqi ocağı     
       
Lalə HYSEYNLI           
1   2   3   4  
  L. Hüsenova
Sönməz musiqi ocağı

S. Əliqızı
Hekayətli musiqi lüğəti

 
 
English
        

Bundan başqa, fortepianonun tədrisi zamanı milli musiqi nümunələrinin azlığını nəzərə alaraq o, Yzeyir bəyin məsləhəti ilə "Azərbaycan muğamları əsasında pyeslər" bəstələmiş və öz həmkarlarını da bu işdə fəal olmağa çağırmışdır. Bunun nəticəsi kimi 40-50-ci illərdə Q.Qarayevin "Uşaq pyesləri məcmuəsi", F.əmirovun "12 miniatürü", habelə ə.Abbasovun, B.Zeydmanın, E.Həzirovanın uşaqlar üçün yazdığı pyeslər tez bir zamanda şagirdlərin repertuarında Qərb musiqisi ilə yanaşı layiqli yer tutdu.

Bu dövrdə 10-illik Musiqi məktəbinin vaxtaşırı təşkil etdiyi konsertlər Bakının musiqi həyatında ən diqqətəşayan hadisələrdən biri kimi qavranılırdı. Xüsusilə, məktəbin filarmoniya səhnəsində Azərbaycan Dövlət Simfonik orkestrinin müşayiəti ilə keçirdiyi bə'zi buraxılış konsertləri böyük canlanma yaradırdı. Sonralar da ə'laçı şagirdlərin bilavasitə Niyazinin rəhbərlik etdiyi Simfonik orkestrlə çıxış etməsi gözəl bir ən'ənəyə çevrildi.

Kövkəb Səfərəliyevanın Konservatoriya nəzdindəki 10-illik məktəbə rəhbərlik etdiyi 15 il ərzində məktəbin çox güclü müəllim hey'əti formalaşdı. Burada ən'ənəvi olaraq ADK-nın professor-müəllim hey'əti dərs keçirdi. 40-cı illərdə bu hey'ətə V.Anşeleviç, M.Reytix, D.Danilov, L.Rossomaxin, A.Baron, İ.Plyam və bilavasitə cavan kadrlar - T.Rəhimova, C.Muradova /fortepiano/, S.Sədiyev /skripka/, A.Quliyev /klarnet/, Q.İsmayılova /nəzəriyyə/ daxil oldular. Məktəb bu dövrdə gələcəkdə Azərbaycanın musiqi mədəniyyətinə və Konservatoriyanın professor-müəllim hey'ətinə inamla qoşulan milli kadrların bütöv bir nəslini yetişdirdi. Onların içərisində pianoçular Elmira Topçubaşova, Elmira əliyeva, Mənzər Süleymanova, Tamilla Mahmudova, Zivər əliyeva, Elmira Səfərova, skripkaçılar Tahir Atakişiyev, Azər Sadıxov, Rauf Hərimanbəyli, Azər Rzayev, Tofiq Bakıxanov, Rəşid Seyidzadə, Murad Tağıyev, Seyran Qəniyev, violonçel çalan Sabir əliyev, bəstəkarlar Hazim əliverdibəyov, Xəyyam Mirzəzadə, Vasif Adıgözəlov, Aqşin əlizadə, nəzəriyyəçi əhməd İsazadə, arfaçalan Aida Abdullayeva və başqaları var idi. Təsadüfi deyil ki, 1952-ci ildə Kövkəb xanım müdir vəzifəsindən gedəndən sonra məktəbə rəhbərlik artıq onun öz mə'zunlarına - hal-hazırda Bakı Musiqi Akademiyasının professoru Tahir Atakişiyevə, 1964-cü ildən isə mərhum bəstəkar Hazim əliverdibəyova tapşırıldı.

