Sönmәz musiqi ocağı       
       
  Lalə HYSEYNLI           
1   2   3   4  
  L. Hüsenova
Sönməz musiqi ocağı

S. Əliqızı
Hekayətli musiqi lüğəti


 
 
English
        

Uşaqlarla daimi ünsiyyәt Nazim Əliverdibәyovun yaradıcılığında uşaq musiqisinin çәkisini dә xeyli artırmışdı. Bәstәkar hәyatında yalnız bir dәfә opera janrına müraciәt etmiş, uşaqlar üçün "Cırtdan" operasını bәstәlәmişdi. Onun "Mәktәblilәrin oktyabr mahnıları" kantatası vә skripkaçılar ansamblı üçün "Skertsosu" isә bütövlükdә Azәrbaycan musiqisindә iritәrkibli uşaq kollektivlәri üçün nәzәrdә tutulmuş ilk әsәrlәr idi. Tәbii ki, bu әsәrlәrin ifasında Bülbül adına mәktәbin şagirdlәri iştirak edirdi vә uzun illәr müxtәlif yubiley konsertlәrindә, tәntәnәli hökumәt tәdbirlәrindә onlar böyük uğurla çıxış etmişdilәr.

Nazim müәllim mәktәb üçün hәlә çox işlәr görә bilәrdi, lakin vaxtsız ölüm buna aman vermәdi. Tәqdirәlayiqdir ki, hal-hazırda mәktәbin kollektivi bu ağıllı vә tәvazökar insanın xatirәsini daim uca tutur. 1996-cı ildә Nazim Əliverdibәyovun 70-illik yubileyini mәktәb onun adına gәnc ifaçıların I müsabiqәsini keçirmәklә yad etdi. "Azәrbaycan Mәdәniyyәtinin Dostları" Fondunun kömәyi ilә tәşkil olunmuş bu müsabiqәnin uğuru mәrhum bәstәkarın xatirәsinә әn gözәl töhfә oldu. Qeyd edәk ki, bu müsabiqә artıq gözәl bir әn'әnәyә çevrilmişdir. 1998-ci ildә Nazim Əliverdibәyov adına II müsabiqә keçirildi. Ona sponsorluq edәn "Teksako" Beynәlxalq Neft Şirkәti hәmin il mәktәbә musiqi alәtlәri vә bir çox lәvazimatlar hәdiyyә etmişdir.

80-cı illәrin sonundan başlayan mә'lum tarixi-siyasi hadisәlәr zamanı mәktәb tәdris ritmini, zәngin әn'әnәlәrini qoruyub-saxlamağa müvәffәq olmuşdur. 1992-ci ildәn bu qocaman tәdris ocağına musiqi nәzәriyyәçisi, tәcrübәli tәşkilatçı, fәlsәfә elmlәri namizәdi dosent Nigar Cәrulla qızı әsgәrova rәhbәrlik edir. Mәktәbin tә'lim-tәrbiyә işlәri üzrә direktor müavini Sona İbrahimovadır. Bu qadınların qismәtinә indiki mürәkkәb dövrdә mәktәbi yaşatmaq, onun yaradıcı ab-havasını mühafizә edib müasir dövrün tәlәblәrinә uyğunlaşdırmaq kimi mәs'uliyyәtli vәzifә düşmüşdür. Mәktәbin müәllimlәri tәdris proqramları üzәrindә yenidәn işlәyir, onları ana dilinә tәrcümә edirlәr. Uzun illәr fakultativ mövcud olan xor-dirijoru vә bәstәkarlıq dәrslәri artıq ixtisas fәnlәri kimi aparılır. Tәdris planlarında "Azәrbaycan musiqisinin әsasları" fәnninin saatları artırılmış, Azәrbaycan xalq yaradıcılığı müstәqil fәnn kimi tәdris olunmağa başlamışdır. Mәktәbdә 1992-ci ildә Teymur Göyçayevin rәhbәrliyi ilә "Tutti" uşaq kamera orkestri, 1995-ci ildә xor kollektivi, 1996-cı ildә xalq çalğı alәtlәri orkestri, 1997-ci ildә isә görkәmli bәstәkarımız, xalq artisti Azәr Rzayevin rәhbәrliyi ilә simfonik orkestr yaradılmışdır.

Bülbül adına orta ixtisas musiqi mәktәbinin yetirmәlәri vaxtaşırı respublikada keçirilәn müsabiqәlәrdә aparıcı yerlәri tutaraq laureat vә diplomant fәxri adlarına layiq görülür. Müstәqil Azәrbaycan Respublikasına mütәmadi tәşrif buyuran xarici qonaqlar ölkәmizdә tәhsilin vәziyyәti ilә tanış olmaq üçün adәtәn Bülbül adına orta ixtisas musiqi mәktәbinә gәlirlәr. Mәktәbin şagirdlәrinin Amerika, İngiltәrә, Türkiyә, Vyetnam, Ukrayna, İran vә digәr yerlәrdәn gәlmiş qonaqlar qarşısındakı mәharәtli vә gözәl çıxışları qonaqların böyük marağına sәbәb olmuşdur. Tәsadüfi deyil ki, Azәrbaycan prezidenti Heydәr әliyevin sәrәncamı ilә mәktәbin üç şagirdi - Eyyub Quliyev /tar/, Amil Hәsәn oğlu /vokal/, Ülviyyә Dadaşovanın /fortepiano/ adları "Qızıl kitaba" salınmışdır.

Bu gün mәktәbdә 600 şagirdin tә'lim-tәrbiyәsi ilә mәşğul olan fәdakar müәllim ordusu çalışmaqdadır. Mәktәbin nüfuzunu, zәngin әn'әnәlәrini yaşadan müәllimlәr sırasında Janna Quliyeva, Elmira Mustafayeva, Dilarә Mirzәquliyeva, Ədilә Rәhimova, Nailә Rәcәbova, Elmira Cәbiyeva, Nailә Axundova, Sәbuhә Hacıyeva, Zәhra Qarayeva, Əflaruz Mәmmәdov, Dadaş Dadaşov, Mahirә Sultanova, Tamara Abbasova, Cәmilә Rәhimova, Nәrgiz Şәfiyeva, Arifә Qәribova vә başqaları vardır. Mәktәbin ümumtәhsil şö'bәsindә dә uzun illәrdir ki, Zәrifә Bayramova, Afәt Mirzәzadә, Elmira Cavadova, Ədilә Mirzәyeva, Tamilla Cәfәrova, Nәcibә Gülliyeva, Fәridә Bünyadzadә kimi onlarca әmәksevәr insanlar çalışır.

Bülbül adına orta ixtisas musiqi mәktәbi özünün 70 illik yubileyini böyük tәntәnә ilә, adına layiq surәtdә qeyd etdi. Mәktәbin özündә, Musiqi Akademiyasında, Şәhriyar adına mәdәniyyәt sarayında, Kamera musiqi zalında, İncәsәnәt muzeyindә, qaçqın vә köçkünlәr qarşısında keçirilәn çoxsaylı konsertlәrdә mә'zunların, iste'dadlı şagirdlәrin bir-birindәn mәharәtli çıxışları hәlә uzun zaman xatirәlәrdәn silinmәyәcәk. Ad gününә yekun vuran qala konsert "Sönmәyәn ulduzlar" adlanırdı. Ümidvarıq ki, doğrudan da, bu ulduzlar sönmәyәcәk vә Üzeyir bәylә Kövkәb xanımın yandırdığı müqәddәs musiqi ocağı hәlә çoxlarının hәyat cığırına işıq salacaq.

 

 


 
1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site