Qarabağın musiqiçi nəsilləri      
      
F. Əliyeva           
1   2   3  
    S. Qarabağlı
Üzeir Hacibəyov: Moskva, 1939-ci il

L. Şirməmmədqızı
Ədəbi bir qünü yada salarkan …

N. Şəfiyeva
Üzeir Hacibəyovun «Azərbaycan xalq musiqisinin əsasları» elmi əsərinin yaranma tarixinə dair

F. Əliyeva
Qarabağın musiqiçi nəsilləri


 
 
make printcopy print copy

usiqi mədəniyyəti tarixini müxtəlif rakurslardan işıqlandırmaq mümkündür. Hər hansı bir musiqi janrının təkamülünü, bəstəkarlıq məktəbinin inkişafını, müəyyən üslubu, bədii cərəyanı izləmək olar. Musiqi mədəniyyətinə həm də ənənəvi yollardan fərqli orijinal bir bucaqdan - musiqi nəsillərinin taleyi və həyatı baxımından da nəzər sala bilərik. Bir qədər polemik görünsə də musiqi soylarının mövcudluğu onların mənsub olduğu milli mədəniyyətdə yüksək inkişaf səviyyəsinə, möhkəm peşəkarlıq ənənələrinin mövcudluğuna dəlalət edir. Alman musiqisində Bax, İtaliya musiqi sənətində Skarlatti, Berqonun soyadları... Azərbaycan musiqi sənəti də bu gözəl ənənə ilə fəxr edə bilər. Hacıbəyovlar, Bədəlbəylilər, Əliverdibəyovlar, Adıgözəlovlar, Mənsurovlar, Əmirovlar, Bakıxanovlar, Qarayevlər, Rzayevlər, Ələsgərovlar, Bülbül, Mustafazadə... musiqinin bütöv bir soyların həyat amalına çevrilməsi "musiqi istedadı azərbaycanlıların qanındadır" kəlamının heç də metaforik məna daşımadığını sübut edir. Lakin Azərbaycanın musiqi nəsillərinin tarixcəsini XX əsrlə məhdudlaşdırmaq obyektivlikdən uzaq olardı. Əsrlərin yaddaşında silinməz iz qoymuş, adi yaratdığı musiqi havalarında yaşayan neçə-neçə azəri musiqiçiləri nəsli olmuşdur. Elə onlardan biri - orta əsr klassik Şərq musiqisinin parlaq siması, dövrünün nadir istedada malik ifaçısı, müğənnisi, bəstəkarı, musiqişünas - alimi, xəttatı Əbdül Qadir Marağaini xatırlayaq. Onun atası - Qiyasəddin Mövlana Qeybi, Marağa şəhərinin tanınmış musiqiçi-alimi, görkəmli ziyalı şəxsiyyəti idi. Ə.Marağainin övladları da atalarının yolunu davam etdirmişlər. Marağainin üç oğlu - Nurəddin Əbdürrəhman, Nizaməddin Əbdürrəhman və Əbdüləziz musiqiçi peşəsinin sirlərini atalarından öyrənmiş ustad-musiqiçi olmuşlar - "Əslim Qarabağdandır". Mötəbər musiqi soyları - Hacıbəyov, Əliverdibəyov, Bədəl-bəyli, Əmirov, Bülbül, Adıgözəlov, Behbudovların tərcümeyi-halı bu sözlərlə başlanır. Azərbaycanın mədəni mərkəzlərindən biri olan Şuşa hələ qədim zamanlardan peşəkar musiqi ənənələri ilə məşhur idi. Təsadüfü deyil ki, virtuoz ifaçılığa, əsrarəngiz səsə malik musiqiçilərin - xanəndə və tarzənlərin sənətindən heyrətə gələn əcnəbilərin biri Şuşanı "Qafqazın konservatoriyası" adlandırmışdı. Qarabağ əslinin nəsildən-nəslə keçən xüsusi musiqi vergisi "əgər oxumursansa, demək şuşalı deyilsən" zərb-məsəlini yaratmışdı. Ana xətti ilə yaxın qohum olan nəsillərdə musiqiçi ənənələrinin binasını qoyan Üzeyir Hacıbəyovun, Ağalar Əliverdibəyovun, Bədəlbəy və Əhməd Bədəlbəylilərin formalaşmasında Şuşanın