1961-ci ildə 10 illik musiqi məktəbi hökumətin qərarı ilə Orta İxtisas musiqi məktəbi adlanmağa başladı və ona görkəmli müğənni Bülbülün adı verildi. On illik təhsil müddəti on bir illik təhsil müddəti ilə əvəz olundu. Məktəb, doğrudan da, Üzeyir bəyin arzuladığı kimi Konservatoriyanın əsas kadr təchizatçısına çevrildi.

əsrimizin 50-60-cı illəri Azərbaycan musiqi tarixində mühüm yaradıcılıq və ifaçılıq nailiyyətləri ilə səciyyələndi. Məhz bu dövr musiqi mədəniyyətimizin inkişafında keyfiyyətcə yeni mərhələ açdı və onun üzə çıxardığı intellektual, yaradıcılıq potensialı sonrakı illərin də durumunu müəyyənləşdirdi. Bu böyük və güclü potensialın yaranıb ərsəyə gəlməsində Bülbül adına məktəbin rolu danılmazdır. Çağdaş milli mədəniyyəti dünya miqyasına fəal çıxarıb beynəlxalq dairələrdə böyük nüfuza mindirən tanınmış musiqiçilər, ədib və şairlər arasında məktəbin hər zaman fəxr etdiyi mə'zunları vardır. Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu, Fidan Qasımova, Fərəc Qarayev, Firəngiz əlizadə, Fərhəng Hüseynov, İsmayıl Hacıbəyov, Zöhrab Adıgözəlzadə, Namiq Sultanov, Validə Rəsulova, Yuri Abdullayev, Arzu ələsgərov və başqaları yeni sənət zirvələrini cəsarətlə fəth edirdilər. Bütün bu uğurlar məktəbin onsuz da böyük olan nüfuzunu qat-qat artırmışdı. Məktəbin şagirdi olmaq son dərəcə şərəfli idi. Təsadüfi deyil ki, ziyalılarımızın böyük bir qisminin, istər musiqiçilərin, istərsə də yazıçı və rəssamların övladları məhz bu məktəbdə tərbiyə olunurdular. Mübaliğəsiz demək olar ki, Azərbay-canda məşhur musiqi sülalələrinin meydana gəlməsində Bülbül adına məktəbin müstəsna rolu vardır.

Ömrünün düz 22 ilini /1964-1986/ bu məktəbə həsr etmiş iste'dadlı bəstəkar, gözəl müəllim, xatirələrdə prinsipial və safəməlli insan kimi yaşayan Nazim əliverdibəyov da belə sülalələrdən birinin layiqli varisi idi. Bu vərəsəliyin özündə də qəribə bir rəmz sezilirdi. Vaxtı ilə Nazim müəllimin atası-dövrünün qabaqcıl ziyalısı, mahir muğam bilicisi və ifaçısı Ağalar əliverdibəyov doğma bacısı oğlu balaca Üzeyirin ilk musiqi müəllimi olmuş, muğamatın sirlərini ona sevə-sevə öyrətmişdi. Və uzun illər keçdikdən sonra Nazim əliverdibəyov Konservatoriyada bir vaxtlar Üzeyir bəyin özünün yaratdığı və dərs verdiyi "Azərbaycan xalq musiqisinin əsasları" fənninin aparıcı mütəxəssislərindən biri kimi böyük hörmət qazanmışdı. Xalq yaradıcılığının köklərini və üslubunu həssaslıqla duyan Nazim müəllim onun tədrisi sahəsində rəhbərlik etdiyi məktəbdə də xeyli iş görmüş, bir sıra islahatlar aparmışdı. Onun təşəbbüsü ilə təməli 1960-cı ildə qoyulmuş "Xalq çalğı alətləri" şö'bəsi xeyli genişlənmiş, 1980-cı ildə burada xanəndə bölümü açılmışdı. Bu münasibətlə ustad sənətkarlar - Şövkət ələkbərova, İslam Rzayev, Arif Babayev, əlibaba Məmmədov məktəbdə dərs demək üçün də'vət olunmuşdular. Hal-hazırda bu şö'bənin yetirmələri xalq arasında sevilən məşhur çalğıçı və xanəndələrdir.


 
1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site