urnalımızın bu sayında
"Açılmamış səhifələr" rubrikası ilə böyük öndərimiz, alovlu publisist
və jurnalist M.Ə.Rəsulzadənin "Əbədi bir gün" məqaləsini təqdim
edirik. Məqalə 1914-cü il, mayın 11-də, "İq-bal" qəzetinin 649-cu
sayında dərc olunmuşdur. Burada söhbət Azərbaycanın məşhur ziyalı
nəsillərindən biri - Bədəlbəylilər nəslinin nüma-yəndəsi Bədəl Bədəl-bəylinin
rəhbərlik etdiyi Altıncı rus-müsəlman məktəbində təşkil olunmuş
ədəbi-bədii gecədən gedir.Xatırladaq ki, Bədəl Bədəlbəyli tanınmış
musiqi və teatr xadimləri Əfrasiyab və Şəmsi Bədəlbəylinin atası,
görkəmli pianoçu Fərhad Bədəlbəylinin babasıdır. Üzeyir Hacıbəyovun
ən yaxın qohumlarından olan Bədəl-bəyli qardaşları - Bədəl, Mah-mud
və Əhməd XX əsrin əvvəllərində təhsillərini başa vurduqdan sonra
(Bədəlbəy müəllimlər seminariyasını bitirmişdi) Şuşadan Bakıya köçmüş,
burada şəhərin tərəqqipərvər ziyalıları ilə dostlaşmış və geniş
mədəni, tərbiyəvi işlə məşğul olmuşlar. Bədəlin və Mahmudun xalq
maarifi sahəsində fəal çalışdıqları, ictimai konsert və teatr tamaşalarında
iştirak etdikləri barədə o dövrün yerli mətbuatında xeyli xəbərə
rast gəlmək mümkündür. Məsələn, 1903-cü ilin fevralın 10-da Tağıyev
teatrında Ə.Haqverdiyevin "Tamah", həmin ilin iyul ayının 13-də
yenə Tağıyev teatrında N.Vəzirovun "Döymə qapımı, döyərlər qapını"
kimi əsərlərin tamaşalarında iştirakı qəzet səhifələrində qeyd olunmuşdur.
"Kaspi"qəzetinin 1907-ci il 23 fevral 18-ci nömrəsində daha bir
xəbərə rast gəlirik: yanvar ayının 20-də artistlər cəmiyyəti binasının
salonunda böyük bir konsert verilmişdi ki, bu konserti təşkil edən
Bədəlbəy idi. Konsertin maraqlı cəhətlərindən bir o idi ki, gecədə
uşaqlardan ibarət bir xor dəstəsi iştirak edirdi. Qubad Qasımovun
mülahizəsinə görə, bu xor dəstəsi Bədəlbəyin rəhbərlik etdiyi Altıncı
rus-müsəlman məktəbinin şagirdlərindən ibarət olmuşdur. Ümumiyyətlə,
haqqında söhbət açılan bu məktəb o dövrdə Bədəlbəy məktəbi kimi
məşhur idi. Məktəbin binası indiki Vaqif küçəsində yerləşirdi. M.Ə.Rəsulzadənin
məqaləsində məktəbin keçirdiyi tədbirlərdən biri-iki hissədən ibarət
ədəbi-bədii-musiqili məclis barəsində heyranlıqla danışılır. Müəllif
incə zövqlə tərtib edilmiş gecəni, şagird və müəllimlərin istedadlı
çıxışlarını yüksək qiymətləndirir. Tədbirdən xüsusi həzz alan böyük
öndərimiz hətta, "keçən cümə günü dəxi ömrümün bəxtiyar günlərindən
ədd edəcəyəm" deyir. Zənnimizcə, 86 il bundan öncə qələmə alınmış
bu yazı XX əsr Bakısının mədəni ab-havasını hiss və dərk etmək baxımından,
maarifçilik tariximizin salnaməsini bərpa etmək nöqteyi-nəzərindən
çox dəyərli və maraqlıdır.
ƏBƏDİ BİR GÜN
Altıncı rus-müsəlman
məktəbində keçən cümə günü ədəbi və mənəvi bir ziyafətə dəvət olunmuşdum.
Bu ziyafəti 6-cı rus-müsəlman məktəbinin şagirdləri veriyorlardı.