bədii-mədəni mühiti böyük rol oynamışdır. İlk Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov (1885-1948) hər üç nəslin musiqi ağsaqqalı oldu. İlk təhsilini Şuşadakı rus-tatar (o zaman ruslar azəri türklərini tatar adlandırırdılar) məktəbində aldıqdan sonra Qori müəllimlər seminariyasını bitirən, musiqiçi kimi sənətkarlığını Moskva və Peterburqda təkmilləşdirən Ü.Hacıbəyovun musiqi irsində opera, musiqili komediya, mahnı və romanslar, kamera-instrumental janrlar, kantata, oratoriya kimi janrlar təmsil olunmuşdur. Bu janrların əksəriyyətində dahi bəstəkar milli musiqi sənəti üçün ilk nümunələrin yaradıcısıdır. O, Şərq və Qərb musiqi mədəniyyətləri arasındakı "Çin səddi"ni dəf edərək, hər iki musiqi sisteminin sintezinə dayaqlanan, bəstəkarlıq məktəbinin təməlini qoymuşdur. Təkcə Azərbaycanın deyil, ümumiyyətlə müsəlman Şərqinin ilk operası olan "Leyli və Məcnun"da (1908) bəstəkar opera və muğamı "görüşdürərək" yeni muğam operası janrı yaratmışdır. Ü.Hacıbəyovun ən gözəl əsərlərindən biri - "Arşın mal alan" operettası (1913) isə bütün dünyanı dolaşmış, müxtəlif dillərə tərcümə olunaraq, bir neçə dəfə ekranlaşdırılmışdır. XX əsrdə Azərbaycanın qəhrəmanlıq ruhunu hifz və tərənnüm edən əsərlər arasında "Koroğlu" operasına (1937) bərabər ikinci bir əsər tapmaq isə çətindir. Ü.Hacıbəyov yeni musiqi mədəniyyəti sistemini yaratmış, musiqi maarifi və elminin möhkəm təməlini qoymuşdur. Azərbaycan musiqiçilərinin sonrakı nəsilləri bu fundament üzərində ərsəyə gəlirdi. Ü.Hacıbəyov Azərbaycan tarixində milli-azadlıq hərəkatının əzəmətli nümayəndələrindən biri, görkəmli ictimai xadim, publisist, jurnalist, dramaturq, pedaqoq kimi parlaq iz qoymuşdur. Ü.Hacıbəyovun qardaşı Zülfüqar Hacıbəyov (1884-1950) da bəstəkar olmuş, Azərbaycan musiqili teatrının təşəkkülündə əhəmiyyətli rol oynamışdır. Z.Hacıbəyov "Aşıq Qərib" operası, "Əlli yaşında cavan", "Varlı", "Evliykən subay" musiqili komediyalarının, mahnılar, nəfəs alətləri, xalq çalğı alətləri orkestri, simfonik orkestr üçün əsərlərin, dram tamaşaları və kinomusiqisinin müəllifidir. Hacıbəyovların kiçik qardaşı - görkəmli jurnalist, tarixçi, tərcüməçi, Peterburq və Sarbona universitetlərində təhsil almış Ceyhun Hacıbəyov (1891-1962) Azərbaycanın sovetləşməsindən sonra xaricdə yaşamış, Fransada siyasi mühacirətin liderlərindən biri idi. Əsas maraqları siyasət, tarix və jurnalistika ilə bağlı olsa da, musiqi istedadına, məlahətli səsə malik Ceyhun bəy "Leyli və Məcnun" operasının yaranmasında Üzeyir bəyə köməklik etmiş, hətta ilk tamaşada iki rolda - İbn-Səlam və Nofəl rollarında çıxış etmişdir. Ceyhun Hacıbəyov "Arşın mal alan" operettasının ədəbi mətnini fransız və ingilis dillərinə tərcümə etmişdir. Onun "Leyli və Məcnun" operasının yazılması haqda məqaləsi ilk azərbaycan operasının yaranması tarixinə həsr olunmuş



 
1   2   3  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site