Qarabağın musiqiçi nəsillər    
      
  F. Əliyeva           
1   2   3  
   S. Qarabağlı
Üzeir Hacibəyov: Moskva, 1939-ci il

L. Şirməmmədqızı
Ədəbi bir qünü yada salarkan …

N. Şəfiyeva
Üzeir Hacibəyovun «Azərbaycan xalq musiqisinin əsasları» elmi əsərinin yaranma tarixinə dair

F. Əliyeva
Qarabağın musiqiçi nəsilləri



 
 
make printcopy print copy

qiymətli mənbədir. Hacıbəyovlar soyunun ikinci nəsli də Azərbaycana böyük sənətkarlar bəxş etmişdir. Zülfüqar Hacıbəyovun oğulları - Niyazi və Çingiz Hacıbəyovların adı ilə Azərbaycan dirijorluq sənətinin inkişafı bağlıdır. Niyazi (1912-1984) Azərbaycan musiqisini beynəlxalq miqyasda tanıtmış, Hacıbəyov imzasını müasir dirijorluq sənəti tarixinə qızıl hərflərlə yazmış böyük sənətkardır. D.Şostakoviç onu "Sovet Şərqinin dünyaya tanınmış ilk dirijoru" hesab edirdi. 40 ilə yaxın Azərbaycan Dövlət Simfonik orkestrinin baş dirijoru olmuş Niyazi xarici ölkələrdə klassik, müasir Avropa və rus musiqisinin, Azərbaycan bəstəkarlarının əsərlərinin təkrarolunmaz təfsirçisi kimi alqışlanmışdır. O, bir çox məşhur musiqi kollektivləri, ifaçılar ilə çıxış etmişdir. Niyazi ilə zəmanəmizin böyük ifaçıları - L.Oborin, S.Rixter, E.Gilels, L.Koqan, D.Oystrax, S.Knuşevitski, M.Rostropoviç, V.Klibern çalmışlar. Niyazi həm də bəstəkar idi: o, Beynəlxalq Nehru mükafatına layiq görülmüş "Çitra" baletinin, "Rast" simfonik muğamının və bir çox mahnıların müəllifidir. Çingiz Hacıbəyov (1913-1971) da XX əsr Azərbaycan musiqi mədəniyyəti tarixində şərəfli yer tutmuş sənətkardır. Qardaşı Niyazi kimi dirijorluq peşəsini seçmiş Çingiz Hacıbəyovun yaradıcılıq fəaliyyəti Azərbaycan Musiqili Komediya Teatrı, Dövlət Radio və Televiziya verilişləri Komitəsinin simfonik orkestri, Ü.Hacıbəyov adına Dövlət Simfonik Orkestri ilə bağlı olmuşdur. Ü.Hacıbəyovun əmisi nəvəsi - Soltan Hacıbəyov milli simfonik musiqinin yaranması və təşəkkülündə böyük rol oynamışdır. S.Hacıbəyov musiqiyə Üzeyir bəyin xeyir-duası ilə gəlmiş, Azərbaycan Dövlət Konservatoriyasında oxumuşdur. S.Hacıbəyov müasir mövzuda ilk milli baletin - "Gülşən" baletinin müəllifidir. Onun "Karvan", "Uvertyura", "Konsert" əsərləri - Azərbaycan simfonizminin parlaq nümunələridir. S.Hacıbəyov həm də görkəmli pedaqoq, musiqi-ictimai xadim, Azərbaycan Dövlət Konservatoriyasının (indi Bakı Musiqi Akademiyası) rektoru olmuşdur. Müasir dövrümüzdə Azərbaycan musiqisində Hacıbəyovlar soyunu üçüncü nəslin nümayəndəsi - Soltan Hacıbəyovun oğlu - İsmayıl Hacıbəyov təmsil edir. Çağdaş ifadə vasitələri, üslub təmayülləri məcrasında işləyən, simfonik, kamera, vokal, xor, fortepiano əsərlərinin müəllifi İsmayıl Hacıbəyov "Yeni Azərbaycan musiqisinin" parlaq nümayəndələrin-dəndir. O, "Firuzə" operası, simfonik orkestr və fortepiano üçün "Cəngi" rapsodiyası, Konsertino, "Uvertüra" kimi əsərlərin, Dante sözlərinə vokal əsərlərin Stravinskinin xatirəsinə "Memorial" kantatası, fortepiano pyesləri, silsilələrinin müəllifidir. İ.Hacıbəyovun musiqi üslubunda neoklassizm səciyyəsi aparıcı rol oynayır. İsmayıl Hacıbəyov həm də rəssamdır: onun emalatxanasında Ü.Hacıbəyovun, İ.Stravinskinin, D.Şostakoviçin, S.Prokofyevin, Q.Qarayevin portretləri var.

Ceyhun Hacıbəyov xatirələrində yazırdı: "Anam tərəfdən qohumlarımız arasında 4 xanəndə və 3 tarzən vardı". Ü.Hacıbəyovun hər iki dayısı - Ağalar bəy və Bahadur bəy Əliverdibəyovlar həvəskar musiqiçi idilər. Hərbi həkim olan Bahadur bəy gözəl tar çalırdı. Ağalar bəy Əliverdibəyov isə Ü.Hacıbəyovun ilk musiqi müəllimi olmuşdur. Peşəkar musiqi təhsili almasa da, ixtisasca mühəndis olan, Peterburq və arşavada oxumuş, Avropa və şərq dillərini bilən A.Əliverdibəyov klassik muğamlara, xalq musiqisinə dərindən bələd idi. Ömrünün axırınadək A.Zeynallı adına musiqi məktəbində muğam dərsi deyən A.Əliverdibəyov bəstəkarlıq sahəsində də qələmini sınamış, "Harun əl Rəşid" muğam operasını yazmış, Azərbaycan dilində ilk "Musiqi tarixi" kitabının müəllifi olmuşdur. Ağalar bəyin dörd övladı da - Kazım, Rasim, Nazim və Nüşabə Əliverdibəyovlar musiqiçi sənətini seçdilər. Nazim Əliverdibəyov görkəmli pedaqoq, bəstəkar olmuşdur. Onun "Bayatı-Şiraz" muğam kompozisiyası ən populyar orqan əsərlərindəndir. Uzun illər boyu Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru kimi o milli musiqiçi kadrlarının yetişməsində böyük rol oynamışdır. Nazim müəllimin hər iki övladı - Samir və Ləman da musiqiçidirlər. Rasim Əliverdibəyov skripkaçı, Nüşabə Əliverdibəyova pianoçu, musiqi müəllimidir. Kazım Əliverdibəyov görkəmli dirijordur. Uzun illər Azərbaycan Dövlət Opera və Balet teatrının dirijoru olmuş, professor Əliverdibəyov hal-hazırda Türkiyədə işləyir. Hacıbəyovlar soyu ilə ana xətti tərəfdən yaxın qohum olan (Ü.Hacıbəyov və B.Bədəlbəyli xalaoğlu idilər) Bədəlbəylilər nəsli də Azərbaycan mədəniyyətinə görkəmli sənətkarlar bəxş etmişdir. Bu nəslin də musiqi ənənələri iki qardaş - Bədəlbəy və Əhməd Bədəlbəylilərdən başlanır. Bədəlbəy Bədəlbəyli görkəmli pedaqoq olmuş, ru


 
1   2   3  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site