Məzkur məktəb heyəti-müəllimini mərifəti ilə şagirdləri tərəfindən
vücuda gətirilən bu ədəbiyyat günü bu vaxta qədər gördüyüm bu qəbil
məclislərin ən mükəmməli idi. Günün proqramı olduqca mütənəvve1,
maraqəngiz və təbii bir surətdə tərtib verilmişdi. Proqram iki məclisdən
ibarət idi. Hər məclis bu günə məxsus hazırlanan müvafiq səhnədə
icra olunur və uşaqların müctəma2 və münfərid3 oxuduqları nəğmələr,
şerlər, hekayə və lətifələrdən ibarət idi. Və oxunan nəğmə və şerlərin,
oylə də hekayə və lətifələrin məzmunu, məna və təbiiliyincə uşaqların
zehninə, tamaşaçıların zövqünə müvafiq gəldiyi kimi, ifadə olunan
dili də sadə və sadəliyi ilə bərabər ədəbi idi. Müxtəlif muğamat
üstündə sırf bu günə, məktəbə, elm və mərifətə, xülasə mövzuca hal
və mövqeyə münasib inşad olunan nəğmələrin məzmunu məktəb müəllimi-müqtədiri
Ağaəli Qasımovundur. Özləri də proqramın gözəl aparılmasını idarə
ediyorlardı. Bu nöqteyi-nəzərdən bu günə başqa bir təbirlə Qasımov
günü də deyilə bilər.
Nəğmələr, şerlər
və lətifələrdən bəziləri rusca, əksəri isə türkcə oxunuyordu. Onlardan
əlavə hər məclisin axırında qayət faydalı, yenə məzmunu məktəbli
bir uşaq zövq və təbinə müvafiq bir məzhəkə oynanıyordu. odevilin
baş rolu çoban Dursunu oynayan Abbasov Kazım məşhur komikimiz Mirzağa
Əliyevi o qədər kopiyə ediyordu ki, gəl görəsən...
Günün bilcümlə iştirak
edənləri yaxşı idilər məəmafe aralarında bir neçə qoçaqları vardı
ki, tamaşaçılara fövqəladə hüsn təsir etdilər.
Bunun nəticəsində
də alqışlana-alqışlana nömrələrini ikinci dəfə təkrar etdilər. Böylə
müvəffəqiyyətə nail olanlara "Qaranquş balaları" mənzuməsini oxuyan
2-ci şöbə şagirdi Ağayev Allahverdi, "Küçə uşağı" şerini oxuyan
3-cü şöbənin şagirdi Məhəmmədov Əlihüseyn və Sabir mərhumun "Ana
və oğul" deyişməsini gözəl bir surətdə icra edən 4-cü şöbə şagirdləri
Kazımov İskəndərlə Babayev Süleyman idilər.
İkinci qismdə düdük
balaban çala-çala şikəstə, segah oxuyan qoçaqlar da alqışlandılar.
Nədənsə bu gözəl musiqi istedadı göstərən şagirdlərin adları proqramda
göstərilməmişdir.
Xülasə bu günkü
mühassən zərafəti, milli və təbii gözəlliyi sadalamaqla qurtarmaz.
Mən öz nəfsimə o qədər məmnun qaldım və o qədər bu gözəl məclisə
valeh oldum ki, əgər mümkün olsaydı ömrümü başdan-başlar böylə həyat
və fəaliyyətilə sərşar olan məktəblərə davamla özümü bəxtiyar ədd
edərdim.
Keçən cümə günü
dəxi ömrümün bəxtiyar günlərindən ədd edəcəyəm. Bunun təşəkkürünü
də məktəb heyəti-müəlliminə təqdim ediyoram.
Altıncı rus-müsəlman
məktəbi Bədəlbəy Bədəlbəyovun təhti nəzarətindədir. Mövqecə şəhərin
lap kənarında, xüsusi şəhər binasında vaqedir. Şəhərin ya mərkəz
mədəniyyətindən uzaq olmasına rəğmən cümə günkü məclisi-ədəbi ilə
məktəb özünün mənən nə qədər mədəniyyətə baqi və ruhi-mədəniyyət
və maariflə nə əndazə pəri-həyəcan olduğunu, rəna bir surətdə isbat
etdi.
Sağ olsun müəllimlər!
Məclislər arasında
müddəvin məktəbin böyük salonunda qurulan çay süfrəsinə dəvət olundular.
Müddəvin əksəriyyətlə müəllimələrlə müəllim-lərdən və sair maarifməndlərdən
ibarət idi. Məhəllə əhlindən dəxi bəziləri görünüyordu. Uprava maarif
dairəsinə mənsub olan zatlardan da bəziləri hazır idilər.
Məktəbin naziri4
Bədəlbəyov hazıruni istiqbal və təşyi5, buyurduqları kimi məktəbi
- ibtidaiyyə naziri Soltanməcid Qənizadə həzrətləri də qonaqlar
haqqında ayrıca bəzl - iltifat6 və təvəccöh7 buyurmaqda idilər.